Məhkəmə qərarları › İş №e-2(102)-6317/2022

Ali Məhkəmə Qərar — İş №e-2(102)-6317/2022

24.11.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-6317/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iş üzrə məhkəmə aidiyyətinə dair QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu, İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı məhkəmə aidiyyətinə dair şikayətə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4779 manat və 6030 ABŞ dolları məbləğində vurulmuş maddi zərərin əvəzinin, 15480 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində hüquqi xidmət xərcinin və 183,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şirkət kredit vəsaiti hesabına ABŞ-dan elektrik peçləri satın alaraq ölkəyə gətirmiş, lakin Dövlət Gömrük Komitəsinin əməkdaşl arının qanunsuz hərəkətləri nəticəsində ölkəyə gətirmiş olduğu texnika həmin idarənin ambarında qanunsuz və əsassız olaraq saxlanmış, əsassız təhqiqat aparılmış və nəticə etibarı zərərə düşərək, texnikanı vaxtında şirkətin filiallarında istifadə edə bilməmiş, əlavə daşınma haqqı ödəmiş, vaxtında texnikadan istifadə edə bilmədiyinə görə qazancdan məhrum olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4736/2022 nömrəli 7 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Anar İbadzadə) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmışdır.

4. Qərardadın qəbul edilməsinə əsas ondan ibarət olmuşdur ki, həm in tələb kommersiya mübahisəsi olduğu üçün işə kommersiya məhkəməsində baxılmalıdır.

5. Həmin qərardadla razılaşmayan iddiaçı ondan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Maliyyə Nazirliyini hüquqi şəxs kimi prosesə cəlb etmişdir. Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Hüquqi şəxsin anlayışı isə Mülki Məcəllənin 43.1-ci maddəsində təsbit edilmişdir, həmin maddəyə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Bu səbəbdən məhkəmənin iddiaçıya münasibətdə onun hüquqi şəxs olmasına dair qənaətini qəbul etsə də, cavabdehə münasibətdə onun mövqeyini qəbul etməmişdir. Məhkəmə MPM-in 25.1 və 26.1-ci maddələrini təhlil edərək sözügedən mübahisənin kommersiya xarakterli olması nəticəsinə gəlmişdir. Halbuki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndinə əsasən həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin s ahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. 12-ci bəndə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Mübahisə İddiaçı MMC ilə Maliyyə Nazirl iyinin birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti, eləcə də ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Maliyyə Nazirliyinə iddia qaldırılmasının səbəbi təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş zərərin dövlət büdcəsindən tutulmasını təmin etməkdir. İddiaçı vurulmuş maddi zərərin səbəbkarı Maliyyə Nazirliyi deyil, Maliyyə Nazirliyinin cavabdeh kimi cəlb edilməsi işin daha çox texniki tərəfini əhatə etmişdir. Belə ki, iddia təmin olunacağı təqdirdə dövlət büdcəsindən iddia tələbi məbləğində vəsaiti tutub ödəmək səlahiyyəti məhz Maliyyə Nazirliyinə verilmişdir. Ali Məhkəmə adıçəkilən qərarının 23-cü bəndində açıqca bildirmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Hazırki işdə iddiaçı nə cavabdehdən mal (iş və xidmət) almış, nə onunla mülki hüquqi əqd bağlamış, nə də investisiya fəaliyyəti həyata keçirmişdir. Göstərilən səbəblərdən iddia tələbinə ümumi məhkəmələrdə, yəni Nəsimi Rayon Məhkəməsində baxılmalıdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4736/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Anar İbadzadə) şikayət əsassız olduğundan təmin edilməmiş və baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. II. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. Kassasiya kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunaraq mülki iş iddianın mümkünlüyü məsələsinə yenidən baxı lması üçün həmin məhkəməyə qaytarılmalıdır.

8. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, təqdim edilmiş iddia ərizəsi MPM-in 149-cu maddəsinin tələblərinə və eyni zamanda məhkəmələrdə kargüzarlığın aparılması qaydalarına uyğun deyil. Beləki, iddia ərizəsinin yazılı qaydada verilməsi özündə onu ehtiva edir ki, ərizənin məzmununa daxil edilmiş məzmunu ərizədə öz əksini tapsın. Ərizənin tərtib olunması şriftlərinin ölçüsü kargüzarlığın aparılması qaydalarına uyğun deyil və çox kiçik şriftlərlə tərtib edilmiş, ərizənin mətni tam olaraq oxunmayan qaydada məhkəməyə təqdim edilmişdir. Beləki, iddia ərizəsinin tərtib olunduğu iki səhifənin hər ikisində sətirlərin əvvəllərində ehtimal olunan fikirlər öz əksini tapmamışdır. Sətirlərin əvvəllərindəki fikirləri əvvəlki və ondan sonrakı fikirləri anali z etməklə təqribi ehtimal əsasında müəyyən etmək mümkündür.

9. Ona görə 1-ci instansiya məhkəməsi ilk növbədə həmin iddia ərizəsinin MPM-in 149-cu maddəsinə uyğun olub-olmaması əsası ilə dəyərləndirməklə qaytarılması məsələsini müzakirə etməlidir.

10. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri MPM-nin 152.1.3. maddəsinə əsasən geri qaytarmışdır. Həmin normaya görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini geri qaytarır.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisə kommersiya mübahisəsi olduğu üçün işə kommersiya məhkəməsində baxılmalıdır.

12. Məhkəmə tərkibi 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

13. Beləki, MPM-in 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. Həmin Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

15. Məcəllənin 26.2. maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyə tində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

17. Qeyd olunan qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

18. Hazırkı işdə iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Mal iyyə Nazirliyi arasında hər-hansı sahibkarıq fəaliyyətindən söhbət gedə bilməz, mübahisənin özü də sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. İddia ərizəsində də mübahisənin tərəflər arasındakı sahibkarlıq fəaliyyti ilə bağlı yaranmasına istinad edilmir. İddia tələbinin əsası kimi inzibati orqanın qanunsuz hərəkətləri ilə bağlı hallar sadalansa da, cavabdeh kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilmişdir.

19. Ümumiyyətlə, inzibati orqanın (Dövlət Gömrük Komitəsinin) hərəkətləri nəticəsində vurulmuş zərərin əvəzinin hansı əsaslarla Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tələb olunması aydın deyil. Zərər iddia ərizəsində qeyd olunduğu kimi inzibati orqanın əməkdaşlarının hərəkətləri nəticəsində vurulmuşdursa, onda həmin iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Belək i, İPM-in 2.2.7. maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Göründüyü kimi 1-ci instansiya məhkəməsi iddia ərizəsini və sənədləri məhkəmə aidiyyatı ilə bağlı geri qaytararkən işin halları ilə bağlı ətraflı dəyərləndirmə aparmamışdır.

21. Göstərilənlərə əsasən və MPM-in 403-1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə tərkibi Qərara aldı: Həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4736/2022 nömrəli 7 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazi rliyinə qarşı “maddi zərərin ödənilməsi və s.” tələbinə dair işin iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar