Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-40/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxslər X10, X12 və X11) qarşı “payın naturada ayrılması və sair” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki: Vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamələrə əsasən, xx.xx.2022-ci ildə vəfat etmiş X1 qalmış arvadı Cavabdeh1 “Hyundai Accent” markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə mülkiyyət hüququ vardır; xx.xx.2022-ci ildə vəfat etmiş X5 vərəsələri Cavabdeh1, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 miras əmlak “Hyundai Accent” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsindən (bundan sonra – mübahisəli avtomobil) bərabər hissədə irs almışdırlar; Vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh1, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.4 kv/m yaşayış sahəsi 36.3 kv/m, yardımçı sahəsi 26.1 kv/m, 3 otaqlı olan 38 nömrəli mənzildən bərbər irs almışlar; ünvan 2 ünvanında yerləşən 38 nömrəli mənzil (Yeni qaydalarla: ünvan 3 M4, m2) üzərində (bundan sonra - mübahisəli mənzil) Cavabdeh1 ¼, İddiaçı1 ¼, İddiaçı2 və Cavabdeh2 ¼ paylı mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi və **********00-05101-093001 reyestr nömrəsiylə qeydə alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən mübahisəli mənzilin İddiaçı1 və İddiaçı2 məxsus pay üzrə naturada bölünməsinə, bu mümkün olmadıqda 30000 manat kompensasiyanın alınaraq onlara ödənilməsini, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünməsi barədə qətnamə qəbul edilməsi; həmçinin mübahisəli avtomobilin bazar qiymətinə uyğun olaraq 27000 manat olması nəzərə alaraq, iddiaçılara düşən paya münasib 6750 manat kompensasiyanın cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsini, bu mümkün olmadıqda avtomobilin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılaırn cavabdehlərə birlikdə mübahisəli mənzildə yaşamaqları mümkün deyil, aralarında narazılıq var. Ona görə də, hal-hazırdakı iddia tələbində göstərdikləri barədə cavabdehlərə poçtla təklif göndərdi. Razılığa gəlməklərini təklif etdi. Lakin cavabdehlərdən heç biri onun təklifinə münasibət bildirmədi. Ona görə də, məcbur qalıb məhkəmə qaydasında müraciət etməli oldu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ünvan 2, mənzil 38, yeni qaydalarla Gəncə şəhəri, Tofiq Bağırov küçəsi 75, M4, m2 ünvanında yerləşən mənzilin tərəflər arasında 1/4, 1/4, və 2/4 paylara uyğun olaraq təcrid mənzillər şəklində üç hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. ünvan 2, mənzil 38, yeni qaydalarla Gəncə şəhəri, Tofiq Bağırov küçəsi 75, M4, m2 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun olaraq bölgüsü mümkün olmadığından qərardadından ikinci sualı üzrə tədqiqat aparılmadı. Cavabdeh2 xx.xx.2024-cü ildə vəfat etmişdir, həmin tarixə ailə tərkibi övladları X10, X12 və X2 ibarət olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində inşa edilmiş 36 saylı evin, 38 saylı (Yeni qaydalarla: AZ 2006, Gəncə şəhəri, Tofiq Bağırov küçəsi, 758 saylı, mərtəbə 4, 2 saylı mənzil) mənzilin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 85490 manat məbləğində təşkil etdiyi müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş 2019-cu il buraxılışlı, ağ rəngli, dəri oturacaqlı, 62138 km yürüşlü, mühərrik tutumu 1591 kub/sm, “Hyundai Accent minik” markalı, **-EC- *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 24000 manat müəyyən edilir. X10 və X11 xx.xx.2025-ci ildə məhkəməyə birgə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh2 miras qalmış əmlakdan notariat qaydada imtina etməmişdirlər. İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1, X6, X9 və X7 ünvanlanmış ərizədən görünür ki, Gəncə Şəhər Məhkəməsində (e-2(125)-40/2025) baxılan miras əmlakı ilə bağlı mübahisə çərçivəsində barışıq yolu ilə həll təklif etmək istəyirlər. Təkliflərin mahiyyəti: 1. ünvan 1, mənzil 38-də (Yeni qaydalarla ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı1 və İddiaçı2 adına tam şəkildə rəsmiləşdirilməsi (sahiblik hüququnun keçirilməsi) müqabilində pul kompensasiyası ödənilməsi; 2. Miras kütləsinə daxil olan nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə digər mülkiyyətçilərə düşən paya uyğun kompensasiya təklif edir. Ödəniş qaydası: variant A: Tam məbləğ notarial müqavilə ilə eyni gündə ödənilir (bank köçürməsi); variant B: 30% avans, qalan hissə 3 ay ərzində aylıq hissələrlə; Variant C: Evin iddiaçılara verilməsi, əvəzində onlara mənsub digər aktiv(lər)in paylaşılıb verilməsi (əgər razıdırlarsa). İstəyir məhkəmə çəkişməsini uzatmadan, razılaşma yolu ilə hər kəs öz payının pul dəyərini alsın; evin saxlanma xərcləri, qeyri-müəyyənlik və əlavə hüquqi xərclərdən qaçsınlar; Hər kəs hüququnu təmin olunmuş sayılsın. Əgər danışıqlara razıdırlarsa, zəhmət olmasa məhkəmə tarixədək iddiaçılara geri dönüş etsinlər. Razılaşma əldə edilərsə, məhkəməyə barışıq sazişi təqdim edərək işi yekunlaşdıra bilərlər. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfin təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi, həmçinin bildirdi ki, paylı mülkiyyətçilər arasında hər hansı razılıq əldə olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəf cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisəli əmlaklara payın naturada ayrılması tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı xx.xx.2024-cü ildə paylı mülkiyyətçi Cavabdeh2 vəfat etmişdir. Həmin vaxtdan mirasın açılması həmin anda sağ olan birinci növbə vərəsələri X10, X12 və X7 bəlli olduğu üçün vərəsəliyə çağırıldıqlarını bildikləri gündən 3 ay ərzində mirasdan imtinaya dair ərizə ilə notariat ofisinə müraciət etmələri müəyyən olunmur. Buna görə imtina etməyən həmin vərəsələr mirası qəbul etmiş hesab edilməli, paylı mülkiyyət iştirakçısı olan Cavabdeh2 miras qalmış, mübahisəli mənzilə 1/4 və mübahisəli avtomobilə 1/8 paylı mülkiyyət hüququ üzərində onun 3 nəfər birinci növbə vərəsələrinin hər birinin 1/3 hissədə miras payının olması müəyyən edilməlidir. Belə olan halda, mübahisəli avtomobil üzərində X3 1/24, X8 1/24, X4 1/24, İddiaçı1 3/24, İddiaçı2 3/24 və Cavabdeh1 15/24 hissədə payı müəyyən edilməlidir; mübahiəli mənzil üzərində X3 1/12, X8 1/12, X4 1/12, İddiaçı1 3/12, İddiaçı2 3/12 və Cavabdeh1 3/12 hissədə payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bundan sonra, mübahisəli avtomobil və mənzil paylı mülkiyyət hüququ əsasında Mənzər Hüseynovaya, İsilim Hüseynova, Naibə İsmayılovaya, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 məxsusdur. Həmin şəxslər paylı mülkiyyətdə olan avtomobil və mənzilə sahiblik və ondan istifadə barədə razılığa gələ bilməmişdir. Bundan başqa, fərdi yaşayış evinin naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün deyildir. Tərəflər payın müqabilində kompensasiyanın verilməsi barədə də razılığa gələ bilməmişdir. Belə ki, iddiaçı tərəfdən ünvanlanmış təklifə digər paylı mülkiyyətçilər hər hansı cavab verməmiş, belə olan halda təkliflə razılaşmamışdır. Göründüyü kimi paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də paylı mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi mümkün olmamışdır. Belə olan halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitin mülkiyyətçilərin paylarına uyğun bölünməsi yolu ilə mümkündür. Belə olan halda, ekspert rəylərinə əsasən mübahisəli avtomobilin ilkin satış qiyməti 24000 manat; mübahisəli mənzilin ilkin satış qiyməti 85490 manat müəyyən edilməlidir. Belə ki, həmin ekspert rəylərini əsassız olmasını təsdiqləyən hər hansı dəlil təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” xx.xx.2024-cü il tarixli qərardadında əks olunmuş hüquqi mövqelərə əsasən, “49. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir. 57. Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. İddiaçının əşyanın açıq hərracdan satılmasını tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və ona gələcəkdə yalnız üçüncü mərhələ üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. 60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. 61. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması proseduru isə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42-43-cü maddələrinin tələbləri nəzərə alınmadan Mülki Məcəllənin 415-ci maddəsinə, “İcra haqqında” Qanunun müvafiq müddəalarına, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 2021-ci il 24 noyabr tarixli 02/2021 nömrəli qərardadında qeyd olunmuş hüquqi mövqelərə uyğun həyata keçirilməlidir.” Bundan başqa, iddiaçı tərəf onlara məxsus payın dəyəri qismində tələb etdikləri məbləğin əsaslı olmasını təsdiqləyən sübutlar təqdim etmədiyindən iddianın tam təmin edilməsi mümkün deyildir. Məhkəmə həmçinin izah edir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPMin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “Hyundai Accent” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X3 1/24, X8 1/24, X4 1/24, İddiaçı1 3/24, İddiaçı2 3/24 və Cavabdeh1 15/24 hissədə payı müəyyən edilsin. ünvan 2 ünvanında yerləşən 38 nömrəli mənzil (Yeni qaydalarla: ünvan 3 M4, m2) üzərində X3 1/12, X8 1/12, X4 1/12, İddiaçı1 3/12, İddiaçı2 3/12 və Cavabdeh1 3/12 hissədə payı müəyyən edilsin. “Hyundai Accent” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 24000 manat müəyyən edilsin. ünvan 2 ünvanında yerləşən 38 nömrəli mənzilin (Yeni qaydalarla: ünvan 3 M4, m2) ilkin satış qiyməti 85490 manat müəyyən edilsin. “Hyundai Accent” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılaraq satışdan əldə edilən pul İddiaçı1, İddiaçı2, Cavabdeh1, X3, X8 və X4 paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. ünvan 2 ünvanında yerləşən 38 nömrəli mənzil (Yeni qaydalarla: ünvan 3 M4, m2) açıq hərracda satılaraq satışdan əldə edilən pul İddiaçı1, İddiaçı2, Cavabdeh1, X3, X8 və X4 paylarına mütənasib surətdə onların arasında bölüşdürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-40/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-40/2025
22.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver