Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3406/2024 28.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin mülkiyyətinə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 və qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Avtozavod qəsəbəsində cavabdehlərin sahibliyində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi vəzifəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Gəncə şəhəri, Avtozavod qəsəbəsində iddiaçının vəsaiti ilə alınmış və üzərində tikili tikilmiş, hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahibliyində olan torpaq sahəsinin üzərində tikili ilə birgə onun mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Rusiya vətəndaşıdır. Cavabdehlərdən Cavabdeh3 ilə 1996-cı ildə tanış olmuş və onunla qeyri-rəsmi nikah münasibətləri yaranmışdır. Bu zaman digər Cavabdeh1 (Cavabdeh3 rəfiqəsi) tərəfindən Avtozavod qəsəbəsində satışda olan torpaq sahəsinin satılması barədə məlumat almış, arada yaranmış səmimi münasibətlər zəminində Cavabdeh3 onu həmin ərazidə torpaq sahəsi alaraq gözəllik salonu, iaşə obyekti və s. tikməyin mümkünlüyünə inandırmışıdır. Bu zaman o, Cavabdeh3 öz vəsaiti hesabına Azərbaycana göndərmiş, o isə Cavabdeh1 təklif etdiyi yerə baxdığını və təklifin sərfəli olduğunu, torpağın yaxşı olduğunu bildirmişdir. Bu zaman Gəncədə yaşayan tanışı vasitəsilə Cavabdeh3 əvvəl 4000 ABŞ dolları, sonra isə 2000 ABŞ dolları “Zolotoy Korona” vasitəsilə göndərmiş, lakin o, Rusiya vətəndaşı olduğu üçün öz adına torpaq ala bilməyəcəyinə görə digər Cavabdeh1 əri Cavabdeh2 adına torpaq sahəsini rəsmiləşdirmişdir. Bundan sonra tanışı Ramil adlı ustanın briqadası həmin torpaq sahəsində tikintiyə başlamışdır. Ümumilikdə o, Ramilə 230000 ABŞ dolları göndərmiş, sonuncu da həmin vəsaitlə tikinti tikərək evi təhvil vermişdir. Lakin bundan sonra cavabdehlər torpaq sahəsini onun adına keçirməkdən imtina etmişlər. Bu zaman Cavabdeh1 onun qeyri-rəsmi arvadı Cavabdeh3 80000 manat borcu olduğunu və yalnız sonuncunun borcunu qaytaracağından sonra evi iddiaçının adına rəsmiləşdirəcəklərini bildirmişlər. Cavabdehlərin əməli ilə ona 230000 ABŞ dolları ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddiaçının külli miqdarda pulu cavabdehlərdədir. 230000 ABŞ dolları dəyərində əmlakı verməkdən imtina edirlər. Cavabdehlər demişlər ki, Nurlana oranı 80000 manata satmışdır. “Ev 230000 ABŞ dolları məbləğində pul xərcləməklə tikilib, nəyə görə cavabdeh 80000 manata satmışdır?” İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi cavabdehlərin istifadəsində deyildir. Qadir və Nurlana faktiki ər-arvad münasibətlərində olmuşdurlar. X1 evini satmış, bu evi tikmişdirlər. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3980/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 230000 ABŞ dolları pul tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatlarını dinləyib, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı X3 iddia etmişdir ki, qeyri-rəsmi nikah münasibətlərində olduğu Cavabdeh3 ona təklifi əsasında sonuncunun gözəllik salonu işlətməsi məqsədilə Gəncə şəhəri, Avtozavod qəsəbəsində satışda olan torpaq sahəsini almış və özü Rusiya vətəndaşı olduğundan öz adına rəsmiləşdirə bilməmiş, digər Cavabdeh1 əri, eyni zamanda hazırki iş üzrə Cavabdeh2 adına torpaq sahəsini rəsmiləşdirmişdir. Daha sonra həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün Ramil adlı usta və onun briqadasına 23000 ABŞ dolları vəsait göndərmiş, sonuncular isə həmin vəsaitlə tikintini yekunlaşdırıb ona təhvil vermişdirlər. Lakin daha sonra cavabdehlər həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində tikilmiş tikilini onun mülkiyyətinə verməkdən imtina etmişlər. Cavabdeh3 nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək mübahisələndirilən torpaq sahəsinin cavabdehlərin istifadəsində olmadığını, həmin torpaq sahəsinin mülkiyyətçisinin bəlli olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ mövcud olmamış, ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin üzərində tikili ilə birgə mülkiyyətinə verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin üzərində tikili ilə birgə mülkiyyətinə verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minr. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3406/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3406/2024
28.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver