Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(108)-33/2025 15.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmələr arasında yaranmış ərazi aidiyyətinə görə fikir ayrılığının həll olunması məsələsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı “28” oktyabr 2024-cü ildə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı ərizə ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3990 (üç min doqquz yüz doxsan) manat əsas borcun, 420 (dörd yüz iyirmi) manat penya pulunun, ümumilik də isə 4410 (dörd min dörd yüz on) manat pulun və iddia qaldırmaq üçün ödədiyi 59.90 (əlli doqquz manat, doxsan qəpik) manat miqdarında dövlət rüsumunun iddiaçının xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi Ağdam Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(013)3059/2024 nömrəli qərardadı ilə icraata qəbul edilsə də, məhkəmənin 09 dekabr 2024-cü il tarixli məhkəmə aktı ilə mülki işin ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdı. Ağdam Rayon Məhkəməsi bu nəticəyə gəlməsini Cavabdeh qeydiyyat yerinin Naxçıvan şəhəri, Hərbi şəhərcik-1, Z.Y.12, 305 ünvanı olması ilə əsaslandırmışdı. Həmin qərardaddan mülki prosessual qanunvericiliklə müəyyən edilmiş şikayət verilmə müddəti bitdikdən sonra Ağdam Rayon Məhkəməs i sözü gedən mülki işi 23 dekabr 2024-cü il tarixli məktubla Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərmişdi. Mülki iş sonuncu qeyd edilən birinci instansiya məhkəməsinə 07 yanvar 2024-cü ildə daxil olmuş və həmin Məhkəmənin 10 yanvar 2025-ci il tarixli, 2(078)-297/2025 nömrəli qərardadı ilə mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdı. Mülki işin apellyasiya məhkəməsinə göndərilməsi barədə məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsi bu nəticəyə gəlməsini onunla əsaslandırmışdı ki, “Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından Cavabdeh Ağdam rayonu, Maqsudlu Ərazi Dairəsi, Şişpapaqlar kəndində rəsmi qeydiyyatda olma sı aydın olur. Mülki iş Ağdam Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsə də, ona aidiyyəti üzrə həmin Məhkəmədə baxılmalı deyil. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi daxil olmuş mülki iş materiallarını mülki prosessual qanunvericiliyin tələbləri daxilində tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Şəxs öz hüquqlarının və mənafeyinin müdafiəsi üçün birinci instansiya məhkəməsinə iddia ərizəsi və ya müvafiq icraat növü üzrə ərizə ilə mü raciət edən zaman o, Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl etməlidir ki, bu tələblərdən biri də müraciətin aidiyyəti üzrə qanunla müəyyən edilmiş məhkəməyə verilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır; - 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; - 45.1-ci maddəsinin mahiyyətinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; - 45.4-cü maddəsinin tələbinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir; -81-ci maddəsi ilə müəyyən edilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan görünür ki, qanunvericilik ərazi aidiyyəti məsələsini tənzimləyərkən başlıca n orma kimi iddianın, ərizənin baxılması üçün cavabdehin yaşayış yeri üzrə məhkəməyə verilməsi qaydasını müəyyən etmişdir. Yaşayış yerinin müəyyən edilməsi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir ki, həmin Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Deməli şəxsin yaşayış yeri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbi baxımından digər sənədlərlə müəyyən edilə bilməz. "Elektron məhkəmə" informasiya sistemində olan şəxsiyyət məlumatları bölməsində aparılmış axtarışın nəticələrindən aydın olur ki, soyadı “Abbasov”, adı “Məhəbbət”, ata adı “Məhəm məd” olan iki Azərbaycan Respublikası vətəndaşı mövcuddur ki, bunlardan birinin fərdi identifikasiya nömrəsi (Fin kodu) 58W04VT, digərinin fərdi identifikasiya nömrəsi isə xxxxxxx-dür. İddiaçı ərizəsində Cavabdeh şəxsiyyət vəsiqəsinə dair məlumatlar bölməsində seriyası “AZE”, nömrəsi isə “********” olan vəsiqəni qeyd etdiyindən, həmin şəxsiyyət vəsiqəsinin xxxxxxx fərdi identifikasiya nömrəli şəxsə aid olması müəyyən edilir. Həmçinin "Elektron məhkəmə" informasiya sistemində olan cavabdehə məxsus şəxsiyyət vəsiqəsi məlumatlardan onun adına iki passiv və bir aktiv şəxsiyyət vəsiqəsinin olması görsənir ki, bunlar 12 noyabr 2005-ci ildə verilən AZE seriyalı, ******* nömrəli (passiv), 05 noyabr 2016-cı il tarixdə verilən AZE seriyalı, ******** nömrəli (passiv) və hazırda aktiv olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqələridir. Həmin şəxsiyyət vəsiqələrindən o da müəyyən edilir ki, cavabdehə birinci şəxsiyyət vəsiqəsinin verilməsi zamanı onun rəsmi ünvanı ünvan 1ı Naxçıvan şəhəri, Hərbi şəhərcik-1, Z.Y.12, 305 olmuşdu. Hazırda Cavabdeh adına aktiv olan və 27 iyul 2020-ci ildə verilən şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Ağdam rayonu, Maqsudlu Ərazi Dairəsi, Şişpapaqlar kəndidir. Ağdam Rayon Məhkəməsi tərəfindən mülki iş materiallarına əlavə edilmiş "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, həmin məhkəmə iddia ərizəsinin mümkünlüyünün yoxlanılması zamanı cavabdehin qüvvədə olmayan, yəni ikinci şəxsiyyət vəsiqəsində göstərilən ünvanına əsaslanmışdı. Halbuki, iddia ərizəs i həmin məhkəməyə təqdim edilən vaxt cavabdehin rəsmi yaşayış yeri Ağdam rayonu, Maqsudlu Ərazi Dairəsi, Şişpapaqlar kəndi olsa da Ağdam Rayon Məhkəməsi buna diqqət etməyərək, mülki işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi ilə bağlı səhv nəticəyə gəlmişdi. İşin yuxarıda şərh olunmuş hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Ağdam Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün həmin Məhkəməyə göndərilməlidir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq q ə r а r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Əli Allahverdiyev Mehman Allahverdiyev
Məhkəmə qərarları › İş №e-2(108)-33/2025
Ali Məhkəmə Qərardad — İş №e-2(108)-33/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver