Məhkəmə qərarları › İş №e-2(125)-5073/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5073/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5073/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 470 AZN (dörd yüz yetmiş manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN(otuz manat qırx qəpik) dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Paşa Sığorta “ ASC-də icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış “VAZ 21074” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Mercedes Benz C” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mercedes Benz C” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə 570 AZN (beş yüz yetmiş manat) zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Mercedes Benz C” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığortalı Cavabdeh 470 AZN (dörd yüz yetmiş manat) sığorta ödənişi həyata keçirilmişdir. “Mercedes Benz C” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC öz növbəsində zərərvuran şəxsin icbari sığorta şirkəti olaraq sığorta ödənişini həyata keçirmişdir. Belə ki, “Vaz 21074” markalı, 51 BF390 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə hər iki sığorta şirkətindən sığorta ödənişi mənimsənilmiş, həm İddiaçı Sığorta Şirkəti ASC könüllü sığorta müqaviləsi əsasında sığorta ödənişini həyata keçirmiş, həm də "xxxx" ASC zərərvuran səxsin icbari sığota şirkəti olaraq sığorta ödənişini həyata keçirmişdir. Qeyd edilənlərə əsasən,əsassız varlanma nəticəsində əldə edilən 470 AZN (dörd yüz yetmiş manat) sığorta ödənişi məbləği Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə geri qaytarılmalıdır. Qeyd edilənlərlə əlaqədar əsassız varlanma nəticəsində əldə edilmiş 470 AZN (dörd yüz yetmiş manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN(otuz manat qırx qəpik) dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi Elməddin Rəhimov tərəfindən məhkəməyə ünvanlanmış ərizədə məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin pulun onun hesabına köçürülməsini o istəməmiş və həmin puldan imtina etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 105682 saylı sığorta aktından görünür ki, 1998-ci il buraxılışlı, “Mercedes Benz C” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobil tam sığorta olunaraq, sığorta təminatı almışdır. Sığorta xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. xx.xx.2022-ci il tarixdə sığortalanmış avtomobil “VAZ 21074” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncuya 570 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “VAZ21074” minik markalı, 51BF390 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Paşa Sığorta ASC 25 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Paşa Sığorta ASC-də icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış “VAZ 21074” minik markalı, 51BF390 dövlət qeydiyyat nişanlı avtomobil və İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Mercedes Benz C” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Paşa Sığorta ASC-yə zərərçəkmiş “Mercedes Benz C” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sığorta tələbi irəli sürülmüş və tələbə əsasən tərəflərindən yaranmış öhdəlik tam yerinə yetirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli 172 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh hesabına 470 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 470 AZN (dörd yüz yetmiş manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN(otuz manat qırx qəpik) dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 470 AZN (dörd yüz yetmiş manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN(otuz manat qırx qəpik) dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar