Məhkəmə qərarları › İş №e-2(102)-2944/2023

Ali Məhkəmə Qərardad — İş №e-2(102)-2944/2023

20.06.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-2944/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-2944/2023 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyanın hakimi X1 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibində Quba Rayon Məhkəməsinin e-2(027)-945/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərardadından Cavabdeh kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli 1998/15 saylı təminatlı kredit müqaviləsinə 1 saylı Əlavədə qeyd olunan girov qoyulmuş balıq məhsullarının cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda isə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli 2(105)48/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş öhdəliklərin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 26.1-ci maddəsinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinə verilməli olduğunu, işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Quba Rayon Məhk əməsinin (hakim A.Babayev) e-2(027)-945/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Cavabdeh qərardaddan kassasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

5. MPM: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə

67. Kassas iya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur; Maddə 403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hes ab edilməsinə dair qərardad qəbul edilir; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstəril ən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Hakimlərin qarışıq tərkibi kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

7. İşdən görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır.

8. Belə olan halda, həmin qərardaddan kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət cavabdehə münasibətdə xx.xx.2023-cü il tarixdə başlamış və qeyri-iş günləri də nəzərə alınmaqla xx.xx.20203-cü il tarixdə başa çatmışdır.

9. Cavabdeh xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayətini şəxsi sertifikatı əsasında elektron qaydada imzalayaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirməklə xx.xx.2023-cü il tarixdə vermiş olsa da, sözügedən şikayət vəkil tərəfindən imzalanmamışdır.

10. Bundan sonra cavabdehin vəkili Vəkil2 etibarnamə təqdim etmədən öz adından xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayətini şəxsi sertifikatı əsasında elektron qaydada imzalayaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirməklə xx.xx.2023-cü il tarixdə təqdim etmişdir.

11. Göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixli qərardaddan kassasiya şikayəti qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük prosessual müddət ərzində vəkil tərəfindən imzalanmamışdır.

12. Birinci instansiya məhkəməsi də qanunvericiliyin imperativ göstərişlərini yerinə yetirməyərək, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilən prosessual müddət ərzində vəkil tərəfindən imzalanmayan şikayəti qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

13. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Göstərilənlərə əsasən və MPM-in 403-1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin e-2(027)-945/ 2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət cavabdehə qaytarılması üçün mülki iş həmin birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar