Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2394/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ İddiaçı Cavabdeh qarşı iş üzrə İş № 2(102)-2394/2023 (Açar sözlər: məhkəmə aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1336/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 12 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3855,09 manat əsas borcun və bu borca hesablanmış 1734.97 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 5589,88 manat məbləğində vəsaitin və ödənilmiş 75,90 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında 23 noyabr 2018-ci il tari xdə “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 9780,09 (doqquz min yeddi yüz səksən manat sıfır doqquz qəpik) manat məbləğində borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 203,75 (iki yüz üç manat yetmiş beş qəpik) manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh yuxarıda qeyd olunan borc öhdəliyini qismən icra etmişdir. 26 dekabr 2022-ci il tarixinə cavabdehin iddiaçıya 3855.09 (üç min səkkiz yüz əlli beş manat sıfır doqquz qəpik) manat əsas borc və bu borca hesablanmış 1734.97 (bir min yeddi yüz otuz dörd manat doxsan yeddi qəpik) manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 5589,88 (beş min beş yüz səksən doqquz manat səksən səkkiz qəpik) manat ödənilməmiş borc öhdəliyi vardır.
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil mülki işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki cavabdehlə iddiaçı arasında hər hansı bir əmək münasibətləri olmamış və cavabdeh iddiaçıya onun təqdim etdiyi müqavilə əsasında hər hansı bir xidmət göstərməmişdir. Cavabdeh Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə uzun müddətdir ki, məşğuldur. Hazırki mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisədir. Mülki Prosessual Məcəllənin 25-ci və 26-cı maddələrinə əsas götürərək, bildirir ki, hazırkı iş kommersiya məhkəməsinə aiddir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(001)-1336/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qərardadı ilə (hakim Fərid Hətəmza də) cavabdehin vəsatəti təmin edilmiş, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, Cavabdeh ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “ərzaq mallarının market şəbəkələrində pərakəndə satışı” olan fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxsdir, hazırki pul tələbinə dair mübahisə də məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır.
6. İddiaçı (vəkil Nümayəndə2) həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməklə işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması və iş üzrə məhkəmə iclasının təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına istinad edilmiş, heç bir əsaslandırma olmadan hazırki pul tələbinə dair mübahisənin də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu qeyd edilmişdir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Eyni zamanda təqdim olunmuş ********** №-li VÖEN-ə əsasən müəyyən olunur ki, cavabdeh də fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Lakin məhkəmə əsas diqqətini məhkəməyə təqdim olunmuş iddia ərizəsinin hüquqi əsası kimi istinad edilən 23 noyabr 2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə yetirməlidir. Belə ki, həmin müqavilə heç bir şəkildə tərəflərin kommersiya münasibətlərini özündə əks e tdirmir. İddiaçının hüquqi əsas olaraq istinad etdiyi müqavilə mahiyyət etibarı ilə borc müqaviləsinin elementlərini özündə əks etdirməklə cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin olmasını və bu öhdəliyin icra olunma müddətini tənzimləyir. Göründüyü kimi, hazırki mülki iş üzrə tərəflər arasında olan mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Bu səbəbdən hazırki işə ərazi aidiyyatı üzrə ümumi məhkəmədə baxılmalıdır.
8. Birinci instansiya məhkəməsinin 01 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya m əhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
10. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
11. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
12. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı k eçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
13. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə fərdi sahibkardır. Mübahisənin predmeti onlar arasında 23 noyabr 2018-ci il tarixdə bağlanmış “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə yaranmış öhdəliyin icrasıdır. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hü quqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstə rilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İddiaçı kassasiya şikayətində tərəflər arasındakı müqavilənin mahiyyət etibarı ilə borc müqaviləsinin elementlərini özündə əks etdirdiyini və yaranan mübahisənin məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmamasını göstərsə də, hüquqi şəxsin fərdi sahibkara şəxsi məqsədlər üçün borc verməsi inandırıcı deyil. Həmçinin cavabdeh də həmin borcun şəxsi münaisbətlər zəminində yarandığ ını qəbul etmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1336/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1336/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qərardadı də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.