Məhkəmə qərarları › İş №e-2(125)-3860/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3860/2024

09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3860/2024 09.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı 250 manat azad olma məbləği çıxılmaqla «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.904 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan «Hyundaı Azera» markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. Belə ki, «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10.154 manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10.154 manat məbləğində sığorta ödənişini ödəmişdir. Belə ki, 10.154 manat məbləğində pulun 5.000 manat hissəsi «Hyundai Azera» markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Belə ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəfindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququnu yaratmışdır. Odur ki, 250 manat azadolma (franşiza) məbləği çıxılmaqla 4.904 manat sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Lakin hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********3 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı Sığorta Şirkətində könüllü sığorta təminatı almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli icbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması barədə məlumatın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə «Hyundaı Azera» markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də icbari sığorta olunmuşdur. İşdə olan xx.xx.2021-ci il, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Hyundaı Azera» markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan«Euro Style» LTD tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə cəmi 10.154 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 099834 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində 1 saylı şəhər kliniki xəstəxanası, Mirəsədulla Mirqasımov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə «Hyundaı Azera» markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği sığortalı tərəfindən ödənildiyi üçün sığorta ödənişi 10.154 manat ödənilir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, "xxxx" ASC subroqasiya qaydasında vurulan zərərin 5.000 manat hissəsini ödədəyindən digər 4.904 manat məbləğində vurulan zərərin əvəzinin ödənilməsi barədə Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermiş, hadisə zamanı «Volkswagen Passat» markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10.154 manat məbləğində zərər dəymiş, həmin zərərin 5.000 manat məbləğində hissəsi Cavabdeh idarə etdiyi «Hyundaı Azera» markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmiş, digər 5.154 manat məbləğində hissə isə iddiaçı tərəfindən ödənilmiş, həmin pul vəsaitinin 250 manat məbləğində hissə isə azadolma məbləğinə aid edilmişdir. Buna görə də Atəşgah» Sığorta Şirkəti ASC Cavabdeh qarşı 4.904 manat məbləğində pul tələbində haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməldir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 04 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.904 (dörd min doqquz yüz dörd) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 69 (altmış doqquz) manat 04 (dörd) qəpik, cəmi 4.973 (dörd min doqquz yüz yetmiş üç) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar