Məhkəmə qərarları › İş №e-2(102)-2589/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-2589/2023

23.05.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2589/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3nə, Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 MMC-yə, Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması tələbinə dair iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-2352/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Entegra avtobusunun Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılması, həmin avtobusun alqı-satqısına dair digər cavabdehər Cavabdeh3 MMC ilə Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, avtobusla bağlı Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin adına reyestrdə aparılmış qeydiyyatın etibarsız hesab olunması barədə qətnamə çıxarılm asını xahiş etmiş, iddia ərizəsi 13 aprel 2023-cü il tarixli qərardadla icraata qəbul edilmişdir Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC yazılı vəsatətlə müraciət edərək, hazırkı mübahisənin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olduğundan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehlərdən Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC və Cavabdeh3 MMC kommersiya hüquqi şəxslərdir. Cavabdeh qismində göstərilən Cavabdeh1 aid hissə də birbaşa kommersiya fəaliyyəti ilə bağlıdır. Belə olmadığı halda belə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məh kəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-2352/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərardadı ilə (hakim Vahid Hacıyev) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 15 may 2023-cü il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mübahisənin subyektiv tərkibinə baxdıqda iddia tələbinin yönəldiyi əsas cavabdeh fiziki şəxs Cavabdeh1dur və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Mübahisənin predmetinə baxdıqda iddiaçının cavabdehlərə qarşı tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil. Tələb avtobusun qaytarılması və cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsidir. Hüquq münasibətlərinin xarakterinə baxdıqda isə açıq-aydın görünür ki, iddiaçı ilə cavabdehlər arasında birgə həyata keçirdikləri sahibkarlıq münasibəti olmamışdır və ya bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməmişdir. Lakin məhkəmə yuxarıda göstərilən meyarlara əhəmiyyət verməyərək, yalnız Cavabdeh1 guya xx.xx.2019-cu il tarixində **********2 saylı VÖEN-lə uçota alınmasını əsas götürmüş və nəticədə mübahisənin hüquqi şəxslər ilə guya fərdi sahibkar statusu əldə edən Cavabdeh1 arası nda yarandığı və mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsinin olması qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin istinad etdiyi VÖEN 11 rəqəmlidir. İnternet vergi idarəsində VÖEN-lə bağlı axtarış isə yalnız 10 rəqəmli VÖEN-lə mümkündür. Əsaslandırıcı hissə Birinci instansiya məhkəməsi MPM-in 24.2, 26.1, 30 və 32-ci maddələrinə istinadla qeyd etmişdir ki, yaranmış mübahisə hüquqi şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasındadır və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıd ır. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmə lər arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılm ası üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Baxılan işdə İddiaçı QSC kommersiya hüquqi şəxs olmaqla ona məxsus olduğunu iddia etdiyi əşya (avtobus) ilə bağlı kommersiya hüquqi şəxslər olan cavabdehlər Cavabdeh3 MMC (satıcı) ilə Cavabdeh2 Tam Orta Ümumtəhsil Məktəbi MMC (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığın ı və əşyanın ona qaytarılmasını tələb edir. İş üzrə üçüncü cavabdeh olan Cavabdeh1 isə qeyd olunan müqaviləni satıcı qismində Cavabdeh3 MMC-nin adından imzalamış qanuni təmsilçisi – direktorudur. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh1 fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir (VÖEN: **********). Göründüyü kimi, hazırkı mübahisə kommersiya subyektləri arasında onların ayrıayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Bu baxımdan, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Məhkəmə tərkibi, şikayətin dəlillərinə münasibətdə onu da vurğulamağı zəruri hesab edir ki, hətta Cavabdeh1 fərdi sahibkar statusunun hazırkı mübahisə ilə əlaqəsinin olmadığı, ona qarşı əşyanın qayta rılması tələbin qanunsuz sahib kimi əşya hüquq münasibətlərindən irəli gəldiyi qəbul edilsə belə, bu hal digər hissələrdə (cavabdeh hüquqi şəxslər arasında bağlanmış müqavilənin və avtomobilə dair onlardan birinin adına aparılmış qeydiyyatın etibarsızlığı) birmənalı olaraq kommersiya mübahisəsi olan hazırkı işin məhkəmə aidiyyətinin dəyişməsinə səbəb ola bilməz. Çünki, MPM-in 30-cu maddəsinin tələbinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəfləri n təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1). Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin e dilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2352/2023 nömrəli, 08 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar