Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3002/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarşıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “ortaqlığın tanınması və pul” tələbinə dair iş üzrə Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 05 avqus t 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “ortaqlığın tanınması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ildən 2022-ci ilin sonlarınadək olan müddətdə “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən “Çənlibel” topdansatış mağazasında həyata keçirilmiş ticarət fəaliyyətində onunla cavabdeh arasında mövcud olmuş bərabər paylı ortaqlığın tanınması və həmin ortaqlıqdakı payların tərəflər arasında bərabər bölünməsi və 800.000 məbləğində pulun, iddianın irəli sürülməsi üçün məhkəməyə ödənilmiş 1090 manat dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh bacı-qardaş olma qla 1996-cı ildə ortaq biznes qurmuşlar.İddiaçı özünə məxsus qızıl-zinət əşyalarını sataraq dəyərini sözügedən biznesə qoymuş, “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən binanı icarəyə götürməklə orada “Çənlibel” topdan satış mağazasını yaratmışlar. Həmin ortaqlıq iki bərabər paydan ibarət olmaqla, bir pay iddiaçı və onun əri Qabil Qurbanova, digər pay isə cavabdehə məxsus olmuşdur. Həmin biznes fəaliyyəti 1996-cı ildən 2013-cü ilin aprel ayına kimi normal fəaliyyətini davam etdirmişdir. Həmin il iddiaçı ilə əri Q.Qurbanov arasında ailə münasibətləri korlanmış və 2014-cü ildə məhkəmə qaydasında nikahları pozulmuşdur. Bundan sonra iddiaçının keçmiş əri notarial qaydada aşağıdakı məzmunda ərizə vermişdir: “Mən, X1 şərik olduğum mağazanın müdiri Cavabdeh Əhmədəli oğlundan ailəmlə boşandı qdan sonra şəxsən özümə çatacaq qırx min manat pul vəsaitini aldım. Bundan sonra mənim pula və mala qarşı heç bir iddia tələbim olmayacaq.” Beləliklə, ərizənin məzmunundan göründüyü kimi, iddiaçının əri özünə aid olan hissənin dəyəri olan pul məbləğini almış, ailəsinin isə mağazadakı şəriklik münasibətlərinə davam etdiyini bildirmişdir.Cavabdeh bizneslə bağlı Qurban Qurbanovun payını ödəməsini əsas gətirərək, iddiaçı ilə hər hansı qarşılıqlı fəaliyyətinin olmadığını bildirməklə, onu və ailəsini mağazaya buraxmır.Hazırda iddiaçı şərikli biznes fəaliyyətində özünün şəriklərdən biri kimi tanınmasını və əldə edilmiş payın tərəflər arasında bölünməsini tələb edir.
3. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) e-2(033)-824/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəs i və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, EMİS-dən əldə edilmiş çıxarışa görə, Cavabdeh ********** nömrəli VÖEN-dən istifadə edir. Eyni zamanda məhkəməyə daxil olmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iş üzrə mübahisənin subyekti hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir. Bundan başqa, mübahisə predmeti olan iddia ərizəsi vasitəsilə tələb edilən pul məbləğinin yaranma əsası kimi də məhz mübahisə subyektlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması çıxış edir. Belə ki, iddiaçı şərikli kommersiya fəaliyyətində özünün şəriklərindən biri kimi tanınmasını və şərikli kommersiya fəaliyyətinin göstərməsi nəticəsində əldə edilmiş payın tərəflər arasında bərabər bölünməsini tələb edir. İddiaçının tələb etdiyi pul məbləği isə məhz həmin kommersiya fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlərdən ibarətdir. Bu isə tərəflər arasındakı mübahisənin predmetinin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu göstərir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, mübahisənin həm subyektiv tərkibi, həm predmeti, həm də aralarında yaranmış münasibətlərin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olduğu təqdirdə tərəflərin arasında mövcud olmuş hüquq münasibətləri, subyektlərin fəaliyyət istiqamət i sahibkarlıq fəaliyyətində irəli gələn münasibətlər olduğundan, iddiaya ümumi məhkəmədə baxıla bilməz.
5. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək onun ləğv edilməsini, iddia tələbinin məhkəmənin icraatına qəbul edilərək baxılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin kommersiya mübahisəsi hesab edilməsi üçün əsas götürülən üç meyardan (işdə iştirak edən şəxslərin subyektiv tərkibi; mübahisənin predmeti; hüquq münasibətlərinin xarakteri) birincisi, yəni subyekt tərkibi mövcud deyildir. Yəni, bəhs edilən iddia tələbinin kommersiya mübahisəsi hesab edilməsi üçün hər iki tərəf qanunvericiliyin tələbinə uyğun olaraq fərdi sahibkar statusuna malik olmaqla VÖEN-ləri olmalıdır.İddiaçının isə VÖEN-i yoxdur. Tərəflərdən yalnız birinin VÖEN-i vardır. Qanunvericilik istənilən subyektlər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan mübahisələri deyil, yalnız ən azı iki ayrı-ayrılıqda VÖEN-i olan subyektlər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan mübahisələri kommersiya mübahisəsi hesab edir.
7. Zaqatala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və məhkəmə aidiyyatının müəyyən edilməsi üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
8. Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi
9. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa m əhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu
10. Maddə
15. Məhkəmə aidiyyətinə riayət edilməsi
11. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir;
13. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır;
14. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
15. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
16. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə ba xışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
17. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 18. 403-1.8.1. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
19. Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: 20.... 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin s ubyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
21. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə ba ğlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilmə sindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 22.... əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı o lduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 23.... işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
24. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
25. Baxılan işdə cavabdeh fərdi sahibkar statusunda şəxs olsa da, İddiaçı fiziki şəxs olmaqla fərdi sahibkar statusuna malik deyil.
26. İddia ərizəsi cavabdehdən 2014-cü ildən 2022-ci ilin sonlarınadək olan müddətdə “Zaqatala Bazar-2” ATSC-nin ərazisində yerləşən “Çənlibel” topdansatış mağazasında həyata keçirilmiş ticarət fəaliyyətində onunla cavabdeh arasında mövcud olmuş bərabər paylı ortaqlığın tanınması və həmin ortaq lıqdakı payların tərəflər arasında bərabər bölünməsi və 800.000 məbləğində pulun, iddianın irəli sürülməsi üçün məhkəməyə ödənilmiş 1090 manat dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi ilə bağlıdır.
27. Göründüyü kimi, mübahisə həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsi olsa da, işdə iştirak edən şəxslərin subyektiv tərkibi, baxımında kommersiya mübahisəsi hesab edilə bilməz.
28. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur
29. Beləliklə, mövcud vəziyyətdə hazırkı mübahisənin kommersiya mübahisəsi olduğu barədə qənaətə gəlmək mümkün deyildir.
30. Göstərilənləri nəzərə alaraq Məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7).
32. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 4031.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-824/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “ortaqlığın tanınması və pul” tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir