Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-834/2023 13.01.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2744/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2744/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə X1 (bundan sonra – cavabdeh ) tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şikayət nəzərdən keçirilərkən məlum oldu ki, şikayət vəkil tərəfindən tərtib olunmamış və vəkilin kassasiya instansiyası məhkəməsində iştirakı barədə order əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4031.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-in 403-1.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 4 08-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh X1 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)2744/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadından verilmiş şikayət qeyrimümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın.
Məhkəmə qərarları › İş №e-2(102)-834/2023
Ali Məhkəmə Qərardad — İş №e-2(102)-834/2023
13.01.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver