Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-159/2024 25.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 200 manat pul vəsaitinin və 30,4 manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, xx.xx.2022-ci il tarixində, saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış AR “Çernobil əlilləri ittifaqı” İB-ə məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “İsuzu Ecobus“ avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncuya maddi zərər dəydiyini, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edildiyini və barəsində AR İXM-nin 327.1 və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə Nəsimi rayon DYPŞ-in AP0219773 nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati Xəta haqqında haqqında protokol tərtib olunduğunu, həmin protokolun cavabdeh tərəfindən ödənilməsinin inzibati xətanın qəbul edilməsini göstərdiyini, qeyd edilən sığorta hadisəsi nəticəsində, “Opel Astra” minik markalı, ** CR *** dövlət dövlət qeydiyyan nişanlı avtomobilə dəymiş maddi zərərə görə 200 (iki yüz) manat məbləğdə sığorta ödənişi faydalanan şəxsə ödənildiyini, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün Şirkətin cavabdehə qarşı subroqasiya hüququ yarandığını, buna görə də məhkəməyə müraciət etdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2021-ci il tarixli PDS213295058 saylı sığorta təfsilatının surətindən görünür ki, “İsuzu Ecobus“ avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi DYPŞ-nin xx.xx.2022-ci il tarixli AP0219773 saylı inzibati tənbehvermə haqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdən təqsirli bilinərək, barəsində 200 manat məbləğində cərimə edilmə haqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta ödənişi ilə bağlı aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “İsuzu Ecobus“ avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sığorta ödənişi 200 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesabı aktından görünür ki, zədələnmiş avtomobilə dəymiş zərər 200 manat həcmindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən “Opel Astra” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-yə 200 manat sığorta ödənişi edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış cavabdehin idarə etdiyi “İsuzu Ecobus“ avtobus markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə “Opel Astra” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncuya 200 manat maddi ziyan dəymişdir. İnzibati xəta hadisəsinə görə cavabdeh barəsində inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı 200 manat sığorta ödənişi etmiş və cavabdehə qarşı subraqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının hüquqlarından biri də sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etməkdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəlindiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon Məmməsabir kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu zərərə görə 200 (iki yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 30,4 manat (otuz manat qırx qəpik) məbləğində vəsait tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-159/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-159/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver