Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-292/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52000 (əlli iki min) manat borcun, 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumunun, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilən pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xeyli müddətdir ki, tanıyır. Cavabdeh hərbiçi olmuş, İddiaçı özünə dost, dayaq bilmiş, o da onun çətin vəziyyətdə olmasını hesab edib, ona kömək etmək istəmişdir. Əvvəl bir neçə dəfə az-az miqdarda ondan borc pul almışdır. Sonra ondan böyük məbləğdə pul alıb, iş quracağını demişdir. Hər dəfə işləri ilə əlaqədar yenə pul istəmiş, o da onu yarı yolda qoymaq istəməmişdir. Belə davam etməklə, Cavabdeh ondan 52.000 (əlli iki min) manat borc almışdır. Cavabdehə verilən borcun bir hissəsi onun kart hesabına yüklənilməklə, digər şəxslərin adına olan kart hesabına yüklənməklə və nəğd qaydada verilmişdir. Cavabdeh ümumi borcunu səs yazmada etiraf emişdir. Səs yazma üç nəfər arasında aparılmışdır. Həmin səs yazmada Cavabdeh 52.000 (əlli iki min) manat borcunun olmasını tam olaraq etiraf edir. Cavabdeh dəfələrlə borcunu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Gah etiraf edir, gah da təkzib edir. Cavabdeh əməlində dələduzluğun olması ilə bağlı Gəncə şəhər Polis Şöbəsinə müracət etmişdir. Ancaq, bu məsələ ilə bağlı araşdırmalar yekunlaşmamışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəməyə ərizə təqdim edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etirazın olmadığını bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və bu barədə qərardad qəbul etmişdir. Məhkəmədə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmədə iddiaçının vəsatətinə əsasən dindirilmiş şahid X2 ifadə verərək göstərmişdir ki, həm iddiaçını, həm də cavabdehi tanıyır. Belə ki, Cavabdeh onun oğlunun dostu, İddiaçı isə onun özünün tanışıdır. İddiaçı ilə söhbət zamanı Cavabdeh ona xeyli miqdarda borcu olduğunu bildirmiş və o da Cavabdeh tanıdığı üçün təklif etmişdir ki, onun telefonu ilə danışıb borcunu nə səbəbə vermədiyini öyrənsinlər. Onun telefonu ilə zəng vurub danışanda İddiaçı da onun yanında olmuşdur. Həmin vaxt Cavabdeh ona İddiaçı 52000 (əlli iki min) manat borcunun olduğunu, bunu danmadığını və ödəyəcəyini bildirmişdir. Həmin səs yazıları onun telefonunda saxlanılmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi bu qənaətlərini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsi tərəflərin izahatlarını, şahid ifadələrini və səs yazılarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, Cavabdeh onun oğlunun dostu, İddiaçı isə onun özünün tanışıdır. İddiaçı ilə söhbət zamanı Cavabdeh ona xeyli miqdarda borcu olduğunu bildirmiş və o da Cavabdeh tanıdığı üçün təklif etmişdir ki, onun telefonu ilə danışıb borcunu nə səbəbə vermədiyini öyrənsinlər. Onun telefonu ilə zəng vurub danışanda İddiaçı da onun yanında olmuşdur. Həmin vaxt Cavabdeh ona İddiaçı 52000 (əlli iki min) manat borcunun olduğunu danmadığını bildirmişdir. Həmin səs yazılarını sübut kimi saxlamışlar. Məhkəmə qeyd edir ki, işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsinin təqdim etdiyi səs yazıları dinlənilmişdir. İddiaçının təqdim etdiyi səs yazısında danışan şəxslərdən biri (kişi səsi) qarşı tərəfə (danışan qadın səsidir) bildirir ki, İddiaçı 52000 manat borcunun olduğunu danmır. Məhkəmədə şahid X2 bildirmişdir ki, dinlənilən səs yazılarında danışıqlar Cavabdeh ilə onun arasında gedir. Baxılan işdə iddiaçı cavabdehə 52000 manat borc verdiyini iddia etmiş, onun məhkəməyə təqdim etdiyi səs yazılarında cavabdeh tərəf işin bu halını etiraf etmiş, ifadə vermiş şahid isə bu səs yazısında borcu etiraf edən şəxsin həqiqətən də Cavabdeh olduğunu məhkəməyə bildirmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutları məcmu halında qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 52000 manat məbləğində borc almış və aldığı həmin məbləğdə borcu iddiaçıya qaytarmamışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi borc pul tələbi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini və öhdəliyin icrasını tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (borcorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. r. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh 52000 (əlli iki min) manat pul alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçı 247 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Cavabdeh 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 52000 (əlli iki min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 247 (iki yüz qırx yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh bu qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-292/2025
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(125)-292/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver