Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-2554/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin formaməzmununa dair tələblər pozulduqda, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmadıqda, ərizə imzalanmadıqda, imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan və Kommersiya kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, B akı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4870/20252 nömrəli, 4 iyul 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.048,00 AZN əsas borc, 832,00 manat cərimə borcu, real zərər olaraq 1.215,22 manat məbləğində avtomobilin təmir xərci, yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların törədilməsinə görə ödənilmiş 1.754,00 AZN cərimə, vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş 300,00 manat məbləğində pul vəsaiti, ümumilikdə 7.149,22 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4 iyul 2025-ci il tarixli, e-2(001)4870/2025 nömrəli qərardadı ilə (hakim Fərid Hətəmzadə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərar alınmış və iddiaçıya izah edilmişdir ki, o, hazırkı iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər.
3. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
4. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
5. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
6. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istən ildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
7. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.
8. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
9. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
10. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə. 408.1.5.kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır;
11. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
13. Belə ki, kassasiya şikayətindən görünür ki, şikayət MPM-in 407.1-ci maddəsində göstərilən tələblərə uyğun tərtib edilməmişdir. Belə ki, həmin maddənin tələbinə görə kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş formada verilməlidir. Həmin forma isə MPM-də müəyyən edilmiş 3 nömrəli əlavəyə uyğun olaraq tərtib edilməlidir.
14. Bundan başqa kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq imzalanmamışdır. Belə ki, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, şikayəti tərtib etmiş və imzalamış şəxsin isə iş materiallarında iddiaçının adından kassasiya şikayəti imzalamaq səlahiyyətini nəzərdə tutan etibarnaməsi aşkar edilməmişdir.
15. Eyni zamanda kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kas sasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi və imzalanmaması), kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
16. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir.
18. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4870/20252 nömrəli, 4 iyul 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.