Məhkəmə qərarları › İş №e-2(125)-790/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-790/2023

27.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-790/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VAZ 21074” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1250 manat və X5 az ağır dərəcəli xəsarətinə görə 1500 manat olmaqla, cəmi 2750 pulun və ödənilmiş 47.90 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan "Mercedes 412-D” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21074" markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X8 az ağır dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “VAZ 21074" markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə, 1250 manat və X5 az ağır dərəcəli xəsarətinə görə 1500 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X1 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərib edilmiş, 062632 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, sığortalanmış “Mercedes” markalı mikroavtobusla xx.xx.2017-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində MTE və PAB-in rəyinə əsasən aldığı az ağır dərəcəli xəsarətə görə X7 dəymiş maddi ziyanın ümumi məbləği 1500 manat təşkil edir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərib edilmiş, 062991 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, sığortalanmış “Mercedes” markalı mikroavtobusla xx.xx.2017-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq X7 dəymiş maddi ziyanın ümumi məbləği 2500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin X7 1500 manat; xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin X7 1250 manat ödəniş edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Cavabdeh 11 avqust 2017-ci il tarixdə, saat 15 radələrində tanışı X2 məxsus "Mercedes 412D Mikroavto" markalı, AZ **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük vəsiqəsi olmadan "Yol hərəkəti haqqında" Azərbaycan Respublkası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yolun əks hərəkət istiqamətində hərəkətdə olarkən, həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 "Giriş qadağandır" yol nişanın) tələblərini pozaraq, qarşıdan gələn, Kürdəmir rayonunun Çöhranlı kənd sakini X5 idarə etdiyi "VAZ 21074" markalı, AZ **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Əliş Cəfərovun əng sümüyünün sağ hissəsinin 12-16 dişlər səviyyəsində alveol çıxıntısının yerdəyişməyən qapalı sınığı, iki ədəd dişin travmalik düşməsi, üst dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sol sirkə kasasının arxa divarının qapalı yerdəyişməyən sınığı, burnun qırığı, sol əlin, sol dirsək oynağının əzilmiş-cırılmış yaraları, sol bud çanaq oynağının qançırı, sol diz oynağının sıyrığı kimi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran bədən xəsarətləri almasına və idarə etdiyi avtomobilə 1050 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Həmin hökmə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nın 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes” markalı, **-DA-*** dövləq qeydiyyat nişanlı mikroavtobusla xx.xx.2017-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “VAZ 21074” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin hadisənin baş verməsində Cavabdeh təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2500 manat, X5 aldığı az ağır dərəcəli xəsarətə görə 1500 manat maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərəfindən avtomobilə dəymiş ziyana görə 1250 manat, aldığı az ağır dərəcəli xəsarətə görə faydalanan şəxs X7 1500 manat ödənilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia irəli sürərək ödəmiş olduğu 1750 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə xx.xx.2017-ci il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 936, 1099 və 1108-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirərək aşağıdakıları qeyd edir: “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddiaya Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti (10 il) tətbiq edilməlidir. Hazırki halda isə qanunla nəzərdə tutulmuş ümumi iddia müddəti ötürülməmişdir. Ona görə də, iddianın müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47,90 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cəmi 2750 (iki min yeddi yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 (qırx yeddi) manat 90 (doxsan) qəpik pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar