Məhkəmə qərarları › İş №e-2(125)-128/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-128/2025

05.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-128/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması, bu mümkün olmadıqda açıq hərracda satılıb paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Şəmkir yolu 4 ünvanında 0.1852 ha torpaq sahəsində yerləşən 700.1 kv.m əmlak kompleksinin tikili A-nın 1/3 hissəsinin, tikili B-də 360.9 kv.m sahənin 1/3 hissəsinin və 0,1242 ha torpaq sahəsinin 1/3 hissəsinin naturada ayrılması, bu mümkün olmadıqda açıq hərracda satılıb paylara mütənasib şəkildə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, icraat zamanı cavabdehlər tərəfindən öz paylarının bir-birinə bağışlama müqaviləsi rəsmiləşdirilmişdir. X1 daşınmaz əmlak üzərində olan 1/3 pay hissəsini öz anası Cavabdeh1 bağışlamışdır. Odur ki, hazırda verilən iddia üzrə cavabdeh X2 iş üzrə cavabdeh siyahısından çıxarılmasını, eyni zamanda əmlakın digər paylı mülkiyyətçisi Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə daha sonra ərizə ünvanlayaraq icraatda olan mülki iş üzrə məhkəmənin hazırlıq iclasında Cavabdeh2 hüquqlarına toxunulmasını və məhkəmənin yekun qərarında həmin şəxsin müəyyən hüquqlarının pozula bilməsini bildirmiş, bu səbəbdən Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh2 iş üzrə əlavə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə gedişində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 elektron qaydada ərizə-vəsatətlə məhkəməyə müraciət etmiş və hazırkı işin baxılmamış saxlanılaraq iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumunun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək mülki işə baxılmadan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfin iddia ərizəsinin qaytarılması barədə vəsatətinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması, bu mümkün olmadıqda açıq hərracda satılıb paylara mütənasib şəkildə bölünməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Bundan başqa, MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması, bu mümkün olmadıqda açıq hərracda satılıb paylara mütənasib şəkildə bölünməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar