Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(102)-4081/2022 28.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(005)96/2022 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı2 vəkili Vəkil1 şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(005)-96/22 saylı qərardadı ilə İddiaçı2 MMC-nin ca vabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (“X1”MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-96/2022 nömrəli mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı2 MMC tərəfindən şikayət verilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət İddiaçı2 vəkili Vəkil1 tərəfindən imzalansa da, vəkilin iddiaçının adından kassasiya şikayəti vermək hüququnu müəyyən edən etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmçinin şikayə tə vəkilin iddiaçını Ali Məhkəmədə təmsil etmək üçün verilmiş müvafiq orderi əlavə edilməmiş, işdə olan vəkil orderində isə vəkilin yalnız birinci instansiya məhkəməsində tapşırığı icra etmək səlahiyyəti olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. -403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. -407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdı r. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir -407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci və 408.1.3-cü maddələrinə əsasən həmin maddələrin tələblərinə əməl olunmadıqda kassasiya şikayəti geri qaytarılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3 və 407.4-cü maddələrinin tələbləri pozulmaqla verildiyindən şikayətin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarılmalıdır. Bundan əlavə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi şikayətə Azərbaycan Re spublikası MPM-nin 269.1-ci maddəsinə əsasən baxılması barədə 02 iyun 2022-ci il tarixdə qəbul etdiyi qərardadda yanlışlığa yol vermiş və qərardadın nəticə hissəsində verilmiş şikayət üzrə yox, başqa iş üzrə verilmiş şikayət üzrə nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 403-1, 407, 408.1 və 408.3cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı2 verdiyi şikayət qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Nərimanov rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №e-2(102)-4081/2022
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-4081/2022
28.06.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver