Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5017/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X2 və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat pulun, ödənilmiş mediasiya xərci olan 55 (əlli beş) manat və dövlət rüsumunun əvəzi olan 124 (bir yüz iyirmi dörd) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qanunu qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1333/2023 saylı qərarı ilə müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahı dövründə əldə edilmiş avtomobil üzrə 20 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində düzgün qərar qəbul etmişdir. Habelə, Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iddiaçının cavabdehlə bərabər pay hüquqları olmuşdur. Lakin, həmin avtomobil vicdanlı alıcıya satıldığından hazırda onun yarı dəyərini tələb etmək hüququ iddiaçıya izah edilmişdir. (Qərarın 25,27,57,65,66-cı bəndləri). Mübahisəli avtomobil vicdanlı alıcı tərəfindən 22500 manata satıldığından həmin qiymət artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edildiyindən və qeyd edilən əmlak üzərində iddiaçının 2/1 hüququ üzrə payı mövcud olduğundan onun yarı dəyəri olan 11250 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 55 manat mediasiya xərci, eləcədə ödənilmiş 124 manat dövlət rüsumu tutulub ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə cavabdeh birgə nikah dövründə birgə vəsait hesabına “KİA OPTİMA” markalı avtomaşın əldə etmişlər. Lakin həmin avtomaşın iddiaçının razılığı olmadan cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Bu səbəbdən iddiaçı həmin avtomaşının dəyərinin ½ hissəsinin, yəni 11250 manatın cavabdehdən tutulmasını tələb etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə alınan avtomobil qüsurlu olmuşdur. Belə ki, Cavabdeh həmin avtomobili üçüncü şəxsə 12000 manata satmışdır. Məhz bu səbəbdən də Cavabdeh İddiaçı avtomobilin satışı zamanı əldə etdiyi 12000 manat məbləğində pulun yarısını, yəni 6000 manat pulu iddiaçıya verə bilər. Hal-hazırda İddiaçı Cavabdeh tələb etdiyi məbləğ real olmayan və həddindən artıq şişirdilmiş məbləğdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 23 iyun 2023-cü il tarixli, MŞG/MT007/2023-02033 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “pul” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 23 iyun 2023-cü il tarixdə saat 13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə hazırki iddiaya etirazından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat pulun, ödənilmiş mediasiya xərci olan 55 (əlli beş) manat və dövlət rüsumunun əvəzi olan 124 (bir yüz iyirmi dörd) manat pulun tutularaq İddiaçı ödənilıməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. **-DU-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il istehsallı “Kia Optima” markalı nəqliyyat vasitəsini texniki vəziyyətində nasazlıq olduğu üçün cavabdeh həmin avtomobili 12000 manata X1. Turab isə həmin avtomobili vicdanlı əldə edən X5 neçiyə satdığından cavabdehin xəbəri olmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehdən 11250 manat pul tələbi əsassızdır. Əvvəlki məhkəmə iclaslarında cavabdeh iddiaçıya avtomobilin satışından əldə olunan məbləğin yarısını, yəni 6000 manat pulu iddiaçıya təklif etmişdir. Lakin, iddiaçı ondan həmişə real olmayan pulu tələb etmişdir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı 11250 (on bir min iki yüz əlli) manat pulun, ödənilmiş mediasiya xərci olan 55 (əlli beş) manat və rüsumunun əvəzi olan 124 (bir yüz iyirmi dörd) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2655/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və X10 ilə X3 arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilməsi və həmin əmlak üzərində onların hər birinin ½ hissədə paylarının müəyyən edilməsi və X6 22500 (iyirmi iki min beş yüz) manat alınaraq, X5 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2277/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(061)-565/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilmiş “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X10 arasında bağlanmış 20 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə həmin əmlakın dəyərinin ½ hissəsi olan 11250 manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(102)-1333/2023 nömrəli qərarından görünür ki, Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2277/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisəli avtomobilin dəyərinin ½ hissəsi olan 11250 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh İddiaçı ilə birgə nikah dövründə alınmış “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili üçüncü şəxsə satmışdır. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərində payının müəyyən edilməsi” tələbinə dair iddia qaldırmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2655/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və X10 ilə X3 arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilməsi və həmin əmlak üzərində onların hər birinin ½ hissədə paylarının müəyyən edilməsi və X6 22500 (iyirmi iki min beş yüz) manat alınaraq, X5 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2277/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(061)-565/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilmiş “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X10 arasında bağlanmış 20 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə həmin əmlakın dəyərinin ½ hissəsi olan 11250 manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(102)-1333/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2277/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisəli avtomobilin dəyərinin ½ hissəsi olan 11250 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Hal-hazırda İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin payına düşən hissəsinin ona ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbinin qismən təmin edilməsini, belə ki, Cavabdeh tərəfindən sözügedən avtomobilin üçüncü şəxsə 12000 manata satıldığından Cavabdeh satış məbləğinin yarısı, yəni 6000 manat məbləğində pulu İddiaçı verə biləcəyini bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasəın bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin payına düşən hissəsini, yəni 22500 manatın 11250 manat hissəsini tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri avtomobilin dəyərinin 22500 manat olması işin mübahisəsiz halıdır. Başqa sözlə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2655/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri avtomobilin dəyərinin 22500 manat olması və vicdanlı alıcı tərəfindən 22500 manata alındığı öz təsdiqini tapmışdır. Eyni zamanda qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2277/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin 56-cı bəndində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən mübahisəli avtomobilin 22500 manata vicdanlı alıcı tərəfindən alındığının təsdiqini tapması qeyd edilmişdir. Məhkəmə bu səbəbdən belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ, yəni 22500 manatın yarısı, 11250 manat qanuni və əsaslı olmaqla qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapır. Lakin məhkəmə tərəflər arasında olan mövcud mübahisənin həlli ilə bağlı qanunvericiliyin tələblərini aşağıda qeyd etməyi zəruri də hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə toplanmış sübutların tədqiqi nəticəsinə əsaslanaraq belə hesab edir ki, cavabdeh iddiaçı ilə birgə nikah dövründə əldə etdiyi “Kia Optima” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili üçüncü şəxsə satdığından, iddia tələbi təmin olunmalı, Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən İddiaçı tərəfindən məhkəmə də iddia qaldırmaq üçün ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərcini ödəməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 (bir yüz iyirmi dörd) manat və mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-5017/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5017/2023
01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver