Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2421/2022 31.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 MMC-nin Cavabdeh, Cavabdeh İddiaçı2 MMC-yə, X7 və X4 Cavabdeh, Cavabdehlər İddiaçı2, X7 və X6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2421/22 (açar sözlər: məhkəmə aidiyyətinin dəyişdirilməsi) Bakı şəhəri, 31 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı2nə qarşı “divident” tələbinə dair qarşılıqlı və birləşdirilmiş işlər üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X7 və X4 Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı2, X7 və X6 qarşı “mənəvi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-130/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı2 keçmiş direktoru və təsisçilərdən biri, X7 isə hazırki direktorudur. MMC Cavabdeh cəmiyyətdə direktor işlədiyi dövrdə vurduğu zərəri, Cavabdeh isə təsisçilərdən biri olduğu hüquqi şəxsdən dividentin, habelə qarşılıqlı olaraq vurulmuş maddi və mənəvi zərərlərin tutulması əsası ilə hazırki mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktla rı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 917952.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra, iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş zərərə görə 828612,72 manat və 41462,30 dollar pul, Kermur audit və Konsalting MMC-yə audit yoxlaması üçün ödənilmiş 7500 manat xərcin, iddiaçının nümayəndəyə göstərdiyi yardıma görə ödədiyi 4000 manat məbləğində xərcin, ekspert rəyi üçün X1 MMC-yə ödənilmiş 4000 manat xərcin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxx x" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçılar "xxxx" MMC, X7 və X9 “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçıların hər birinə rəsmi məktub ünvanlayaraq onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları təkzib etməsi və onlardan üzr istənilməsi vəzifəsinin müəyyən edilməsi, iddiaçılar barəsində əsasız və qərəzli məlumatların yayılmasının cavabdehə qadağan edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə işgüzar nüfuzuna vurulmuş 50000 manat məbləğində zərərin, nümayəndəyə göstərdiyi yardıma görə 2500 manat məbləğində xərcin, “X3” ekspert rəyinə görə ödənilmiş 2500 manat xərcin, 30 manat dövlət rüsumunun, iddiaçı X2 xeyri nə 20000 manat məbləğində mənəvi zərərin, iddiaçı X4 xeyrinə 40000 manat məbləğində mənəvi zərərin Cavabdeh tutularaq müvafiq olaraq olaraq iddiaçılar "xxxx" MMC-yə, X5 və X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Daha sonra, Cavabdehlər X6, X8 və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi, cavabdehlərin hər birindən onun xeyrinə 50000 manat olmaqla, 150000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4517/2021 saylı, 10.06.2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar "xxxx" MMC, X7 və X4 Cavabdeh qarşı “şərəfi n, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddiası üzrə 2(001)-4517/2021 saylı mülki iş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(001)-1618/2021 saylı mülki işə bir icraatda baxılması üçün birləşdirilmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-130/2022 saylı, 28.01.2021-ci il tarixli qərardadı ilə (hakim İ.Əliyev) mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, qanunvericiliyin və Ali Məhkəmənin Plenumunun mövqeyinə əsasən tərəflərdən biri sahibkarlıq subyekti olmasa belə, onunla hüquqi şəxs arasında olan hüquqi şə xsin fəaliyyətindən irəli gələn tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
9. Belə ki, ilkin iddia üzrə İddiaçı2 Cavabdeh sonuncunun cəmiyyətdə direktor işlədiyi dövrdə vurduğu zərəri, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə təsisçilərdən biri olduğu hüquqi şəxsdən divident tələb edir. Odur ki, mülki işin “pul və divident”-in tutulması barədə ilkin və qarşılıqlı tələbləri korporativ tələblər olduğu üçün baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməli, eyni zamanda birləşdirilmiş tələblər ümumi məhkəmədə baxılmalı olmasına baxmayaraq, onlara digər tələblərlə birlikdə kommersiya məhkəməsində baxılmalıdır.
10. İddiaçı2 MMC qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayət inin dəlilləri
11. İddiaçı2 MMC birinci instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisənin başlandığı tarixdən bir il ərzində məhkəmə araşdırılması aparılmış, şahidlər dindirilmiş, iş üzrə sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmin müddət ərzində aidiyyət qaydasının pozulmasını müəyyən etməmiş, ekspertizanın rəyi gəldikdən sonra belə nəticəyə gəlmişdir ki, aidiyyət qaydaları pozulmuşdur. Buna görə də, qərardad ləğv edilməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
14. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
15. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
16. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrin ə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
17. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
18. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
19. Maddə 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.
20. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı: 23. 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkar lıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 24. 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahis ənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
27. İş materiallarından və iddiaların mahiyyətinin göründüyü kimi, pul və dividentin tutulması barədə ilkin və qarşılıqlı tələbləri korporativ tələblər olmaqla, kommersiya məhkəməsinin baxış predmetidir.
28. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəfləri n (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (§24).
29. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə aidiyyətinin ekspertiza rəyindən sonra müəyyən edilməsi məhkəmə aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasına əsas vermir. Nəzərə almaq lazımdır ki, MPM-ə əsasən (§18), aidiyyət qaydalarının pozulmasına yol verilmir.
30. Ona görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mülki işə kommersiya məhkəməsində baxılmalıdır.
31. Qeyd olunanları nəzərə alaraq kassasiya kollegiya belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 24.2, 26, 32 və 416-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-130/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Bəhman Qəribov Səyyad Kərimov