Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-3281/2025 03.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh "xxxx" Firmasına qarşı ilk, iddiaçı "xxxx" Firmasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı qarşılıqlı iddia tələbləri üzrə qarşı iş üzrə QƏRARDADİ (Şikayətin icraata qəbulundan imtina barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-649/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından qarşılıqlı iddiaçı Cavabdeh Firmasının (Nümayəndə) şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4 MMC, İddiaçı2 MMC, X1 və İddiaçı5 iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaqları zəbt edib qanunsuz tikinti aparan Cavabdeh firmasının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Aeroport yolunun sağ tərəfində yerləşən iddiaçılara məxsus torpaqlardan tikdikləri tikintiləri cavabdehin hesabına sökülərək boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Firması da İddiaçı1, İddiaçı4 MMC, İddiaçı2 MMC, X1, İddiaçı5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının mülkiyyət hüququ ilə ona məxsus olan və yerquruluşu planı ilə sərh ədləri təsdiq edilmiş hissədə İddiaçı3 verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın, İddiaçı5 verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın, İddiaçı1 verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın, İddiaçı2 MMC-yə verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın və İddiaçı4 MMC-yə verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Firmasının nümayəndəsi vəsatətlə müraciət edərək, hazırki işin kommersiya xarakteri daşıdığını və Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-649/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatəti təmin edilməmişdir. (hakim Zaur Tağıyev ) Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Firması (Nümayəndə) qərardaddan şikayət vermişdir. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-649/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.3-cü maddəsinə görə məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə görə isə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən maddələ rindən də görünür ki, məhkəmə aidiyyətindən verilən şikayətlər kassasiya şikayətlərinə bərabər tutulur, kassasiya şikayətinə münasibətdə irəli sürülən tələblər bir qayda olaraq məhkəmə aidiyyətindən olan şikayətlərə də şamil edilir, üstəlik, aidiyyət qərarlarından şikayətin vəkil tərəfindən verilməli və imzalanmalı olması qanunvericilikdə xüsusi olaraq müəyyən edilib. Hazırki şikayəti elektron qaydada yalnız Cavabdeh Firmasının nümayəndəsi Nümayəndə imazlamışdılr. Şikayətə vəkilin orderi əlavə edilib, şikayətdə vəkilin adı və soyadı qeyd edilsə də, şikayət vəkil tərəfindən elektron qaydada imzalanmayıb Halbuki, prosessual qanunvericiliyə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədləri n göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. (MPM, 10-1.3, 10-1.7) Mülki Prosessual Məcəllənin 403-1.4-cü maddəsinə görə şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək h üququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti geri qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdə qeyd edilən prosessual tələblərə əməl edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayəti Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan kassasiya instansiyasına göndərmişdir. Bu səbəbdən şikayət Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən tələblərinə uyğun olmadığı üçün şikayətin icraata qəbulundan imtina edilməli, şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əm əl edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1.3 və 403-1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh Firmasının Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-649/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməsin və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Bakı Şəhər Xəzər Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №e-2(102)-3281/2025
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-3281/2025
03.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver