Məhkəmə qərarları › İş №e-2-2(102)-202/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-202/2023

07.03.2023 · Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-202/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət 07.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən), Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli e-2-2(117)-176/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçi rilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 28 yanvar tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, ortaq (birgə) mülkiyyətə maya kimi qoyduğu 10.000 ABŞ dolları, yəni 17.000 manat, 2020-ci ilin yanvar ayından mağazada olan alverdən hər ay gəlir kimi ödənilməli olan 300 manat, cəmi 10.800 manat olmaqla ümumilikdə 27.800 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli e-2-2(117)-176/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim – R.Məcidov).

3. Komme rsiya məhkəməsinin mövqeyinə görə, hazırki iş üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışdır, fərdi sahibkar statusuna malik deyildir. Belə olan halda, vergi ödəyici olmayan şəxsin iştirakı yaranmış mübahisəsi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyildir.

4. Kommersiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 25.1-ci; Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 13.2.37-ci; “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən e dilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarına istinad etməklə əsaslandırmışdır.

5. İddiaçı 2023-cü il 15 fevral tarixində Şəki Kommersiya Məhkəməsinə şikayətlə müraciət edərək, həmin qərardadın ləğv edilməsinə və iddianın icraata qəbul edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 16 fevral tarixli e-2-2(117)-176/2023 saylı qərardadı ilə iddiaçının şikayəti eyni səbəblərdən təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Məcidov). İİ. ŞİKAYƏT a) Şikayətin dəlilləri

7. Cavabdehin vergi orqanlarında qeydiyyatda olmaqla özünə məxsus ****** **** nömrəli VÖEN-nin olması, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə hazırda da məşğul olması və mağazanı onlar birlikdə fəaliyyət göstərdiyinə görə vahid bir VÖEN-ə ehtiyacları olduğu üçün iddiaçının adına yeni bir VÖEN-in açılmaması və cavabdehin borcunun iddiaçıya yaranmasının səbəbi həmin birlikdə yaratdıqları mağazanın olması əsası ilə iddia kommersiya məhkəməsində qaldırılmışdır. Borc sahibkarlıq fəaliyyəti ilə əlaqədar yarandığı üçün iddiaya kommersiya məhkəməsində baxılmalıdır. b) Şikayətə qarşı etirazın dəlilləri

8. Cavabdeh tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2.37. Sah ibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir....”

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tə rkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” 11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

12. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birin ci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götür mək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar st atusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

13. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli e2-2(117)-176/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax yuxarıda § 10) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

15. İş materiallarından görünür ki, cavabdehdən fərqli olaraq iddiaçı vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışdır, yəni fərdi sahibkar statusuna malik deyildir.

16. Belə olan halda, Azərbaycan Respubli kası Ali Məhkəmə Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarın 27-ci bəndində (bax yuxarıda § 12) formalaşdırdığı hüquqi mövqelərə uyğun olaraq, işə kommersiya icraatı qaydasında baxılması istisna olunur.

17. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Şəki Kommersiya Məhkəməsi iddia ərizəsini geri qaytararkən aidiyyət qaydalarını pozmamışdır, ona görə də həmin məhkəmənin qərardadının ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

18. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələr ini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli e-2-2(117)-176/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar