Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3462/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə dair fikir ayrılığı, işin kommersiya məhkəməsinə aidiyyəti, dövlət orqanları kommersiya mübahisələrinin subyekti kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, idd iaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyan tələbinə dair Bakı Kommersiya Məhkəməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – iddiaçı və ya Nazirlik) Mənzil İstismar İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – cavabdeh və ya MMC) arasında Nazirliyin Nəvai qəsəbəsində mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi, mebel və avadanlıqların quraşdırılmasına dair 06 iyun 2011-ci il tarixli podrat müqaviləsi bağlanmışdır.
2. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə göstərilmiş xidmətin qüsurlu olduğuna istinad edərək, hazırkı tələbi irəli sürmüşdür. Ümumi və kommersiya məhkəmələrində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə dəymiş ziyana görə iddiaçının hesablaşma hesabına 3654188,82 manat köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin (bundan sonra – Kommersiya Məhkəməsi) e-2-2(113)-43/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı ilə (hakim Z.Pirverdiyev) işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Kommersiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 43.6-cı maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər, lakin bu o halda mümkün olur ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Lakin hazırkı işdə iddiaçı (Nazirlik) kommersiya fəaliyyəti ilə məşğul olmur və hazırkı mübahisənin predmeti də onun kommersiya fəa liyyətindən irəli gəlmir. Belə ki, tərəflər arasında bağlanmış 06.06.2011-ci il tarixli müqavilədən göründüyü kimi iddiaçı, cavabdehlə podrat müqaviləsini iddiaçının istifadəsi üçün silah və sursat anbarlarının, kommunikasiya xətlərinin, mebel və avadanlıqların quraşdırılması üzrə işlərin görülməsi məqsədilə bağlamışdır.
6. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, mübahisənin tərəfləri hüquqi şəxslər olsa da, hüquq münasibətlərinin xarakteri iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə hazırkı işə ümumi məhkəmədə - cavabdehin hüquqi ünvanının yerləşdiyi ərazi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(004)- 2569/2022 nömrəli iş üzrə 15 aprel 2022-ci il tarixli qərardadı ilə (hakim T.Xəlilova) mülki işin aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün işin Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Rayon Məhkəməsi MPM-in 24.2, 26.1-ci maddələrinə və Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarına istinadla qeyd etmişdir ki, hazırkı i iş üzrə işdə iştirak edən şəxslər hüquqi şəxslərdir. Mübahisənin predmetini tərəflər arasında mülki-hüquqi əqddən yaranmış tələb təşkil edir. İddiaçının sahibkarlıq subyekti olan cavabdehə qarşı tələbi iqtisadi məzmunludur.
9. Rayon Məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğundan, mülki işə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Odur ki, məhkəmə aidiyyəti üzrə fikir ayrılığ ı olduğundan iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
13. Mad də 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
14. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 20 20-ci il tarixli Qərarı
15. Bənd
11. MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
16. Bənd
12. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisə nin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
17. Bənd
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə, dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin inv estisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, baxılan işdə tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisə olduğundan, işə Kommersiya Məhkəməsində baxılmalıdır.
19. Belə ki, iddiaçı dövlət orqanı, cavabdeh isə kommersiya hüquqi şəxsidir. Tərəflər arasındakı mübahisə iddiaçının hakimiyyət səlahiyyətlərini icra etməkdən deyil, mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində sahibkarlıq subyekti olan cavabdehlə bağladığı mülki hüquqi əqddən – podrat müqaviləsindən irəli gəlir.
20. Kommersiya Məhkəməsi işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Rayon Məhkəməsinə göndərərkən, iddiaçının (Nazirlik) kommersiya fəaliyyəti ilə məşğul olmadığına və mübahisənin predmetinin onun kommersiya fəaliyyətindən irəli gəlmədiyinə istinad etmişdir.
21. Halbuki, həmin məhkəmənin də istinad etdiyi Ali Məhkəmənin Plenumunun işlərin məhkəmə aidiyyətinin müəyyən olunmasına dair yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqelərə görə, dövlət orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa, mülki d övriyyənin bərabər hüquqlu subyektləri kimi həm də sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır (§ 17).
22. Göründüyü kimi, hazırkı mübahisəyə baxılması kommersiya məhkəmələrinə aid olduğu halda, Kommersiya Məhkəməsi işin ümumi məhkəməyə aid olması barədə düzgün olmayan qənaətə gəlmişdir.
23. Ona görə də, qərardad ləğv edilməli və iş m ahiyyəti üzrə baxılması üçün Kommersiya Məhkəməsinə göndərilməlidir.
24. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 26, 4031.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi ziyan tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.