Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-49/2025 10.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi və zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi qismində 1.075, mənəvi zərərin əvəzi qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat, cəmi 2.116 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, o, 2007ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 0,045 hektar torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində o, 2009-cu il tarixdə ailə üzvləri ilə birlikdə yaşamaq üçün fərdi yaşayış evi tikdirmiş, 2010-cu il tarixdən orada yaşamağa başlamışdır. Qeyd olunan torpaq sahəsinin divar qonşuluğunda Cavabdeh1 məxsus 0,09 hektar torpaq sahəsi mövcuddur. Cavabdeh1 öz torpaq sahəsinin əsas yola çıxan hissəsini üçüncü şəxsin adına özgəninkiləşdirmiş və torpaq sahəsinin əsas yola çıxışı olmayan arxa hissəsini isə öz mülkiyyətində saxlamışdır. Bundan bir müddət sonra təxminən 2018-ci il tarixdə Cavabdeh1 və kürəkəni Cavabdeh2 Cavabdeh1 mülkiyyətində qalan torpaq sahəsinin digər hissəsində giriş-çıxış yaratmaq üçün onun istifadəsində və sahibliyində olan, onun tərəfindən çəkilmiş daş hasar ilə torpaq sahəsini zəbt etmiş, onun tərəfindən düzəldilmiş daş hasarlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhv edilmişdir. Cavabdeh1 və Cavabdeh2 həmin sökülmüş daşları və setkanı qanunsuz olaraq, sökdükdən sonra öz həyətinə yığaraq oğurlamışdır. Bununla bağlı o və onun arvadı X5 Cavabdeh1 və Cavabdeh2 barəsində Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində təhqiqat aparılmış, Cavabdeh1 və Cavabdeh2 izahatları alınmışdır. Cavabdeh1 Abşeron Rayon Polis İdarəsində izahat verərkən, ona ziyan vurmasını, yəni çəkilmiş daş hasarı sökməsini etiraf etmişdir. Abşeron Rayon X1 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. «X15» MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində onun mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,045 hektar torpaq sahəsi ilə bitişik eynilə İddiaçı hazırki tarixədək istifadəsində olan təxmini ölçüləri 0,02 hektar olan torpaq sahəsinin üzərində tikilmiş daş hasara sərf edilmiş xərc 1.075 manatdır. Buna görə də cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi qismində 1.075, mənəvi zərərin əvəzi qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat, cəmi 2.116 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulmalıdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin qonşuluğnda torpaq sahəsi vardır və o, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir. Həmin torpaq sahəsi əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, sonra X6, daha sonra isə onun mülkiyyətinə keçmişdir. İddiaçı mütəmadi olaraq, öz mülkiyyətində olmayan ətraf əraziləri, xüsusilə ümumi istifadədə olan yolu, hətta onların mülkiyyətindəki torpaq sahəsinin girişindəki darvazanın qarşısını daş hasarla bağlamışdır. Buna görə də o və Cavabdeh1 İddiaçı darvazanın qarşısında inşa etdiyi daş hasarı sökmüşdür. Lakin hər dəfə daş hasarı sökdükdən sonra İddiaçı həmin daş hasarı yenidən inşa etdiyinə görə sonuncu dəfə Cavabdeh1 sökülmüş daş hasarının mişar daşlarından bir neçəsini öz həyətlərinə yığmışdır. Həmin mişar daşları köhnə olmuş və sonradan Cavabdeh1 həmin mişar daşlarını İddiaçı geri qaytarmışdır. Sonda Cavabdeh2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə idiaçını, onun nümayəndəsini (vəkilini) və Cavabdeh2 dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,045 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yaşayan X2 Rayon Polis İdarəsinə müraciət edərək, evlərinin kənarına çəkdirdiyi daş hasarın Dilbərxan adlı qonşusu tərəfindən uçurulması və maddi zərər vurulması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı Cavabdeh1 izahatında Təyyarla Günayın yaşadıqları evin arxa tərəfində torpağı zəbt etdiklərini düşündüyü üçün onların setka çəpərlərini və daş hasarlarını uçurduğunu bildirmişdir. X7 və İddiaçı ilə onların qonşuları Cavabdeh1 arasında şikayətçillərin yaşadığı evin arxa hissəsinə düşən yol məsələsini ilə əlaqədar mübahisə olmuş və Cavabdeh1 şikayətçilərə məxsus hasarı uçurmaqla onlara 30 manat dəyərində maddi ziyan vurmuşdur. Lakin bu xüsusat Cavabdeh1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-ci maddəsində nəzərdə tutulan «özgə əmlakını qəsdən məhv etmə və ya zədələmə» cinayət əməlinin tərkib əlamətlərini yaratmır. Buna görə də toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan «X15» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, CEG-22/240 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli (Atyalı) qəsəbəsində yerləşən 0,045 hektar torpaq sahəsi ilə bitişik eynilə İddiaçı hazırki tarixədək istifadəsində təxmini ölçüləri 0,02 hektar olan torpaq sahələrinin üzərində tikilmiş hasarın uzunluğu 23,5 metr, hündürlük 1 metrdən qoşa daşla tikilmişdir. Həmin tikilidə 8 ədəd eni və uzunu 40x40 sm olan, hündürlüyü 1,40 sm olan qoşa daşla tkilmiş tumbalar vardır. Həmin tumbanın arakəsmələrinə 23,5 metrlik çəpər setkası çəkilmişdir. Daş hasarın hörgüsü üçün hər birinin dəyəri 0,5 manat, ümumi dəyəri 291 manat olan 582 ədəd; 8 ədəd tumbanın hörgüsü üçün hər birinin dəyəri 0,5 manat, ümumi dəyəri 59 manat olan 59 ədəd mişar daşı sərf edilmişdir. İşdə olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,03 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********13) X6 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,03 hektar torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********13) Cavabdeh2 mülkiyyətindədir. İşdə olan xx.xx.2025-ci il tarixli, 10/5527 nömrəli məhkəmə tikinti-texiki eksertizasının rəyindən görünür ki, xx.xx.2016-cı ildə tərtib edilmiş bölgü eskizinə əsasən **********13 reyestr nömrəli çıxarışla X3 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin (0,03 hektar) koordinatları ilə Cavabdeh2 Vaqif oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin (0,039 hektar) koordinatları ilə üst-üstə düşən hissəsi 0,0266 hektar təşkil edir. xx.xx.2016-cı ildə tərtib edilmiş bölgü eskizinə əsasən **********13 reyestr nömrəli çıxarışla X3 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən ümumi istifadə üçün nəzərdə tutulan yolun üzərində faktiki olaraq tikili mövcud deyildir. İddiaçı və cavabdeh tərəfindən naturada söküldüyü bildirildiyi daş hasar **********13, **********45 reyestr nömrəli çıxarışlarla üstüstə düşmür. İddiaçı oğulunun Cavabdeh2 və Cavabdeh1 İstəfil qızı tərəfindən söküldüyünü bildirdiyi daş hasar xx.xx.2016-cı ildə tərtib edilmiş bölgü eskizinə əsasən **********13 çıxarışla X3 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən ümumi istifadə üçün nəzərdə tutulan yolun üzərində yerləşir. Sökülmüş hasar tikilisinin hündürlütü, tək və cüt mişar daşından inşa olunduğu, sütunların sayı barədə məlumat olmadığından, daş hasarın sökülməsi nəticəsində vurulmuş maddi zərərin məbləğinin nə qədər olduğunu müəyyən etmək mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən video qeydlər və fotoşəkillərdən görünür ki, İddiaçı əvvəllər Cavabdeh1 və X6, daha sonra isə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin həyətyanı sahəsinə keçmək üçün qoyulmuş darvazanın qarşısındakı bir neçə metr məsafədə, ümumi istifadədə olan yolda daş hasar inşa etmişdir. Cavabdeh1 və Cavabdeh2 həmin daş hasarı sökür, Cavabdeh1 sökülmüş daş hasara aid mişar daşlarını öz həyətinə yığır. Həmin daş hasar avtomobil yolunun qeyd olunan darvazaya istiqamətlənən hissəsində yerləşir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Yaşar oğlunun, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan və Abşeron rayonu, Hökməli qəsəbəsində bir-biri ilə qonşuluqda yerləşən həyətyanı torpaq sahələri vardır. Əvvəllər Cavabdeh1 və X6, daha sonra isə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə gedən ümumi istifadə üçün nəzərdə tutulmuş yolun üzərində, həmin torpaq sahəsinə giriş darvazasının bir neçə metr qarşısında İddiaçı Yaşar oğlu tərəfindən daş hasar inşa edilmişdir. Cavabdeh1 və Cavabdeh2 həmin daş hasarı sökmüş, bundan sonra Cavabdeh1 daş hasarın inşasına sərf olunmuş mişar daşlarını öz həyətyanı sahəsinə yığmışdır. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi qismində 1.075, mənəvi zərərin əvəzi qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat, cəmi 2.116 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsdən edəndən bur hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirilikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda tərəflər arasında mübahisə predmeti olan daş hasar ümumi istifadə üçün nəzərdə tutulan, əvvəllər Cavabdeh1 və X6, daha sonra isə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə gedən yolun üzərində inşa olunmuşdur. Həmin daş hasar qeyd olunan torpaq sahəsinə giriş darvazasının bir neçə metrliyində inşa edildiyindən giriş-çıxışa mane olmuş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülmüşdür. Lakin sökülmüş həmin hasarın tikintisinə sərf olunan mişar daşları Cavabdeh1 tərəfindən özünün həyətyanı sahəsinə yığılmışdır. Qeyd olunan xüsusatlar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il 10/5527 nömrəli rəyi, məhkəmə iclasında tədqiq edilmiş video qeydlər və fotoşəkillərlə müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 birinci halda, yəni İddiaçı inşa etdiyi daş hasarı sökərkən mülkiyyət hüququnun müdafiəsini təmin etsələr də, ikinci halda, yəni həmin daş hasara sərf edilən mişar daşlarını Cavabdeh1 öz həyətyanı sahəsinə yığmaqla İddiaçı mişar daşları üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən tikinti aparılmış ərazi ümumi istifadədə olan yol, tikinti isə özbaşına tikinti olduğundan və həmin tikintiyə hüquqların dövlət müdafəsinə təminat verilmədiyindən onun inşasına sərf olunmuş xərclərin (işçi xərcləri, daşıma xərcləri, betonlama və görünməyən başqa xərclərin) zərər hesab olunmaqla digər şəxsdən tutulması yolverilməzdir. Lakin tikintiyə sərf olunmuş mişar daşları İddiaçı mülkiyyətində olduğundan və həmin mişar daşlarının ümumi dəyəri 350 manat məbləğində qiymətləndirildiyindən iddia Cavabdeh1 350 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair hissədə əsaslıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı mənəvi zərər vurulması təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığından iddia Cavabdeh1 və Cavabdeh2 vurulmuş mənəvi zərərin əvəzi qismində pul tələbinə dair hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi qismində 350 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalı, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi zərərin əvəzi qismində 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-49/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-49/2025
10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver