Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-2941/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3540/2023 nömrəli iş üzrə 19 may 202 3-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiyası məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı və ya MMMC) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanan müqavilə əsasında icarə müqaviləsinə müvafiq olaraq cavabdehin istifadəsində verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayı daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1560 manat təşkil edən borcun və 36 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(001)-3540/2023 nömrəli, 19 may 2023-cü il tarixli qərardadı ilə (hakim Günel Abbasova) işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmışdır.
3. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 30 may 2023-cü il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir
4. Şikayət onunla əsaslandırılmışdır ki, MMMC mənzil sakinlərinə xidmət göstərilməsi səbəbindən yaradılmışdır. Həmin qeyri-kommersiya hüquqi şəxsinin fəaliyyəti heç bir halda sahibkarlıq fəaliyyətinə yönəlməmişdir. İdarəçilik etdiyi binanın sakinlərindən biri tərəfindən öz qeyri-yaşayı ş sahəsi cavabdeh MMC-yə icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Yəni, bu zaman sahibkarlıq fəaliyyəti və icarə müqaviləsi MMC və binanın sakini arasında mövcuddur. MMMC-nin fəaliyyəti isə nə MMC-yə, nə də binanın digər sakinlərinə münasibətdə sahibkarlığa istiqamətlənməmişdir. Bu baxımdan, mübahisənin hər iki tərəfində hüquqi şəxs olmağına baxmayaraq, mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən ümumi məhkəmədə baxılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
5. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və ( və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.
6. Maddə 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
7. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
8. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)
9. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaq la, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
10. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
11. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
12. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
13. Maddə 403-1.7. Kassasiya instansiyası məhkə məsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olmalı barədə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər hər ikisi hüquqi şəxsdir və onların aralarında olan mübahisə əşya hüquqi münasibətlərdən irəli gəlir. Odur ki, məhkəməyə müraciət edərkən, iddiaçı iddia ərizəsini kommersiya məhkəməsinə deyil, rayon məhkəməsinə verməklə MPM-in məhkəmə aidiyyəti ilə bağlı müəyyən edilmiş qaydaları pozmuşdur.
16. Məhkəmə tərkibi aşağıda qeyd olunanlara əsasə n bu mövqe ilə razılaşmır. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilm əsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
18. Hazırkı mübahisənin tərəflərindən biri qeyri-kommersiya hüquqi şəxs olmaqla, mübahisə onun məhz sahibkarlıqla bağlı olmayan fəaliyyətindən irəli gəlir. Belə ki, Mənzil Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir, belə cəmiyyət qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.
19. Göründüyü kimi, iddiaçı qeyri-kommersiya, cavabdeh isə kommersiya hüquqi şəxs olmaqla, aralarındakı mübahisə MMMC tərəfindən cavabdehin icarəsində olan sahəyə göstərilən kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı öhdəlik hüquq münasibətlərindən irəli gəlir.
20. Beləliklə, Məhkəmə tərkibi hesab edir ki, hazırkı işin kommersiya mübahisəsi hesab edilməsi və buna görə də işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barəd ə prosessual hüquqi əsaslar mövcud deyil.
21. Ona görə də şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
22. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3540/2023 nömrəli iş üzrə 19 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.