Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-333/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı əşya tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı əşya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 ədəd divan-kreslo, 1 ədəd mətbəx mebeli, 1 ədəd qardirob, 1 ədəd zal üçün, 2 ədəd yataq üçün, 1 ədəd mətbəx üçün, 1 ədəd dəhliz üçün olmaqla ümumilikdə 5 ədəd çil-çıraqlar, 1 ədəd tablo, 1 ədəd jaluz pərdə, 3 ədəd karnizin alınıb ona verilməsinə, 1 ədəd Briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat dəyərində olmaqla qızıl zinət əşyalarının, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının maddi dəyəri olaraq 12.840(on iki min səkkiz yüz qırx) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, verdiyi izahatında göstərmişdir ki, o, el adəti üzrə 2018-ci ilin sentyabr ayında toy edərək Cavabdeh ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1 ünvanında 21 nömrəli mənzildə birgə yaşamışdır. Qeyd edilən ünvan iddiaçının anası tərəfindən təmir edildikdən sonra, iddiaçıya məxsus cehiz əşyaları həmin ünvana yığılmışdır. Tərəflər arasında kəskin mübahisələr və cavabdeh tərəfin iddiaçıya zorakılıqla nümayiş olunan hərəkətlərindən sonra iddiaçı ilə Cavabdeh münasibəti pozulmuş və ayrılmışlar. İddiaçıya toy zamanı hədiyyə edilən zinət əşyaları cavabdeh tərəfindən götürülüb və indiyə qədər də özünə qaytırılmamış, əvəzində bildirilmişdir ki, Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1, ünvanında 21 nömrəli mənzil satıldıqdan sonra zinət əşyalarının dəyəri ödəniləcək. Cehiz əşyalarına 4200 manat dəyərində divan-kreslo, 3500 manat dəyərində mətbəx mebeli, 1800 manat dəyərində qardirob, 860 manat dəyərində zal otağı üçün çil-çıraq, 420 manat dəyərində yataq otağı çil-çıraq, 380 manat dəyərində yataq otağı çil-çıraq, 360 manat dəyərində dəhliz üçün çil-çıraq, 280 manat dəyərində tablo, 200 manat dəyərində mətbəx üçün jaluz pərdə, 160 manat dəyərində 3 ədəd karniz, zinət hədiyyələrinə 1 ədəd Briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat daxildir. Odur ki, cavabdehlərdən divan-kreslo dəsti-4200 manat dəyərində, mətbəx mebeli-3500 manat dəyərində, qarderob-1800 manat dəyərində, listura(zal)-860 manat dəyərində, listura(yataq otağı)-420 manat dəyərində, listura(yataq otağı)-360 manat dəyərində, listura(mətbəx)- 270 manat dəyərində, listura(dəhliz)-360 manat dəyərində, tablo-280 manat dəyərində, jalüz pərdə(mətbəx)-200 manat dəyərində, 3 ədəd karniz-160 manat dəyərində olmaqla cehiz əşyalarının, 1 ədəd Briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat, 1 ədəd qızıl üzük – 350 manat dəyərində olmaqla qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda əşyaların dəyərinin cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, göstərmişdir ki, iddia tələbində göstərilən qızıl-zinyət əşyalarının 6000 manat dəyərində qeyd edilmiş bir dəst komplekt və bir ədəd nişan üzüyü onlar tərəfindən hədiyyə verilmiş, qızıl onluq isə iddiaçının qardaşı tərəfindən iddiaçının əlinə bağlanmışdır. Digər qızıl komplekt və tək qaşlı brilyant üzük isə anası Tükəzbana məxsus olmuş, toyda taxmaq üçün verilmişdir, iddiaçıya hədiyyə verilməmişdir. İddiaçı birgə yaşadıqları evdən gedərkən iddia tələbində göstərilən qızıl-zinət əşyaları Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1 ünvanında 21 nömrəli mənzilində qalmış, lakin həmin evin açarı iddiaçının özündə də olduğundan sonradan iddiaçı tərəfindən toya taxmaq adı ilə götürülmüş və geri qaytarılmamışdır. Belə ki, o, İddiaçı ayrılıb evdən gedəndən sonra başqa evləri olduğu üçün həmin evi bağlayaraq başqa evdə qalmış, sonradan gəlib Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1 ünvanında 21 nömrəli mənzilə baş çəkərkən qızılların yerində olmadığını görmüşdür. İddiaçı iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları onlarda qalmışdır. Həmin cehiz əşyalarının pulunu iddiaçıya ödəmişdir. Həmin pulu o şəxsən verməmişdir. Lakin iddiaçı pulu kimin vasitəsilə aldığını bilir. Lakin həmin adamın adını deyə bilməz. İddiaçının tələbi şər, böhtandan ibarətdir. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 Tural Nurəddin oğlu ilə eyniməzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan fotoşəkillərdən görünür ki, İddiaçı toy hədiyyəsi kimi bir cüt sırğa, üzük, kulon, qolbağdan ibarət dəst, qızıldan hazırlanmış nazik sep, qızıldan hazırlanmış onluq kulon, qızıldan hazırlanmış “buta” komplekt hədiyyə olunmuşdur. İşdə olan mütəxəssis rəyindən görünür ki, qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir və hal-hazırki dövrdə orta bazar qiymətləri 583 əyyarlı qızıldan hazırlanmış 25 qram çəkidə bir cüt sırğa, üzük, kulon, qolbağdan ibarət dəst (6 karat) - 6000 (altı min) AZN, 585 əyyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan nazik sep - 650 (altı yüz əlli) AZN, 750 əyyarlı qızıldan hazırlanmış 4,5 qram çəkidə olan 1,10 karat brilliant qaşları olan nişan üzüyü - 1200 (bir min iki yüz) AZN, 585 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 karat brilliant qaşlı üzük - 700 (yeddi yüz) AZN, 583 əyyarlı qızıldan hazırlanmış 18 qram çəkidə “buta” komplekt - 1500 (bir min beş yüz) AZN, 886 əyyarlı qızıldan hazırlanmış 8,6 qram çəkidə olan onluq kulon- 1100 AZN məbləğində müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, rəyin “Tədqiqi hissəsin”nin 1-ci bəndində göstərilən səbəblərə görə “WhatsApp” proqram təminatında qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən “WhatsApp” mesajlaşma sisteminin yenilənmiş son versiyasında göndərilən və qəbul edilən mesajların redaktə olunması üçün texniki imkan olmadığından mesaj göndərən və ya qəbul edən şəxsin “WhatsApp” mesajlaşma sistemi və ya proqram təminatı ilə mesajları redaktə etməsi mümkün deyil. “WhatsApp” proqram təminatına dair məlumat bazasının (server) informasiya təhlükəsizliyinə müdaxilə edilərək və ya xüsusi vasitələr (proqram təminatlarına müdaxiləni və dəyişiklikləri təmin edən proasra... . ə ivləri) istifadə olunaraq kiberhücumlarla hakerlər tərəfindən proqram üzərində cər ASL. müdaxilənin və redaktələrin mesajlar üzərində edilməsi halları ola bilər. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Məkanə onun qızıdır. Qızına toy zamanı hədiyyə edilmiş brilliant kompekt qızıl onun iştirakı ilə alınmışdır. 2020-ci il tarixdə iki dəfə cehiz əşyalarını götürmək üçün getmişlər. Bir dəfə evdən cehiz əşyalarının yarısını çıxarmışlar lakin sonradan evin kilidini dəyişdiklərindən digər əşyalar və qızıllar həmin evdə qalmışdır. Onlar həmin evdən qızıl götürməmişlər. Həmçinin qeyd etmişdir ki, onun whatsapp yazışmalarına müdaxilə olunmuşdur. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Tural onun bacısı oğludur. Üç il əvvəl Novruz bayramı ərəfəsində bacısı Tükəzban ilə anasıgilə getmiş, oradan da, çıxanda bacısı onu ünvan 3 ünvanında yerləşən evlərinə qonaq dəvət etmiş, o da onunla bərabər həmin evə getmişdir. Həmin vaxt onlarla bacısının baldızı Mehriban və xalası oğlu Elşən də, getmişdir. Bacısı onlara evin otaqlarını göstərmiş, həmin vaxt məlum olmuşdur ki, qızıllar evdə yoxdur. Turala zəng etdikdə isə Tural onlara qızılları qız evinin götürdüyünü demişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, X3 baldızıdır. Üç il əvvəl Novruz bayramı ərəfəsində Tükəzban onu evlərinə qonaq dəvət etmiş, o da onunla bərabər ünvan 3 ünvanına getmişdir. Orada olarkən Tükəzban qızılların evdə olmadığını demiş, evi axtarmağa başlamışlar. Qızılların oğurlandığını fikirləşmiş, Turala zəng etmişlər. Tural isə onlara qızılları qız evinin götürdüyünü demişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, X6 onun xalası, Cavabdeh onun xalası oğludur. 2019-cu ilin mart ayında xalası onu Turalın evinə dəvət etmiş, o da getmişdir. Otaqları göstərərkən xalası qızılların evdə olmadığını görmüş və onlara deyəsən evə oğru girdiyini bildirib Turala zəng eləməsini demiş, Tural isə ona söhbət zamanı qızılları qız evinin götürdüyünü demişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Cavabdeh onun dostudur. 2019-cu ilin mart ayında İlhamla bir yerdə olarkən Tural onlara zəng edib evə oğru girdiyini bildirmiş və onlar birlikdə Turalın yaşadığı evə getmişlər. Onlar evə daxil olmamış, həyətdə Turalla görüşmüşlər. Tural onlara demişdir ki, qızılları oğurlayıblar. Onlar bir az gözləyib, nəsə lazım olduğunu soruşduqdan sonra getmişlər. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Cavabdeh onun dostudur. 2019-cu ilin mart ayında Zaurla bir yerdə olarkən Tural onlara zəng edib evə oğru girdiyini bildirmiş və onlar birlikdə Turalın yaşadığı evə getmişlər. Onlar evə daxil olmamış, həyətdə Turalla görüşmüşlər. Tural onlara demişdir ki, qızılları oğurlayıblar. Onlar bir az gözləyib, nəsə lazım olduğunu soruşduqdan sonra getmişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Whatsapp yazışmalarından görünür ki, yazışmaların bir qismi iddiaçının anası Səidə ilə, bir qismi isə Sevil adlı üçüncü şəxslədir. Həmin Whatsapp yazışmalarının Səidə ilə olan hissəsində Səidənin adından 03 mart 2020-ci il tarixdə yazılan hissədə qeyd edilir ki, “cəmi qızılınız 10 min pul tutar. Anan şişirib ki, 1800 min qızıla pul vermişik. Yalançının atasına lənət. O qızılı kəbinə zaloq qoymasınız? Utanmaz utanmaz, görməmiş kimi hər dəfə qızılın adını çəkirsiniz. Haram olsun sizə. Harda görmüsünüz ay yazıqlar”. Whatsapp yazışmalarının digər hissəsi isə Sevil adlı şəxslə olan yazışmalardı. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə olan yazışmalarda cavabdeh bir neçə dəfə təkrar edir ki, “2 gün keçmədi evə girdi qızılları apardı”. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh el adəti üzrə 2018-ci ilin sentyabr ayında toy edərək ilə Gəncə şəhəri, Yeni Gəncə yaşayış Massivi, Hərbi şəhərcik blok e1 ünvanında 21 nömrəli mənzildə birgə yaşamışlar. Qeyd edilən ünvan iddiaçının anası tərəfindən təmir edildikdən sonra, iddiaçıya məxsus cehiz əşyaları həmin ünvana yığılmışdır. Tərəflər arasında kəskin mübahisələr və cavabdeh tərəfin iddiaçıya zorakılıqla nümayiş olunan hərəkətlərindən sonra iddiaçı ilə Cavabdeh münasibəti pozulmuş və ayrılmışlar. İddiaçı ona toy zamanı hədiyyə edilən zinət əşyalarının cavabdeh tərəfindən götürülüb və indiyə qədər də özünə qaytırılmadığını, həmçinin iddia ərizəsində göstərilən cehiz əmlakın cavabdehlə birgə yaşadıqları evdə qaldığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci madəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə tələb edilən cehiz əşyalarının mövcudluğu, dəyəri və kimdə qalması ilə bağlı qeyd edir ki, 1 ədəd divan-kreslo, 1 ədəd mətbəx mebeli, 1 ədəd qardirob, 1 ədəd zal üçün, 2 ədəd yataq üçün, 1 ədəd mətbəx üçün, 1 ədəd dəhliz üçün olmaqla ümumilikdə 5 ədəd çil-çıraqlar, 1 ədəd tablo, 1 ədəd jaluz pərdə, 3 ədəd karnizin cavabdehdə qalması tərəflərin, həmçinin cavabdehin izahatı ilə təsdiqini tapmışdır. Cavabdeh həmin əşyaların dəyərini iddiaçıya ödədiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin 1 ədəd briliyant komplekt – 6600 manat, 1 ədəd qızıl komplekt – 1800 manat, 1 ədəd qızıl nişan üzüyü – 1300 manat, 1 ədəd briliyant qaşlı üzük – 1800 manat, 1 ədəd qızıl onluq – 740 manat, 1 ədəd qızıl boyunbağı – 250 manat dəyərində qızıl zinyət əşyaları ilə bağlı məhkəmə qeyd edir ki, həmin qızıl zinət əşyalarının iddiaçıya toy zamanı və toydan sonra hədiyyə verilməsi tərəflərin izahatı, o cümlədən cavabdehin izahatı, həmçinin işdə olan şəkillərlə təsdiqini tapmışdır. Cavabdehlər 1800 manat dəyərində 1 ədəd qızıl komplekt və 1800 manat dəyərində 1 ədəd briliyant qaşlı üzüyün cavabdeh Qurbanova Tükəzbana məxsus olması və yalnız toya taxmaq üçün verildiyini qeyd etsələr də həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehlər həmin əşyaların cavabdeh tərəfindən aparıldığını qeyd etsə də, həmin əşyaların iddiaçı tərəfindən aparıldığını təsdiqləyəcək sübut qismində məhkəməyə Whatsapp yazışmaları təqdim etmişlər. Həmin yazışmaların bir qismi iddiaçının anası Səidə ilə, bir qismi isə Sevil adlı üçüncü şəxslədir. Həmin Whatsapp yazışmalarının Səidə ilə olan hissəsində Səidənin adından 03 mart 2020-ci il tarixdə yazılan hissədə qeyd edilir ki, “cəmi qızlınız 10 min pul tutar. Anan şişirib ki, 1800 min qızıla pul vermişik. Yalançının atasına lənət. O qızlı kəbinə zaloq qoymasınız? Utanmaz utanmaz, görməmiş kimi hər dəfə qızılın adını çəkirsiniz. Haram olsun sizə. Harda görmüsünüz ay yazıqlar”. Whatsapp yazışmalarının digər hissəsi isə Sevil adlı şəxslə olan yazışmalardır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə olan yazışmalarda cavabdeh bir neçə dəfə təkrar edir ki, “2 gün keçmədi evə girdi qızılları apardı”. Məhkəmə Whatsapp yazıları ilə bağlı qeyd edir ki, Səidəyə aid hissədə yazı mətni yarımçıq olduğundan yazan şəxsin, yəni Səidənin nə demək istədiyini anlamaq olmur. Belə ki, iddiaçının anası Səidə yazışmada haram olsun ifadəsini işlədir ki, bununla qızılın onlarda, yaxud cavabdehdə olmasını aparılan yazışma əsasında müəyyən etmək olmur. Yazıda qızılla bağlı mübahisənin olduğu, qızlın qiymətinin şişirdildiyi ilə bağlı mübahisənin olduğu hiss olunsa da, qızılın kimdə olmasını dəqiq müəyyən etmək olmur. Whatsapp yazımalarının Sevil adlı şəxslə olan hissəsində Cavabdeh tərəfindən tez-tez qızılın 2 gün sonra iddiaçının anası tərəfindən götürüldüyü qeyd edilir. Lakin həmin yazıların nə məqsədlə qeyd edilməsini, danışılan şəxsin kim olmasını, tərəflərə hansı münasibətdə olmasını müəyyən etmək mümkün olmur. Bu baxımdan məhkəmə Whatsapp yazılarını cavabdehin mövqeyi baxımından inandırıcı hesab etmir. Şahid ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, şahid ifadələrində cavabdehin anasının evə baxarkən qızılların evdə olmadığını aşkar etməsi, bununla bağlı Cavabdeh zəng vurduqda cavabdehin qızıl zinyət əşyalarının iddiaçının aparmasını bildirdiyi qeyd edilir. Təqdim edilmiş sübutlarda həm Whatsapp yazışmalarında, həm də şahid ifadələrində məhz Cavabdeh qızılların iddiaçının, yaxud anasının apardığını qeyd etməsinə əsaslanır. Həmçinin cavabdehlər izahatında qeyd etmişlər ki, qızıl komplekt və tək qaşlı brilyant üzük isə anası Tükəzbana məxsus olmuş, toyda taxmaq üçün verilmişdir, iddiaçıya hədiyyə verilməmişdir. Eyni zamanda buna baxmayaraq bütün qızılların iddiaçı tərəfindən aparıldığını qeyd etmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh özündən, yaxud özünün dediklərinə istinaddan başqa qızılların iddiaçı tərəfindən aparılmasını təsdiqləyəcək sübutları olmadığından və qızılların hədiyyə verilməsi ilə bağlı cavabdehlərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin sübutları inandırıcı hesab etmir. Məhkəmə iddia tələbinin 350 manat dəyərində bir ədəd qızıl üzük hissəsi ilə bağlı qeyd edir, həmin üzüyün mövcudluğunu təsdiqləyəcək sübutlar olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa tələb edilən cehiz əşyalarının dəyəri barəsində məsələyə də qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən həmin əşyaların dəyəri ilə bağlı təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş qiymətlər real olmaqla həqiqəti əks etdirir. Cavabdehlər tərəfindən həmin qiymətlər mübahisələndirilsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən cehiz əşyalarının dəyəri real olmaqla həqiqətən də, iddiaçıya toy hədiyyəsi olaraq verilmişdir. Tələb edilən cehiz əşyalarının dəyəri hər bir əşyaya münasibətdə iddia ərizəsində göstərilən dəyərlə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçünjü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, divan-kreslo dəsti-4200 manat dəyərində, mətbəx mebeli- 3500 manat dəyərində, qarderob-1800 manat dəyərində, listura(zal)-860 manat dəyərində, listura(yataq otağı)-420 manat dəyərində, listura(yataq otağı)-360 manat dəyərində, listura(mətbəx)- 270 manat dəyərində, listura(dəhliz)-360 manat dəyərində, tablo-280 manat dəyərində, jalüz pərdə(mətbəx)-200 manat dəyərində, 3 ədəd karniz-160 manat dəyərində olmaqla cehiz əşyaları, 6000 manat dəyərində 1 ədəd briliant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olmaqla qızıl zinət əşyaları, bu mümkün olmadıqda həmin əşyaların dəyəri Cavabdeh alınaraq ona verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddaçı iddia tələbində 1 ədəd qızıl onluğun dəyərinin 740 manat, 1 ədəd qızıl boyunbağı 250 manat dəyərində olduğunu qeyd etsə də, təqdim edilmiş mütəxəssis rəyində 1 ədəd qızıl onluğun dəyərinin 1100 manat, 1 ədəd qızıl boyunbağı 650 manat dəyərində qeyd etmişdir. Azərbaycan Respublikası MPM–in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin cavabdehlərin müddətin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçının tələbi mülkiyyətçini mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması ilə bağlı olduğundan və Mülki Məcəllənin 384cü maddəsinə uyun olaraq həmin tələbə iddia müddəti şamil edilmdiyindən müddətin tətbiqi barədə ərizə təmin edilməməlidir. Məhkəmə iddiaçının iddia tələbində göstərilən qızıl-zinət və cehiz əşyalarının, bu mümkün olmadıqda əşyaların dəyərinin müştərək qaydada digər cavabdeh X2 tutulması hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş 128.52 manat dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh divan-kreslo dəsti-4200 manat dəyərində, mətbəx mebeli-3500 manat dəyərində, qarderob-1800 manat dəyərində, listura(zal)-860 manat dəyərində, listura(yataq otağı)-420 manat dəyərində, listura(yataq otağı)-360 manat dəyərində, listura(mətbəx)- 270 manat dəyərində, listura(dəhliz)-360 manat dəyərində, tablo-280 manat dəyərində, jalüz pərdə(mətbəx)-200 manat dəyərində, 3 ədəd karniz-160 manat dəyərində olmaqla cehiz əşyaları, 6000 manat dəyərində 1 ədəd briliant komplekt, 1500 manat dəyərində 1 ədəd qızıl komplekt, 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1200 manat dəyərində 1 ədəd briliant qaşlı nişan üzüyü, 740 manat dəyərində 1 ədəd qızıl onluq, 250 manat dəyərində 1 ədəd qızıl boyunbağı olmaqla qızıl zinət əşyaları, bu mümkün olmadıqda həmin əşyaların dəyəri alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 128.52 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-333/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-333/2023
31.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver