Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3566/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti” MMC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti” MMC -nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestri qeydinin qismən etibarsız hesab edilməsi, torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması” tələbinə dair iş üzrə Qəbələ Rayon Məhkəməsinin e-2(025)-890/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı
1. İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti” MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh2 MMC, Cavabdeh3 və AR İN ƏM DX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək: - Qəbələ rayonu “Durça” yaşayış massivində istirahət zonası tikilməsi məqsədilə Cavabdeh2MMC-yə 21,83 ha torpaq sahəsi satılması haqqında Cavabdeh3 xx.xx.2006-cı il tarixli 07 saylı qərarı və eyni ölçüdə torpaq sahəsinin satılması haqqında Cavabdeh3 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2006-cı alqı-satqı müqaviləsinin iddiaçıya məxsus olan 7,0 ha torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsi; - həmin torpaq sahəsi üzərində Cavabdeh2 MMC-nin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri qeydinin etibarsız hesab edilməsi; - ərazinin qanunsuz sahiblikdən azad edilib iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-890/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərardadı ilə işin icraatına xitam verilmiş, iddiaçıya Şəki Kommersiya Məhkəməsində iddia qaldırmaq hüququ izah edilmiş, iş üzrə ödənilmiş 100,0 (yüz) manat dövlət rüsumunun iddiaçı qaytarılması qərara alınmışdır. (hakim Ülvi Qənbərov)
3. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı torpaq sahəsi ilə bağlı tələbləri tərəflərin (iddiaçı və cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3) hər birinin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır və mübahisə predmeti əşya-hüquq münasibətlərdən irəli gələn məsələlərə aid olduğundan mahiyyət etibarı ilə iqtisadi məzmunludur.
4. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-890/2024 nömrəli 04 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir. (hakim Ülvi Qənbərov)
6. Məhkəmə əvvəlki qərardadındakı mövqeyini (yuxarıda § 3) təkrarlamışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
7. Məhkəmən iddia ərizəsini icraata qəbul edərək iş üzrə bir neçə hazırlıq iclası təyin etdikdən sonra icraata xitam verib. Bu yanaşma özlüyündə yolverilməzdir. Həmçinin cavabdelərdən heç biri məhkəmə aidiyyatını nəzərə almayıb. Mübahisə yalnız torpağa mülkiyyət hüuqi ilə bağölı yaranıb və sahibkarlıq fəaliyyətindən irəli gəlmir. b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkə mələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azə rbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satı şından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə
30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə gön dərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə g öndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyi şdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılmas ı məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələr inə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyar ların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tə ləblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sa hibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüq uq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
9. Qarışıq məhkəmə tərkibi şikayətlə bağlı aşağıdakıları qeyd edir.
10. İşin müəyyən edilmiş hallarına əsasən iddia tələbi iddiaçı və Cavabdeh2 MMCnin hər birinin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. İddia tələbində iddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh2 MMC çıxarılmasını da xahiş edir.
11. İddia tələbi hüquqi şəxslər arasında mülkiyyətin müdafiəsi barədədir.
12. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə a lınmaqla müəyyən edilir.
13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.
14. Hazırkı iş üzrə həm iddiaçı, həm də Cavabdeh2 MMC-nin hüquqi şəxs olması işin mübahisəsiz halıdır.
15. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Belə ki, mübahisənin predmeti mülkiyyətin müdafiəsidir. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə həm iddiaçı, həm də Cavabdeh2 MMC-nin həmin torpaqdan ehtimal edi lən istifadə ilə bağlı mənafeyi onların iqtisadi fəaliyyət sferasına aid olmaqla fəaliyyətlərini daha da genişləndirmək və gəlir əldə etmək niyyətindən irəli gəlir.
16. Yuxarıda qeyd edilən Plenum qərarının 13 və 14-cü bəndlərinə görə iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəali yyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.
17. Göründüyü kimi, Plenum qərarında iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından əşyahüquq münasibətlərindən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi barədə tələblərə kommersiya məhkəmələrində baxılmalı olması barədə hüquqi mövqe sərgiləmişdir.
18. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə və Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.
19. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin məhkəmə aidiyyəti ilə bağlı əsasən düzgün nəticəyə gəlsə də, iş üzrə icraata xitam verməklə səhvə yol vermiş və xitamın əsası kimi də MPM-in 261.0.1-ci maddəsini düzgün tətbiq etməmişdir.
20. Belə ki, MPM-in 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə isə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.
21. MPM-in 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
22. G öründüyü kimi, prosessual qanunvericiliyə görə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində işin ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması müəyyən edilərsə, hakim ərizəni geri qaytarır, iş icraata götürüləndən sonra işin ərazi və məhkəmə aidiyyəti ilə bağlı məsələ qalxdıqda, işin icraatına xitam verilməsini deyil, işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarır.
23. Məhkəmə tərkibi MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş “məhkəmə aidiyyəti” ifadəsi ilə bağlı qeyd edir ki, bu ifadə işin kommersiya məhkəməsinə aidiyyətini nəzərdə tutur. MPM-in digər normalarının təhlilindən də bu nəticə çıxır. Belə ki, MPM-in 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkib i, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3-cü maddəsinə görə məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.
24. Göründüyü kimi, mülki prosessual qanunvericilik məhkəmə aidiyyəti dedikdə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini nəzərdə tutmuşdur.
25. Həmçinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li Qərarında da qeyd edilmişdir ki, aidiyyə tlə bağlı mübahisələrə baxılmasının yeni qaydası yalnız mülki və kommersiya mübahisələri üzrə məhkəmə aidiyyətinə dair fikir ayrılıqlarının olduğu hallara aiddir. Buna görə, mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. (bənd 2) 26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 2015-ci il 10 aprel tarixli Qərarında da izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. (bənd 15.4)
27. Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun qeyd edilən hər iki Qərarında hüquqi mövqe belə olmuşdur ki, ümumi və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr MPM-in 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən hər iki Qərarından da belə nəticə çıxır ki, yalnız inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir, işin kommerisya məhkəməsinə aid olması müəyyən edildiyi halda isə iş üzrə icraata xitam verilməsi barədə qərardad deyil, işin aidyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır.
29. Onu da nəzərə almaq lazımdır ki, MPM-in 261.0.1-ci maddəsinə görə isə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Başqa sözlə, qeyd edilən normadan da görünür ki, işin mülki məhkəmə icraatı qaydasında baxılması istisna edilərsə, iş üzrə icraata xitam verilir. Həmin normada “mülki məhkəmə icraatı” ifadəsi isə kommersiya məhkəməsini də ehtiva edir.
30. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edillməli, iş hazırkı qərarın əsaslandırıcı hissəsində qeyd edilən göstərişlərə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
31. Məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.7 və 403-1.8.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı tikinti, turizm və ticarət ko.LTD şirkəti” MMC-nin şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-890/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin, iş hazırkı qərarın əsaslandırıcı hissəsində qeyd edilən göstərişlərə əməl edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.