Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-707/2025 22.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 4100(dörd min yüz) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində mebel satışı ilə məşğul olur. Cavabdehlər 14 oktyabr 2022-ci il tarixdə ona məxsus mebel satışı mərkəzindən 4600 manat dəyərində mebel dəsti almışlar və xahiş etmişlər ki, mebelin pulunu ayba-ay versinlər. O isə razılaşmışdır. Mebel dəstini verəndən sonra mebelin pulundan cavabdehlər 500 manat ödəmiş və ödənişi dayandırmışlar. O, dəfələrlə cavabdehlərlə görüşərək ödəniş etməyi xahiş və tələb etsə də, hər dəfə müxtəlif bəhanələr edərək ödəniş etməkdən yayınırlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin hazırda ona 4100 manat borcu var. Məhkəmədə İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş və sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının vəsatətinə əsasən dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, Bəsti onun baldızıdır. Mebeli aparıb quraşdırandan sonra həmin evdə mebeli aşkarlamamışlar. Daha sonra bu məsələ ilə maraqlanarkən həmin mebeli Əmirovların başqa adama satdıqları, həmçinin başqa mağazadan da belə işlər gördükləri müəyyən edilmişdir. Məhkəmə, məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, irəli sürülən iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və onlara qarşı irəli sürülən iddiaya heç bir etiraz etməmişlər. Belə halda məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara istinad etməklə qərar qəbul etmişdir. İddiaçı tərəfin isə məhkəməyə təqdim etdiyi sübutlardan işin halları kimi müəyyən olunur ki, cavabdehlər 14 oktyabr 2022-ci il tarixdə iddiaçıya məxsus mebel satışı mərkəzindən nisyə qaydada 4600 manat dəyərində mebel dəsti almışlar və həmin mebel dəstinin dəyərinin 500 manatını ödəmiş, qalan 4100 manat borcu isə ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 -ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4100(dörd min yüz) manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 4100 (dörd min bir yüz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-707/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-707/2025
22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver