Məhkəmə qərarları › İş №e-2(102)-6774/2022

Ali Məhkəmə Qərar — İş №e-2(102)-6774/2022

22.12.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-6774/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı nun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin kommersiya məhkəməsinə aid olması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Kərimov Səyyad Əli oğlu və Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı nun Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı işdən və qanuni təmsilçilikdən azad edilmə tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7293/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə 22 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) işdən və qanuni təmsilçilikdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi və həmin qərarın rəsmiləşdirilməsi (bu barədə q ərarın qəbul edilməsi və hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması, işdən azad olunma ilə əlaqədar son haqq-hesabın aparılması öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-7293/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Məhəmməd Rüstəmli) iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmışdır.

3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 26.2, 31.1-ci maddələrinə və Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

4. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 9 dekabr 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-də qanuni təmsilçinin, direktorun təyin edilməsi və azad edilməsi təsisçilərin səlahiyyətlərinə aid olmaqla direktorla müqavilə bağlanır. Müqavilənin bir tərəfi təsisçi(lər) digər tərəfi isə işçi hesab e dilir. İşçi ilə işəgötürən arasındakı münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənir. MMC-nin idarə edilməsi, MMC-yə aid işlərlə əlaqədar qərarların qəbul edilməsi, müqavilələrin bağlanması, Mülki Məcəllə ilə icra orqanına verilmiş səlahiyyətləri aşma, və ya hərəkətsizliklə cəmiyyətə zərər vurulması, təsisçinin maraqlarının nəzərə alınmaması kimi hallar yalnız kommersiya mübahisələri yarada bilər. Tərəflər arasındakı mübahisə kommersiya mübahisələrindən irəli gəlməmişdir. Belə ki, təsisçi tərəfindən direktor təyin edilmiş və direktorun vəzifədən azad olunması işçi ilə işə götürən arasındakı münasibətlərdən irəli gəlmiş və bu isə Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Buna görə də bu mübahisə kommersiya mübahisəsi deyildir. Kommersiya mübahisələri direktorla təsisçi arasında yarana bilər. Belə ki, bu o halda yarana bilər ki, direktorun qəbul etdiyi qərarlar kommersiya fəaliyyəti ilə və ya hər hansı bir əməliyyatların həyata keçirilməsi ilə əlaqədar olsun, alışların, satışların, silinmələrin və s. həyata keçirilməsi ilə bağlı olsun, şirkətə zərərin dəyməsi ilə, mənfəətin əldə edilməsi ilə, partnyorun seçilməsi və s. digər fəaliyyətlərlə əlaqədar olsun. Eyni zamanda, Mülki Məcəllə ilə direktora qoyulmuş məhdudiyyətlər var, hansı ki təsisçinin razılığını almaqla fəaliyyət göstərməsi halları mövcuddur ki, onlarla əlaqədar yaranmış mübahisələr kommersiya mübahisələridir. Belə ki, işdən azad olma işçi ilə işəgötürən arasındakı mübahisələrdir ki, bunun kommersiya fəaliyyəti ilə heç bir aidiyyəti olmamışdır. Tətbiq edilən hüquq MPM

6. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommer siya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

7. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

8. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

9. Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

10. Maddə 403-1.6. Kassasiya instansiyası məhkə məsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

11. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əsaslandırıcı hissə

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı bir neçə iddia tələbini birləşdirərək məhkəməyə müraciət etmişdir. Həmin tələblər Cavabdeh qarşı (mübahi sə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor vəzifəsindən və qanuni təmsilçilikdən azad edilməsi, həmin qərarın rəsmiləşdirilməsi (bu barədə qərarın qəbul edilməsi və hüquqi şəxslərin dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması, işdən azad olunma ilə əlaqədar son haqq-hesabın aparılması öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədədir.

14. Göründüyü kimi iddiaçı bir-biri ilə əlaqədar olan əmək və kommerisiya tələblərini bir iddiada birləşdirmişdir.

15. MPM-in 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əla qədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır.

17. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətin ə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1)

18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı İddiaçı nun şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7293/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar