Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1387/2024 22.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən alınmış 1500 manat məbləğində nəğd pulun, bundan əlavə olaraq dam örtüyünün tikintisi üçün sərf edilmiş və yararsız hala salınmış 227 manat məbləğində materialın dəyərinin və cavabdehin keyfiyyətsiz gördüyü işin nəticəsində evin dam örtüyünün təkrar bərpası üçün iddiaçı tərəfindən xərclənilən 1206 manat pulun, cəmi 2933 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh tərəfindən alınmış 1500 manat məbləğində nəğd pulun, bundan əlavə olaraq dam örtüyünün tikintisi üçün sərf edilmiş və yararsız hala salınmış 227 manat məbləğində materialın dəyərinin və cavabdehin keyfiyyətsiz gördüyü işin nəticəsində evin dam örtüyünün təkrar bərpası üçün iddiaçı tərəfindən xərclənilən 1206 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və dəymiş zərərin qiymətləndirilməsinə dair rəyin alınması üçün iddiaçı tərəfindən xərclənilən 100 manat məbləğində pulun, cəmi 3083 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı əvvəllər tanıdığı Cavabdeh ilə iddiaçıya məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evinin dam örtüyünün tikilməsi üçün razılaşma əldə etmişlər və iddiaçı Cavabdeh evin dam örtüyünün tikilməsi üçün götürdüyü öhdəliyin qarşılığında ona 1500 manat məbləğində pul verəcəyini bildirmişdir. İddiaçı Cavabdeh razılaşdıqları işin pulunu tam vermişdir. Cavabdeh iddiaçıya məxsus evin dam örtüyünü Akif adlı tanışı ilə birlikdə tikəcəklərini, Akifin ona kömək edəcəyini iddiaçıya bildirmişdir. İddiaçı buna heç bir etiraz etməmişdir. Cavabdeh götürdükləri öhdəliyi tam icra etmədən, işi tam başa çatdırmadan getdikləri üçün verdiyi puldan iddiaçıya borcu qalmışdır. İşi keyfiyyətsiz gördüklərindən təxminən 4-5 gün sonra külək Cavabdeh və Akif adlı ustaların tikdikləri evinin dam örtüyünü uçurmuşdur. İddiaçı dərhal Cavabdeh istifadə etdiyi (055) ***-**-** nömrəsinə zəng edərək küləyin onların tikdiyi dam örtüyünü uçurmasını, işi keyfiyyətsiz gördüklərini bildirmiş və gəlib bərpa etmələrini, əks təqdirdə bunun nəticəsində vurduqları zərəri və iddiaçının artıq ödədiyi pulunun geri qaytarılmasını tələb edəcəyini bildirmişdir. Lakin Cavabdeh keyfiyyətsiz gördüyü işi bərpa etməkdən və iddiaçıya vurduqları zərəri və artıq ödədiyi pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə Cavabdeh nömrəsinə zəng edərək, hətta cavabdehin yaşadığı ünvan 1 ünvana getmiş, ona vurduqları zərərin əvəzini tələb etmiş, ödəməyəcəkləri təqdirdə polisə şikayət edəcəyini bildirmiş, sonuncu isə onu narahat etməməsini və polisə şikayət edəcəyi təqdirdə iddiaçını öldürəcəyi ilə hədələmişdir. İddiaçı Cavabdeh ona hədə-qorxu gəlməsi ilə əlaqədar həyəcan keçirmiş və bununla bağlı prokurorluq və polis orqanlarına müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmış və etdiyi tələb mülki xarakterli olduğundan iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh keyfiyyətsiz gördükləri işin nəticəsində külək iddiaçının evinin dam örtüyünü uçurmuş, o gördükləri işi bərpa etməkdən və iddiaçıya dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Bunun nəticəsində iddiaçı məcbur qalıb əlavə pul xərcləyərək dam örtüyünü başqa adama təkrar tikdirmişdir. İddiaçının özünə məxsus evin dam örtüyünün bərpası üzrə aparılmış əlavə tikinti işlərinin dəyəri təqribən 1206 manat (706 manat alınmış materialın dəyəri və 500 manat əl muzdu) təşkil etmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Belə olan halda həmin əmək haqqı kimi verilmiş pulun cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Tərəflər arasında yaranmış mübahisənin yaranmasına əsas cavabdehin öz öhdəliklərini vicdanla yerinə yetirməməsi olmuşdur. Həmçinin cavabdeh tərəfindən sərf edilmiş və yararsız hala salınmış materialın dəyəri 227 manat təşkil etmişdir və cavabdeh tərəfindən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh tikinti işlərini qüsurlu aparmış, nəticədə tərəflər arasında olan işlərin görülməsi barədə müqavilə münasibətlərinə xitam verilmişdir. Hazırda isə bu hal aralarında məhkəmə mübahisəsi yaratmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, işin görülməsini Rəşidlə danışmış, Rəşidi qohumunun qudası Əmrah ona demişdir. Akif Rəşidin yanında fəhlə kimi işləmişdir. Pulu hissə-hissə olmaqla, Akifin yanında Rəşidə vermişdir. Zərərin ödənilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Akifi qonşuluqda kirayədə yaşadığı üçün tanımışdır. İddiaçını tanımamışdır. Akif ona iş olduğunu demiş və onun vasitəsilə kömək üçün işləməyə getmiş, birlikdə işləmişdirlər. İddiaçı pulu Akiflə danışmış, Akif ona 100 manat pul vermişdir. İddiaçının pulu ondan istəməsinin səbəbi Akifin yaşadığı yerin məlum olmamasıdır. Belə ki Akifin yaşadığı yer məlum deyil və onunla əlaqə saxlamaq mümkün olmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin TB-in cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı izahatında əvvəllər tanımadığı Rəşid və Akif adlı ustalar arasında evinin dam örtüyünün düzəldilməsi üçün qeyri rəsmi razılaşma əldə olunduğunu, ondan razılaşdırılmış zəhmət haqqını tam aldıqlarını göstərmişdir. İddiaçı Gəncə şəhər prokurorluğuna və Gəncə Şəhər Baş Polis İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, iddiaçı ərizəsində əvvəllər tanımadığı Rəşid və Akif adlı ustalar arasında evinin dam örtüyünün düzəldilməsi üçün qeyri rəsmi razılaşma əldə olunduğunu, arasından az sonra ondan razılaşdırılmış zəhmət haqqını tam aldıqlarını göstərmişdir. İddiaçı Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, iddiaçı 2023-cü ilin may ayında Rəşid adlı ustaya yaşadığı evin damını təmir etmək üçün 1500 manat pul verdiyini göstərmişdir. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərində inşa edilmiş 36 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli tikilinin hazırki vəziyyətə gətirilməsi üçün çəkiləcək xərcin usta, fəhlə pulu ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 4553 manat təşkil etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı iddia etmişdir ki, cavabdehlə aralarında 1500 manat ödənilməsi şərti ilə dam ördüyünün tikilməsi ilə bağlı razılaşma əldə olunmuşdur, 1500 manat razılaşdıqları işin pulunu savabdehə tam vermişdir. Cavabdeh götürdüyü öhdəliyi tam icra etmədən, işi keyfiyyətsiz gördüyü üçün külək evin dam örtüyünü uçurmuşdur. Cavabdeh tərəf iddia tələbini mübahisələndirərək iddiaçının dam ördüyünün tikilməsini onunla deyil Akif adlı şəxslə razılaşdıqlarını və Akif adlı şəxsin yanında fəhlə kimi işləməklə 100 manat əmək haqqı aldığını bildirmişdir. İddiaçının pulu ondan tələb etməsinin səbəbini isə Akif adlı şəxsin yerinin müəyyən olunmadığını və onun tapılmasının mümkün olmaması ilə əlaqələndirmişdir. Məhkəmə iclasında iddiaçı pulu cavabdehə Akif adlı ustanın yanında verdiyini, başqa şəxslərin olmadığını, cavabdehi isə qudası Əmrahın vasitəsi ilə tanıdığını göstərsə də öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Bununla belə hüquq mühfizə orqanlarına verdiyi şikayətlərində Rəşid və Akif adlı ustalarla aralarında evinin dam örtüyünün düzəldilməsi üçün qeyri rəsmi razılaşma əldə etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi idiaçı cavabdehlə aralarında dam örtüyünün tikilməsi ilə bağlı razılaşma olduğunu iddia etsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1387/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1387/2024
22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver