Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-770/2025 13.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında müqaviləyə” əsasən Cavabdeh 3400 ABŞ dolların, vəkil xidmət üçün ödədiyi 225 manatın və ödədiyi 77 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Naxçıvan MR ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh iddiaçı olaraq 12 ildir ki, tanıdığını, Cavabdeh tanışı Elmar adlı şəxsin vasitəsi ilə tanıdığını bir neçə vaxt Elmarla birlikdə Ukrayna Respublikasından Azərbaycana gəldiyini, Bakıda olduqları müddətdə Cavabdeh tanıdığını, sonra şəxsi işi ilə əlaqədar Sankt-Peterburq şəhərinə getdiyini, bir neçə müddət orda yaşadıqdan sonra ona təcili pul lazım olduğu üçün Azərbaycanda yaşayan Ukrayna vətəndaşı olan Aidə adlı rəfiqəsinə zəng vurub onun Aidədə olan 5.000 ABŞ dollarını göndərməsini xahiş etdiyini, Aidənin Ukrayna vətəndaşı olduğu üçün 500 ABŞ dollarından artıq pul göndərə bilməyəcəyini bildirdiyini, bundan sonra onun Cavabdeh zəng edib bu məsələdə köməklik göstərməsini xahiş etdiyini, Cavabdeh Azərbaycan vətəndaşı olduğu üçün onun adından 5000 ABŞ dollarını göndərmək mümkün olduğunu bildirdiyini, rəfiqəsi Aidənin onun 5.000 ABŞ dollarını Cavabdeh verdiyini, Cavabdeh isə Əhmədli qəsəbəsində yerləşən Rabitə Banka gedib oradan ona həmin puldan 1.545 ABŞ dollar göndərdiyini, qalan 3.455 ABŞ dollarını isə mənimsədiyini, onun ona niyə pulunu vermədiyini soruşanda cavabdehin 2 həftə ərzində qaytaracağına söz verdiyini, lakin bir neçə müddət keçsədə 3.455 ABŞ dollarını qaytarmadığını, onun Azərbaycana gələrək Cavabdeh 3.455 ABŞ dollarını tələb etdiyini, Cavabdeh isə ona pulu xərclədiyini, uzağı 7 aya 3.455 ABŞ dolları ona qaytaracağını bildirdiyini, onun cavabdehin verdiyi sözə inanmayıb bunu 3.400 ABŞ dolları kimi 52 saylı Notariat Ofisində “Mövcud borcun etirafı haqqında müqavilə” ilə rəsmiləşdirdiklərini, hal-hazırda Cavabdeh ona yalan danışaraq və onu aldadaraq ona borclu olduğu 3.400 ABŞ dolları pulunu vermədiyini, Notariat Ofisində verdiyi sözünə yenə əməl etməyərək borcu qaytarmayaraq ona min bir bahanələr gətirərək imtina etdiyini qeyd etmişdir. İddiaçı və onun nümayəndəsi, Vəkil məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində iddianı müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında müqaviləyə” əsasən Cavabdeh 3400 ABŞ dollarının, hüquqi yardım üçün ödənilmiş 225 manatın və ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən qanunvericiliyin tələbinə uyğun qaydada məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri 52 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqaviləndən görünür ki, Borc verən” “Borc alana” 3400 (üç min dörd yüz) ABŞ dolları məbləğində borc pul verməyi, “Borc alan” isə borcu 7 ay müdətinədək onun 6 (altı) ayını 500 (beş yüz) ABŞ dolları, sonuncu ayını isə 400 (dörd yüz) ABŞ dolları olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh pretenziya məktubu göndərərək ondan borclu olduğu 3400 ABŞ dolları məbləğində borcu 3 gün müddətində qaytarmasını xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “poçt qəbzi”ndən məlum olur ki, həmin pretenziya məktubu İddiaçı tərəfindən Cavabdeh göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən MilliÖN ödəmə sistemi vasitəsilə 77.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 15952 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 13 saylı vəkil bürosunun vəkili Vəkil hüquqi yardım üçün MilliÖN ödəmə sistemi vasitəsilə 225 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırıb, iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh "mövcud borcun etirafı müqaviləsi" üzrə 3400 (üç min dörd yüz) ABŞ dolları borc pul alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilədən görünür ki, Cavabdeh İddiaçı 3400 (üç min dörd yüz) ABŞ dolları məbləğində borc almış və onu 7 ay müddətinədək onun 6 (altı) ayını 500 (beş yüz) ABŞ dolları, sonuncu ayını isə 400 (dörd yüz) ABŞ dolları qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmiş, bununla da onun iddiaçı qarşısında öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Hullıeva Maryna, digər tərəfdən isə Cavabdeh olmaqla onlar arasında xx.xx.2024-cü il tarixdə “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh isə həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, iddiaçıya borclu olduğu 3400 (üç min dörd yüz) ABŞ dolları məbləğində borcu ona ödəməmişdır. Eyni zamanda məhkəmə iddiaçının pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi yardıma görə vəkilə ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş 430 saylı xx.xx.2025-ci il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsindən və MilliÖN ödəmə sistemi vasitəsilə ödənilmiş 15952 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi yardıma görə vəkilə 225 (iki yüz iyirmi beş) manat ödəniş edilmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və Mülki Prosesual Məcəllənin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 225 (iki yüz iyirmi beş) manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 77 (yetmiş yeddi) manat dövlət rüsumunu tələb etdiyindən, ödənilmiş dövlət rüsumunun əvəzidə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə üzrə 3400 (üç min dörd yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq İddiaçı ödənilsin. Cavabdeh hüquqi yardıma görə vəkilə ödənilmiş 225 (iki yüz iyirmi beş) manat və 77 (yetmiş yeddi) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 302 (üç yüz iki) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-770/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-770/2025
13.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver