Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(102)-252/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in cavabdeh “Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyi” X3rşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil orderi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət qarışıq tərkibdə İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyi” X3rşı “pul” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli, e-2-2(113)-451/2023 saylı qərardadından verilmiş şikayəti nə zərdən keçirərək, müəyyən etdi:
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyi” X4 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 30 noyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2016-cı il 1 dekabr tarixli xidmət müqaviləsi və eyni tarixli 1 saylı protokola əsasən yaranmış borc üzrə cavabdehin iddiaçıya 6.000 manat, 2016-cı il 1 dekabr tarixində xidmət müqaviləsinin 6.2ci bəndinə əsasən gecikdirilmiş pul borcuna görə də 21.700 manat dəbbə pulunun eləcə də hüquqi yardım üçün ödənilmiş 500 manat xidmət haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli, e-2-2(113)-451/2023 saylı qərardadı ilə mülki işi n baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Vəkil).
3. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərdən biri olan cavabdehin nizamnaməsində onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması fəaliyyət istiqaməti kimi qeyd olunmamış, iş üzrə cavabdehin fərdi sahibkar statusuna malik olmaması tərəflər arasında mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmasını istisna edir, publik hüquqi şəxs olan cavabdehin fərdi sahibkar statusu olmadığından işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.
4. Həmin qərardaddan 2023-cü il 2 fevral tarixində iddiaçı tərəfindən şikayət verilmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli, e-2-2(113)-451/2023 saylı qərardadı ilə iddiaçının şik ayəti geri qaytarılmışdır (hakim – Vəkil).
6. Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 yanvar tarixli, e-2-2(113)-451/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət MPM ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olmadığına görə, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 fevral tarixli, e-2-2(113)-451/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli, e-2-2(113)451/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Vəkil).
8. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 17 fevral tarixli, e-2-2(103)-353/2023 saylı qər ardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli, e-2-2(113)451/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn)
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 14 mart tarixli, e-2-2(113)-451/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir (hakim – Vəkil).
10. Ali Məhkəmənin qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab vermədiyindən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin (bundan sonra mətndə - MPM) 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1–407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.
12. İşdən göründüyü kimi hazırkı halda iş materiallarında Vəkil məxsus order mövcud olsa da, həmin orderdə tapşırığın yerinə yetirildiyi məhkəmə kimi Ali Məhkəmə deyil, Bakı Kommersiya Məhkəməsi göstərilmişdir.
13. MPM-in 403-1.4-cü maddəsinə əsasən, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
14. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə döv lət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti geri qaytarılır.
15. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır.
16. MPM-in 408.5-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1 - 408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
17. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 403-408-ci maddələrini rəhbər tutaraq qarışıq məhkəmə tərkibi qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli, e-2-2(113)-451/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin icraata qəbulundan imtina ed ilsin və şikayət geri qaytarılsın. Qərardad qəbul olunduğu andan qüvvəyə minir.