Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1469/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğluna (üçüncü şəxs X2) qarşı «müqavilənin şərtlərinin icra olunmadığı təqdirdə həmin müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğluna (üçüncü şəxs X2) qarşı İddiaçı ilə Cavabdeh1 Şıxəli oğlu arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış «Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin» satılmasına dair AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin tam icra olunması, yəni müqavilədən göstərilən 0,02 ha torpaq sahəsinin İddiaçı faktiki mülkiyyətinə (istifadəsinə) təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlu tərəfindən müştərək qaydada təmin olunması, bu mümkün olmadıqda İddiaçı ilə Cavabdeh1 Şıxəli oğlu arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış «Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanda yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin» satılmasına dair bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş maddi zərərin əvəzi qismində 8.300 manat, mənəvi zərərin əvəzi qismində 1.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat və hüquqi xidmətə görə ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən səndər sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin iddia ərizəsində iddia tələbi qismində müqavilənin ləğv edilməsi göstərilsə də, müqavilənin ləğv edilməsi haqqında cavabdehlərə təklif verilməsini, yəni mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər ona əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğluna (üçüncü şəxs X2) qarşı «müqavilənin şərtlərinin icra olunmadığı təqdirdə həmin müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1469/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1469/2025
24.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver