Məhkəmə qərarları › İş №e-2(125)-5906/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5906/2025

25.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5906/2025 25.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlak və maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1na,Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1985-ci il istehsallı, “VAZ-21061” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobuli natura şəkildə və ya onun dəyərinin 1500 manat pulun və ödədiyi cərimələrin ümumi məbləği 259.5 manat pulun Cavabdeh3 alınaraq ona verilməsi; cavabdehlər Gəncə 5 saylı notariat ofisindən və Cavabdeh4 qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə hər birindən 500 manat olmaqla, cəmi 1000 manat ziyanın ona ödənilməsi; Gəncə 5 saylı notariat ofisi, Cavabdeh4 və Cavabdeh3 dövlət rüsumunun əvəzi kimi 48 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan VAZ 21061 MİNNİNK **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə sərəncam vermək səlahiyyəti əsasında X13 oğluna vermişdim. Sonuncu həmin avtomobili 07 noyabr 2021-ci il tarixdə salahiyyətlərini X11 oğluna ötürməklə vermişdi. Əlqəməd Alıyevdə avtomobil olduğu müddətdə mən ona xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə hər biri 1 il müdətinə etibarnamə verdmişdim. X9 xx.xx.2023-cü il tarixdə 3 ay 15 gün müddətinə Süleymanov Tarizan Vaqif oğluna etibarnamə verməklə avtomobili ona vermişdir. Süleymanov Tarizan Vaqif oğlunda avtomobil olduğu müddətdə etibarnamənin vaxtı bitmişdir və mənə müraciət edərək yeni etibarnamə verilməsini istəmişdir. Mən artıq heç kimi etibarnamə verməyəciyimi və avtomobili geri tələb edəcəyimi bildirdim. Bundan sonra cavabdeh Süleymanov Tarizan Vaqif oğlu cavabdeh Gəncə şəhər 5 saylı notariat oRisinin Xüsusi notariusu Aris ələkbərovla əlbir olaraq cinayət əlaqəsinə görərək qəyd olunan avtomobilə mənim imzam və iradəm olmdan saxta etibarnamə vermişdir. Həmin xx.xx.2024-cüil tarixli etibarnamə görə guya mən 1 illik avtomobilə dair sərəncam vermək hüququ ilə Süleymanov Tarizan Vaqif oğluna vermişdim. Süleymanov Tarizan saxta etibarnamə üzrə səlahiyyətləri xx.xx.2024-cüil tarixdə Rüstəmov Elnur Vahid oğluna ötürmüşdür. Sonuncu səlahiyətlərinin xx.xx.2024-cü il tarixdə Cavabdeh3 oğluna ötürmüşdür. Beləliklə, avtomobili sonuncu idarə edən Cavabdeh3 etibarnamə müdət bitdiyindən avtomobiliidarə edirdi və nəticədə onun idarə etditi müdətdə cərimələr mənim adıma yazılaraq mənim ünvanıma gəlmişdir. Cavabdeh3 avtomobili hələ qanunsuz olaraq idarə edir və törətdiyi inzibati xətalara görə cərimələr mənə gəlir. Mən bununla bağlı dəfərlə “102” xidmətinə şikayət etmişəm. “102” xidməti bu məsələdə kömək edə bilmədiklərini bildirdi. Mən məcbur olub Cavabdeh3 evlərinəgetdim, lakin onuncunu tapa bilmədim. Buna görə də mən məcbur olub məhkəməyə müraciət etdim. Cavabdeh1 iddiaya etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisində mübahisələndirdiyi etibarnamənin tərtib edildiyi tarix xx.xx.2024-cü il deyil, xx.xx.2023-cü ildir və 1 (bir) il müddətinə sərəncam vermək hüququna dair **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə X3 verilmiş, və xx.xx.2024-cü ildə etibarnamə qüvvədən düşmüşdür. Etibarnamə tam olaraq Qanunvericiliyə uyğun tərtib edilmişdir və vətəndaş İddiaçı Elektron Notariat Avtomartlaşdırılmış İnformasiya Sistemi vasitəsi ilə fotoşəkili çəkilmişdir. Bundan əlavə mübahisəli nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən Gəncə şəhəri 5 saylı notariat ofisində dəfələrlə başqa şəxslərə etibarnamələr verilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh4 etibarnamə verilərkən şəxsən özü notariusun iştirakımla imza edib, onun şəxsiyyəti müəyyən edilib və fəaliyyət qabiliyyəti yoxlanılmış, bundan əlavə Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemində şəxsin fotoşəkili çəkilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər iclasa gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, “VAZ-2106” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AA024253) avtomobil xx.xx.2014-cü il tarixdən etibarən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğlu ona məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini X7 1 il müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğlu ona məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini X5 3 ay 6 gün müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğlu ona məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini X5 1 il müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğlu ona məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini X5 1 il müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğluna məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini onun etibarnamə üzrə nümayəndəsi X1 Tarizan Vaqif oğluna 3 ay 15 gün müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğlu ona məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini Cavabdeh4 1 il müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğluna məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 X6 6 ay 7 gün müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnaməyə əsasən, İddiaçı Məmədəli oğlu ona məxsus “VAZ-21061” minik markalı, **-BJ-*** d.q.n., 1985-ci buraxılış ili olan nəqliyyat vasitəsini Cavabdeh3 4 ay 28 gün müddətinə etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı EQ28380651 nömrəli (xx.xx.2025) sənəd üzrə 76.5 manat cərimə ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı EQ27641988 nömrəli (xx.xx.2025) sənəd üzrə 80 manat cərimə ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixl, ********** nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı EQ29700158 nömrəli (xx.xx.2025) sənəd üzrə 51.5 manat cərimə ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, İddiaçı EQ29699575 nömrəli (xx.xx.2025) sənəd üzrə 51.5 manat cərimə ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir (25.8). İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır (122.2). Hazırkı iş üzrə iddiaçı 1) ona məxsus avtomobilin natura şəklində və ya onun dəyərinin Cavabdeh3 alınmasını; 2) Cavabdeh3 törətdiyi inzibati xətalara görə tətbiq olunmuş cərimələrin əvəzi qismində pulun tutulmasını; 3) cavabdehlər Gəncə 5 saylı notariat ofisindən və Cavabdeh4 qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə pulun tutulmasını xahiş etmişdir. Əvvəla, iddiaçı mübahisəli nəqliyyat vasitəsinin, bu mümkün olmadıqda dəyərinin qaytarılmasını xahiş edir, Cavabdeh3 qanuni əsas olmadan mübahisəli avtomobili sahiblik və istifadəsində saxlaması ilə tələbini əsaslandırır. Belə ki, xx.xx.2024-cü ildə iddiaçının mülkiyyətində olan mübahisəli avtomobilə dair hüquqlar xx.xx.2024-cü ilədək etibarnamə əsasında Cavabdeh3 verilmişdir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, həmin cavabdeh tələbi təkzib edən – avtomobilə hər hansı hüququnu və (ya) avtomobilin hüquq sahibinə təhvil verilməsini təsdiqləyən dəlil təqdim etməmişdir. İddiaçı həmçinin mübahisəli avtomobilin naturada qaytarılması mümkün olmadıqda, onun dəyəri qismində 1500 manat pulun tutulmasını xahiş etsə də, həmin dəyəri təsdiqləyən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən, hesab edir ki, avtomobilin Cavabdeh3 alınaraq verilməsi hissəsində iddia əsaslıdır. İddiaçı həmçinin, etibarnamə qüvvədən düşdükdən sonra Cavabdeh3 mübahisəli avtomobili istifadə etdiyi dövrdə yol verdiyi inzibati xətalara görə tətbiq olunmuş cərimələr üzrə ödədiyi pul məbləğlərinin tutulmasını xahiş etmiş, həmin dövrə dair protokollar üzrə ödəniş qəbzləri ilə tələbini əsaslandırmışdır. Mülki işin tədqiq edilmiş halları nəticəsində xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə, yəni Cavabdeh3 qanuni əsas olmadan mübahisəli avtomobili istifadəsi təkzib olunmayan dövrdə törədilən inzibati xətalara görə tətbiq olunmuş cərimələrin əvəzi qismində cəmi 259.5 manat pulun iddiaçı tərəfindən ödənilməsi müəyyən olunur. Belə olan halda, qanuni əsas olmadan avtomobili idarə edərkən törətdiyi xətaya görə tətbiq olunan cərimə məbləğinin tutulmaması Cavabdeh3 əsassız varlanması ilə nəticələnər. Digər tərəfdən, məhrum olunan iddiaçının varlanmış Cavabdeh3 əldə etdiklərini qaytarmaq tələbini istisna edən hal müəyyən olunmur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh3 259.5 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində iddia əsaslıdır. İddiaçı Gəncə 5 saylı notariat ofisindən və Cavabdeh4 cəmi 1000 manat pulun tutulmasını xahiş etmiş, həmin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ziyan vurulmasıyla tələbini əsaslandırmışdır. Mübahisəli avtomobilə dair hüquqların qanuni əsaslarla ötürülməsi nəzərə alınaraq, həmin cavabdehlərin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli, habelə iddiaçıların şəxsiyyətinə və ya əmlakına cavabdeh tərəfdən vurulmuş zərər, bununla yanaşı, həmin cavabdehlərin təqsiri olmadığı halda zərərin əvəzinin ödənilməsi üçün əsaslar müəyyən olunmur. Belə ki, iddiaçı həmin cavabdehlərin təqsiri ucbatından maddi ziyan dəydiyini bildirsə də, belə ziyanın vurulması istiqamətində səbəb-nəticə əlaqəsinə malik təqsirli əməl sübuta yetirilmir. Belə olan halda, 1000 manat maddi ziyanın ödənilməsi hissəsində tələb əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində Cavabdeh3 47.6 manat pul iddiaçının xeyrinə, avtomobilin alınması barədə qiymətləndirilməyən iddia üzrə ödənilməli dövlət rüsumunun qalıq hissəsi kimi 52.4 manat pul dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh3 “VAZ-21061” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı təhvil verilsin. Cavabdeh3 259 (iki yüz əlli doqquz) manat 50 (əlli) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 (qırx yeddi) manat 60 (altmış) qəpik pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh3 ödənilməli dövlət rüsumunun əvəzi olaraq 52 (əlli iki) manat 40 (qırx ) qəpik pul tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar