Məhkəmə qərarları › İş №e-2(125)-5468/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5468/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5468/2025 07.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi ilə, İddiaçı «A-X1 Təşkilatı» MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı «A-X1 Təşkilatı» MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı «A-X1 Təşkilatı» MMCnin Cavabdeh qarşı «pulun tutulması» barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.5-cı maddəsinə əsasən, AR MPM ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2025, mədaxil qəbzinin nömrəsi: **********, rüsum nömrəsi: 14221102, tranzaksiya 2840482) dövlət büdcəsindən iddiaçı «A-X1 Təşkilatı» MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı “A-X1 Təşkilatı” MMC-nin Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2025, mədaxil qəbzinin nömrəsi: **********, rüsum nömrəsi: 14221102, tranzaksiya 2840482) dövlət büdcəsindən iddiaçı «A-X1 Təşkilatı» MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar