Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4914/2025 26.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 məbləğində pul borcunun, Azərbaycan Beynəlxalq Bankından xx.xx.2023-cü il tarixində 12 aylıq, 16,9 faizə götürdüyü 5000 manat kreditin 469,43 manat faizinin- cəmi 20469,43 manat pulun və gecikdirilməsinə görə üstünə gələn faizin, hüquqi yardım üçün vəkilə ödədiyi 1050 manat haqqın və məhkəməyə ödənilmiş 152 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış və Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 13000 manat pul borc vermişdir. Cavabdeh həmin borcu ona xx.xx.2024-cü il tarixinə kimi ödəməli idi. Aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh hər ay ona borc verdiyi 13000 manat pulun 3% faizi məbləğində komissiya ödəməli idi. Müqaviləni bağladıqdan bir neçə gün sonra Rəşada əlavə 3000 manat pulu da əlbəəl vermişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-dən 5000 manat pul kreditini 12 aylıq, 16,9 faizə kredit götürmüş və üstünə 3500 manat da əlavə edib 8500 manat pulu Cavabdeh əlbəəl vermişdir. Rəşad banka ödəyəcəyi faizi də ona qaytaracağını bildirmişdir. Daha sonra isə 2024-cü ilin oktyabr ayının 1-də Cavabdeh 5000 manat pulu qəbz almaqla vermişdir. Ümumilikdə Rəşada 29500 manat pul borc vermişdir. Aralarında olan danışığa əsasən Cavabdeh ondan aldığı cəmi 29500 manata görə hər ay faiz verməli idi. Lakin Cavabdeh borc aldığı puldan 9500 manat qaytarmış, söz verdiyi kimi ona borca götürdüyü pula görə faiz verməli olduğu halda onu da verməmişdir. Cavabdeh əsas borcdan 20000 manat borcu qalmışdır, faiz borcunu və "xxxx" ASC-dən 12 aylıq, 16,9 faizə kredit götürdüyü 5000 manat kreditin 469,43 manat faizini də ödəməmişdir. Cavabdeh onu aldatmasından sonra bərk əsəb və stress keçirmiş, sağlamlığını itirmişdir. Belə ki, ağzında dişləri tökülmüş və təkcə dişlərinin müalicəsinə 5500 manat pulu borca götürərək, xərcləmiş və eyni zamanda sağlamlığının bərpası üçün də əlavə pul xərcləmişdir. Özünün pulu Rəşadda olduğu halda o, "xxxx" ASC-dən 36 aylıq, 24,9 faizə 12000 manat kredit götürərək, borclarını qaytarmış və evinin ehtiyaclarını ödəmişdir. Əgər cavabdeh onun 20000 manat pulunu qaytarsa idi, o, əlavə kreditə girməklə xərcə düşməzdi. Cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərərək, borclu olduğu 20000 manat pulu bu məktubu aldığı gündən 10 gün ərzində geri ödəməsini tələb etmişdir. Cavabdeh pretenziya məktubunu xx.xx.2025-ci il tarixdə qəbul etmiş, lakin buna baxmayaraq borcu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, sonu 6034 nömrəli kartın özünə məxsus olduğunu, cavabdehə cəmi 29500 manat borc pul verdiyini, cavabdehin isə həmin borcdan 9500 manat pulu qaytarmasına baxmayaraq, qalan borcunu, həmçinin faiz borcunu da qaytarmadığını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, polis idarəsində verdiyi izahatını təsdiq etdiyini, onun hesabına görə iddiaçıya təxmini 11000-12000 manat borcu qaldığını, lakin iddiaçının faiz borcu da hesablayaraq, ondan daha çox məbləğ tələb etdiyini göstərmişdir. Mülki işin materiallarında olan:- Bakı şəhəri 6 saylı notariat ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, 3M-1429 reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 13000 manat məbləğində pul borc verməyi, borc alan Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləndirmişlər. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, 3M-620 reyestr nömrəli müqavilənin dəyişdirilməsinə dair müqavilədən görünür ki, tərəflər müqavilənin 2-ci bəndində dəyişiklik etməklə müddəti xx.xx.2024-cü il tarixədək uzatmış və həmin müqavilələrə əsasən müqavilənin 2-ci bəndində olan müddəti xx.xx.2024-cü il tarixədək uzadılması barədə razılığa gəlmişdirlər. Bakı şəhəri 6 saylı notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, 3M-1322 reyestr nömrəli müqavilənin dəyişdirilməsinə dair müqavilədən görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli, 3M-1429 reyestr nömrəli müqavilənin 2-ci bəndində olan müddəti dəyişiklik etməklə, xx.xx.2024-cü il tarixədək uzadılması barədə razılığa gəlmişdirlər. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh 20000 manat borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir. İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də HK-1/1581 material üzrə baş təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən tərtib edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin material üzrə Cavabdeh izahatında İddiaçı iki ildir ki, tanıdığını, tanışlıq müddətində Ləmanın ona birlikdə iş quraraq qazanc əldə etmək məqsədilə 13000 manat pul verdiyini və 6 saylı notariat ofisinə gedərək, bu barədə kredit müqaviləsi bağladıqlarını, bundan 3 gün sonra Ləmanın əlavə olaraq 3000 manat pulu ona nağd şəkildə verdiyini, Ləman ona ümumilikdə 16000 manat pul verdikdən sonra xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasına gedib oradan telefon aksessuarları sifariş verərək, xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə geri qayıtdığını, bundan sonra Ləmanla razılaşdıqları kimi hər ay 6 ay müddətində sonuncuya 480 manat verməyə başladığını, 2023-cü ilin dekabr ayının ortalarında Ləmandan üzərində əlavə 1500 manat qaytarmaq şərtilə 8500 manat aldığını, 2024-cü ilin mart ayında ümumi məbləğdən 8000 manatı Ləmana verdikdən sonra 16500 manat əsas puldan, 1500 manat isə əlavə puldan borclu qalmaqla, cəmi 18000 manat borcu qaldığını, bundan sonra xx.xx.2024-cü ildə Ləmandan xx.xx.2024-cü il tarixdə qaytarmaq şərtilə 5000 manat borc aldığını beləliklə də, Ləmana 23000 manat borcu yarandığını, bir müddət sonra Ləmana heç bir ödəniş edə bilməyəcəyini bildirdikdə Ləmanın qısa müddət ərzində bütün borclarını qaytarmağını tələb etdiyini, Ləmana hissəhissə olmaqla ümumilikdə 12000 manat pul qaytarsa da, geri qalan 11000 manat pulu bugünədək ödəyə bilmədiyini göstərmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçıya məxsus kart hesabına cəmi 9250 manat məbləğində ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 350 manat və 700 manat olmaqla, cəmi 1050 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli, EE002643269 nömrəli kredit müqaviləsinə əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-dən hər ay 455,79 manat, sonuncu ayda 455,73 manat ödəmək şərtilə 12 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 16,9% ödəmək şərtilə, cəmi 5000 manat məbləğində kredit götürmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçıdan Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1429 reyestr nömrəli borc müqaviləsinə əsasən 13000 manat, daha sonra isə müxtəlif vaxtlarda hissə-hissə 3000 manat, 8500 manat və 5000 manat olmaqla, cəmi 29500 manat məbləğində borc almışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh aldığı 29500 manat borcundan 9500 manat ödəniş etsə də, qalan 20000 manat borcunu, həmçinin cavabdehə borc vermək üçün "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixində 12 ay müddətinə, 16,9% ödəmək şərtilə götürdüyü 5000 manat kreditin 469,43 manat faizi olmaqla, cəmi 20469,43 manat pulu və gecikdirilməsinə görə üstünə gələn faizi qaytarmamışdır. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, polis idarəsində verdiyi izahatını təsdiq etdiyini, iddiaçıya təxminən 11000- 12000 manat borcu qaldığını göstərsə də, məhkəməyə cəmi 9250 manat ödəniş etməsinə dair qəbzləri təqdim etmiş, qalan məbləği ödəməsi və cəmi 11000-12000 manat borcu qalmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia tələbinin iddiaçının "xxxx" ASC-dən götürdüyü 5000 manat kreditin 469,43 manat faizinin və gecikdirilməsinə görə üstünə gələn faizin cavabdehdən tutulmasına dair məhkəmə hesab edir ki, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında 8500 manat və 5000 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış həmin müqavilə etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə iddiaçı tərəfindən 29500 manat pulun cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin 9500 manat məbləği qaytarılsa da, qalan 20000 manat məbləğin qaytarılmaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 20000 manat pul və hüquqi yardıma görə ödənilmiş 1050 manat alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 150 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 1050 manat və 150 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-4914/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4914/2025
26.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver