Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-6189/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə məhkəmə aidiyyətinə dair QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı məhkəmə aidiyyətinə dair şikayətə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750.000 avronun, 110.000 ABŞ dollarının, 107.000 manatın, iddia üçün ödənilmiş 1.591 manat dövlət rüsumunun, müvəqqəti təminat barədə ərizə ödənilmiş 159.10 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Həmin qərardadla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar olsa da, tələb olunan borc məbləği verilən andan sahibkarlıq fəaliyyətini dayandırmışdır. Fərbi sahibkar ols a belə, borcun verilməsinin həmin fəaliyyətlə heç bir əlaqəsi yoxdur. İddiaçı cavabdehə borc verməsinə dair yazılı iltizama istinad etməklə borcunu geri tələb edir. Cavabdehin məhkəməyə təqdim etdiyi “razılaşma müqaviləsinin” borc münasibətlərinə heç bir aidiyyəti yoxdur. Ona görə işə ümumi məhkəmədə baxılmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında İddiaçı adına VÖEN (********** No-li) olması əsas götürülərək işin kommersiya məhkəməsinə göndərilməsi qərar alınmışdır. II. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
5. Kassasiya kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunaraq mü lki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
6. Beləki, MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
7. Həmin Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
8. Məcəllənin 26.2. maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 405-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onl arın səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
9. İddiaçı tələbinin əsası kimi cavabdehin ona vermiş olduğu yazılı iltizama əsaslanmışdır (mülki iş səhifə 6). Həmin iltizamda Cavabdeh Mikayıl Qurbanovdan 750.000 Avro, 110.000 ABŞ dolları, 107.000 AZN pul alması qeyd edilmiş və iltizamda qeyd olunan müvafiq vaxtlarda götürdüyü vəsaiti qaytaracağı barədə öhdəlik götürülmüşdür. İddiaçı həmin sənəddən başqa hər-hansı müqaviləyə və yaxud, birgə sahibkarlıq fəaliyyətinə istinad etməmişdir. İstinad olunan qəbzdəki məlumatlar birgə sahibkarlıq fəaliyyəti, o cümlədən, pul vəsaitinin sahibkarlıq fəaliyyəti üçün verilməsi qənaətini formalaşdırımır. 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr ara sında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm müba hisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbin dən işə ümumi məhkəmədə baxılmalıdır.
11. Hazırkı işdə yazılı iltizamla pul alınıb-alınmaması, bunun qanuniliyi, alınan pulun sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması aydınlaşdırılmadan, təkcə iddiaçının adına VÖEN olması əsası ilə işin kommersiya məhkəməsinə göndərilməsi əsaslı sayıla bilməz.
12. Qeyd olunan qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Göstərilənlərə əsasən və MPM-in 403-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: Həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.