Məhkəmə qərarları › İş №e-2(102)-1716/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-1716/2023

15.03.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1716/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyanın hakimi X1 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibində İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007 )-2214/2022 nömrəli iş üzrə 12 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh2 şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 77.920 manat borcun və 357 manat dövlət rüsumunun, Cavabdeh3 10.870 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh2 ərizə ilə müraciət edərək, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olduqlarından, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qər ardadı ilə mülki işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizə təmin edilməmişdir.

4. Qərardadın əsaslarına görə, “... iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən məhkəmə aidiyyəti düzgün müəyyən olunmuşdur. Belə ki, mübahisə iddiaçının sahibkarlıq fəaliyyəti ilə aid deyildir.”

5. Qərardadla razılaşmayan Cavabdeh2 ondan şikayət verərək, ləğv edilib, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının 2(102)-6217/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərar dadı ilə şikayət vəkil orderi əlavə olunmadığına görə qeyri-mümkün hesab edilmiş və mülki iş Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə qaytarılmışdır.

8. Cavabdeh2 yenidən şikayət və ərizə verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadının ləğv edilib, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini və buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-109/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardaddan şikayət vermə müddətinin bərpası barədə ərizə təmin olunmuş, həmin qərardaddan şikayət vermə müddəti Cavabdeh2 münasibətdə bərpa edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət baxılması üçün mülki işlə birlikdə Azərbay can Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

10. Şikayətin dəlillərinə görə, iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh1 sahibkarlıqla məşğul olan fiziki şəxsdir. Tərəfindən verilən vəsatətdə Cavabdeh1 sahibkarlıq fəaliyyətini araşdırmaq üçün aidiyyəti orqana müvafiq sorğunun verilməsi xahiş edilsə də, hakim tərəfindən işlə bağlı heç bir sorğu verilməmişdir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxı lmasına yol verilmir. 12. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əs as məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fi kir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır; Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin poz ulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəs inə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.”

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: - 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkə mə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; -

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq f əaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

19. İnsan Hüquqları üzrə Av ropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli Qərarı: “Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

21. İlk olaraq, Vergi və Mülki məcəllələrin, habelə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun bu qərarın 13-15-ci bəndlərində istinad olunan normalarının təhlili o qənaətə gəlməyə imkan verir ki, sahibkarlıq fəaliyyəti hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq olaraq mənfəət və gəl ir əldə etməyə yönəlmiş fəaliyyət olmaqla, hər iki kateqoriyaya daxil olan subyektlər vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalıdırlar.

22. İddiaçının, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi sahibkar qismində vergi ödəyicisi kimi vergi orqanında uçota alınmaları (VÖEN-ə malik olmaları) iş materialları ilə təsdiq olunur.

23. Bu da o anlama gəlir ki, iddiaçının və cavabdehlərin ikisinin mübahisəli lombardla bağlı fəaliyyətinin sahibkarlıq kimi xarakterizə oluna bilməsi üçün qanunla tələb edilən şərtlər iş üzrə yerinə yetirilir. Belə olan halda, Cavabdeh2 məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizəsinin və kassasiya şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 14-cü bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhk əməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30-cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 17-ci bəndi) sözügedən kontekstdə prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə verilən izahlara uyğundur.

24. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz olduğu üçü n ləğv edilməli, şikayət təmin edilməli, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2214/2022 nömrəli iş üzrə 12 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Cavabdeh2 şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar