Məhkəmə qərarları › İş №e-2(102)-4062/2022

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4062/2022

29.06.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4062/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(005)-1634/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (vəkil Nümayəndə) şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Resp ublika Xammal və Əmttə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, "xxxx" QSC və Respublika Xammal və Əmttə Birjasının “Külək" MMC kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı və cavabdehlər arasındakı münasibətlər isə cavabdeh hüquqi şəxslərin kommersiya fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Buna görə də, hazırki mübahisənin aidiyyəti kommersiya məhkəmələrinə aiddir. İddiaçı (vəkil Nümayəndə) qərardaddan şikayət verib, Nəri manov rayon məhkəməsinin e2(005)-1634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadınnın ləğv edilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, tərəflər hüquqi şəxs olsa da, mübahisə predmeti sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil və qət edilmiş qətnamənin icra edilməsi, icra sənədinin icrası ilə əlaqədardır. Mübahisənin predimeti, Azərbaycan Respublikasının “İcra haqqında” qanun və Azərbaycan Respublikasının “İpoteka haqqında” qanunun tələblərinin kobud pozulmasi ilə əlaqədardır ki, qeyd edilmiş hərrac qanunvericiliyə uyğun keçirilməmiş və Mülki Məcəlləyə əsasən isə pozuntularla keçirilmiş hərraclar, hərracın etibarsızlığına səbəb üçün əsasdır. Hərracın keçirilməsi üçün sifarişi iddiaçı olaraq "xxxx" QSC verməmişdir və cavabdehlə aralarında hərracın kecirilməsinə dair hər ha nsı bir müqavilə (sahibkarlıq fəaliyyəti üçün) mövcud deyil. Sifarişi aidiyyatı icra şöbəsi versə də Azərbaycan Respublikasının “İpoteka haqqında” qanunun 42-ci maddəsinin tələbləri kobud pozulmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləy ə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahib karlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır” Həmin Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin komm ersiya qurumlarının dövlət reyestri məlumatının verilməsinə dair elektron informasiya ehtiyatından əldə olunmuş çıxarışına əsasən "xxxx" QSC və Respublika Xammal və Əmttə Birjasının “Külək”MMC kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmışdır. Hər iki tərəf kommersiya hüquqi şəxsi olduğundan və onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından onlar arasında yaranan bu mübahisə həmin hüquqi şəxslərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 may 2022-ci il tarixli məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (vəkil Nümayəndə) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 may 2022-ci il tarixli, e-2(005)-1634/2022 saylı məhkəmə aidiyyəti haqqında qərarda dı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar