Məhkəmə qərarları › İş №e-2(125)-1438/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1438/2023

17.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1438/2023 17.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun alınması tələbi» barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 15 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «VAZ 21154» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən həyata keçirilən 550 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 03 fevral 2023-cü il tarixdə İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nərgiz Səmədova ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş bütün sənədlərin geri qaytarılmasında zərurət yarandığını bildirmiş və iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyəti, habelə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyəti tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 15 yanvar 2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «VAZ 21154» markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən həyata keçirilən 550 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2023; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar