Məhkəmə qərarları › İş №e-2-2(102)-381/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-381/2025

14.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-381/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və XX Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və XX Notariat ofisinə qarşı hüquqverici sənədlərin etibarsız hesab edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraatı a) Bakı Şəhəri Xətai Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 21 noyabr tarixində Cavabdeh2, Cavabdeh3 və XX Notariat ofisinə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh2”, “Cavabdeh3”, “Notariat ofisi”) qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, X1 təsisçisi olduğu 6 şirkət üzrə, o cümlədən "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********),"xxxx" MMC (VÖEN**********), "xxxx" Kiçik Müəssisəsi (VÖEN **********) və "xxxx" Firması (“VÖEN **********) üzrə, eyni zamanda, digər əmlakları üzrə, miras qalmış daşınar və daşınmaz əmlaklar, qeyri-maddi aktiv ləri barəsində aparılan bütün əməliyyatların və bu əməliyyatlar nəticəsində yaranmış bütün hüquqverici sənədlərin etibarsız hesab olunması barədə, həmçinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərə görə 10.000 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2025-ci il 30 yanvar tarixli e-2(011)1051/2025 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – S.Eyvazova).

3. Həmin məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən olunanlara görə, mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən əmlaklar və qeyd edilən torpaq sahəsi əmlak kompleksi kimi fəaliyyət göstərən müəssisəyə məxsus olduğundan, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan hazırki mülki işə kommersiya məhkəməsində baxılması məqsədəmüvafiqdir. Mübahisənin kommersiya hüquqi şəxsinin payçıları, idarəçiləri arasında hüquqi şəxsin fəaliyyəti, əmlakının alqı-satqısı kimi məsələlərlə bağlı olduğu, yəni korporativ tələb, mübahisə olduğu müəyyən olunmuşdur. b) Bakı Kommersiya Məhkəməsindəki icraat

4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 18 aprel tarixli 2-2(113)-3528/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – N.Əhmədova).

5. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı anasından mirası qalan əmlakın anlaqsız vəziyyətindən sui-istifadə edilərək, C avabdeh2 və Cavabdeh3 tərəfindən başqa şəxslərə özgəninkiləşdirildiyinə istinad edir və anlaqsız vəziyyətdə olduğu dövrdə bağlanmış əqdlərin, aparılmış əməliyyatlar üzrə hüquqverici sənədlərin etibarsız hesab edilməsini, həmçinin cavabdehlərin ona mənəvi iztirab verdiyini əsaslanmaqla mənəvi zərərin ödənilməsini tələb etmişdir. Qeyd edilən tələblər isə iddiaçının və ya cavabdehlərin birlikdə və ya ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Bundan başqa, bağlanmış əqdlərin, aparılmış əməliyyatlar üzrə hüquqverici sənədlərin etibarsız hesab edilməsi hissəsində iddia tələbi korporativ tələb də hesab oluna bilməz.

6. Korporativ mübahisələrə verilən anlayış çərçivəsində onların qəti olmayan siyahısını da vermək mümkündür: təsisçilər, üzvlər, iştirakçılar, hüquq i şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin yaradılması, yenidən təşkili, ləğvi ilə bağlı mübahisələr; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxsin ümumi yığıncağının çağırılması ilə bağlı mübahisələr; hüquqi şəxsin ümumi yığıncağının və ya idarəetmə orqanlarının qərarlarından şikayət üzrə mübahisələr; hüquqi şəxsin iştirakçılarının xalis mənfəət, dividendlərlə bağlı mübahisələri; hüquqi şəxsin iştirakçılarının hüquqi şəxslərin fəaliyyəti ilə tanış olmaq, müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı mübahisələr və s.

7. Hazırkı iddia tələbi isə qeyd edilən siyahıda da mövcud deyil. Həmçinin iş materiallarında olan “Qanun üzrə vərəsəlik” şəhadətnamələrindən də görünür ki, iddiaçı tələbində qeyd etdiyi hüquqi şəxslərdə X2 məxsus paylardan vərəsəlik üzrə 1/3 pay əldə etmiş, 2/3 hissədə isə pay açıq saxlanılmışdır. Belə olan halda, X1 vərəsəsi kimi Cavabdeh2 miras əmlak kimi hüquqi şəxsdən pay alması təsdiq olunmamışdır. Sonuncunun və digər cavabdehin hüquqi şəxsin iştirakçısı (təsisçisi) olması da iş materialları ilə təsdiqlənməmişdir.

8. Lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddiaya baxılarkən qeyri-müəyyən iddianın dəqiqləşdirilməsi istiqamətində addımlar atılmamış və məhkəmə nəzərə almamışdır ki, hazırkı vəziyyətdə iddia ərizəsində istinad olunan faktiki əsaslara görə mübahisə korporativ tələblə bağlı olmamış, bilavasitə miras əmlak, həmin əmlaklarla bağlı fəaliyyət qabiliyyəti olmayan şəxsin bağladığı əqdlərin etibarsızlığı və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı ol muşdur və bu səbəbdən mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna olunur. Tətbiq edilən hüquq 9. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.... 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hü quqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz....” “Maddə

14. Dövlət reyestrinə daxil edilən məlumatlar 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir:... 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar;...”

10. Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarında (bundan sonra – “Plenum Qərarı”) aşağıdakılar nəzərdə tutulur: “...

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn ist ifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....

17. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13 -cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür....

19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçıla r, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci ha la isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar....”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.” “Maddə

149. İddia ərizəsinin forması və məzmunu... 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:... 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hal lar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;...” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə;...” Ali Məhkəmənin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.

13. İş materiallarından görünür ki, hazır kı iddianın daxil olduğu ümumi məhkəmə mübahisənin kommersiya hüquqi şəxsinin payçıları, idarəçiləri arasında hüquqi şəxsin fəaliyyəti, əmlakının alqı-satqısı kimi məsələlərlə bağlı olduğunu, yəni korporativ mübahisə olduğu müəyyən etmiş, işin baxılmaq üçün göndərildiyi kommersiya məhkəməsi isə bu mövqe ilə razılaşmamışdır. 14. “İnternet Vergi İdarəsi”nin məlumatlarından görünür ki, iddiaçı fərdi sahibkar kimi vergi ödəyicisidir, cavabdeh fiziki şəxslər isə fərdi sahibkar kimi qeyd alınmamışlar. Odur ki, hazırkı mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olması o halda mümkündür ki, ya mübahisə korporativ mübahisə olsun, ya da ki, iddia tələbləri qarışıq olsun, yəni tələblərin bir hissəsi kommersiya, digəri isə mülki hüquq münasibətlərindən irəli gəlsin (Plenum Qərarının 26-cı bəndi – bax § 10).

15. MPM-də kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərin anlayışı və dəqiq dairəsi müəyyən edilməsə də, Plenum Qərarı bununla bağlı müəyyən müddəaları özündə əks etdirir.

16. Belə ki, Plenum Qərarının 13 və 19-cu bəndlərində formalaşdırılmış hüquqi mövqelərdən (bax § 10) aydın olur ki, tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, y enidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlər kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aiddir.

17. Diqqətçəkən məqam ondan ibarətdir ki, həmin qərarda belə mübahisələrə aid edilən bütün tələblərin tam və qəti siyahısı müəyyən edilməmiş və yalnız bu növ mübahisələrin subyekt dairəsi, habelə mübahisələrin xarakter və mahiyyətinə aydınlıq gətirilmişdir.

18. Belə ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərin subyektlərinə təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri və hüquqi şəxs aid edilmişdir. Belə mübahisələrin xarakter və mahiyyəti üzrə həlledici meyar kimi isə kommersiya hüquqi şəxsin fəaliyyəti müəyyən edilmişdir.

19. Kommersiya hüquqi şəxslərin fəaliyyəti dedikdə onların əsas məqsədi olan mənfəət götürməkdən ibarət fəaliyyət başa düşülür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsi).

20. Eyni zamanda, həmin fəaliyyət hüquqi şəxsin nizamnaməsi və Mülki Məcəllənin 4cü fəslində müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir. Həmin qaydalara hüquqi şəxsin yaradılması, yenidən təşkil edilməsi, ləğv edilməsi, idarə edilməsi, iştirakçıların hüquqlarının həyata keçirilməsi və s. aiddir. Qeyd olunanlar, yəni həm nizamnamədə, həm də Mülki Məcəllənin 4-cü fəslində müəyyən edilən qaydalar hüquqi şəxslərin fəaliyyətini tənzimləyən korporativ qaydalardır.

21. Göründüyü kimi, kommersiya hüquqi şəxslərin təsisçiləri, üzvləri, iştirakçıları, hüquqi şəxsi n nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri və hüquqi şəxs arasında sonuncunun fəaliyyəti ilə bağlı münasibətlər korporativ xarakterli hüquq münasibətləridir.

22. Bu baxımdan, məhkəmə tərkibi kommersiya məhkəməsinin mübahisənin ümumiyyətlə korporativ mübahisə olmaması barədə mövqeyi ilə razılaşmır. Ona görə ki, şirkətin əmlakının qanunsuz özgəninkiləşdirilməsi istənilən halda həm şirkətin, həm də onun təsisçilərinin maraqlarına toxunur. Bu da mübahisənin korporativ mübahisə kimi qiymətləndirilməsini istisna etmir.

23. Bununla belə, aşağıda göstərilən hallar hazırda qeyri-müəyyən olduğundan işin korporativ mübahisə olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

24. Əvvəla, iddiaçının tələbləri qeyri-müəyyən olmaqla, mülki prosessual qanunvericiliyi n tələblərinə uyğun olmamışdır. İddia ərizənin forma və məzmunu ilə bağlı konkret tələbləri müəyyən edən MPM-in 149.2.3-cü maddəsinə görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə görə isə iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (bax § 11).

25. Məhkəmə tərkibi bildirir ki, hər bir iddia tələbinin və onların əsaslandığı halların, faktların qanunvericiliyə uyğun olaraq konkret ifadə olunması məhkəmə aidiyyətinin düzgün qiymətləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırkı halda isə i ddia tələbləri və bu tələblərin əsası kimi istinad edilən fakt və hallar, o cümlədən mübahisələndirilən müqavilələr, bu müqavilələrin sayı və siyahısı, eləcə də müqavilələrlə özgəninkiləşdirilən əmlaklar və onların mülkiyyətçiləri müəyyən deyildir. Belə ki, iddiaçı tələbində “şirkətlər, eyni zamanda digər əmlaklar üzrə, miras qalmış daşınar və daşınmaz əmlaklar, qeyri-maddi aktivləri barəsində aparılan bütün əməliyyatların və bu əməliyyatlar nəticəsində yaranmış bütün hüquqverici sənədlərin etibarsız hesab olunması”nı xahiş etsə də, bu tələbləri ümumi formada ifadə etməklə iddia ərizəsində konkretləşdirməmiş, o cümlədən belə əməliyyatların konkret olaraq nə vaxt və kimlər arasında aparıldığını, həmçinin hansı əqdlərin etibarsızlığını mübahisələndirməsini, bu əqdlərin sayını dəqiq göstərməm iş, eləcə də qanunsuz özgəninkiləşdirilən əmlakların sayı, tərkibi və müvafiq hüquqi şəxslərə məxsusluğunu qeyd etməmişdir.

26. Bundan başqa, iş materiallarından iddia tələblərinin yalnız bir hissəsinin hüquqi şəxslərlə bağlı olduğu, digər hissəsinin isə bilavasitə hüquqi şəxslərlə əlaqəsi olmayan və iddiaçının mərhum anasının özünə məxsus olan əmlakları ilə bağlı olan vərəsəlik hüquq münasibətlərindən irəli gəldiyi görünür.

27. MPM-in 30-cu maddəsi kommersiya və mülki hüquq münasibətlərindən irəli gələn bir-biri ilə əlaqədar olan iddia tələblərindən irəli gələn mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğunu müəyyən etsə də (bax § 11), bunun üçün əlverişli prosessual zəminin mövcud olmalıdır. Belə ki, Plenum Qərarının 17-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə (bax § 10) görə, MPM-in 30-cu maddəsinin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

28. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda qarışıq iddia tələblərinin hamısına (korporativ münasibətlərdən irəli gələn tələblər və vərəsəlikdən irəli gələn tələblər) kommersiya icraatında baxılması MPM-in 30-cu maddəsinin tələblərinə və Plenum Qərarının 17-ci bəndinə uyğun deyildir.

29. Bundan başqa, mübahisənin korporativ mübahisə kimi qiymətləndirilməsi üçün onun subyekt tərkibi də müvafiq tələblərə cavab verməlidir. Belə ki, Ple num Qərarında kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə təsisçilər, üzvlər, iştirakçılar və hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələrinin iş üzrə subyekt kimi çıxış edə bilmə imkanları göstərilmişdir. Hazırkı işdə olan notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrindən görünür ki, iddiaçının tələbində göstərdiyi şirkətlərdə 3/1 payı mövcuddur. Lakin “mübahisə tərəfi olan digər cavabdehlərin payın qalan 3/2 hissəsini əldə etməsi” halı ilə bağlı hər hansı təsdiqedici sənəd iş materiallarında mövcud deyil.

30. Bununla belə, şirkətlərin payları hətta vərəsəlik üzrə iddiaçı ilə Cavabdeh2 tərəfindən əldə edilmiş olsa belə, bu, hələ onların qanunla müəyyən edilən təsisçilik statusuna malik olmaları demək deyil. Bel ə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin məzmunundan aydın olur ki, dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir fiziki şəxs olan təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri qeydiyyatı haqqında məlumatlar əks etdirilməlidir (bax § 9). Bundan başqa, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər tərəf indən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz (həmin Qanunun 9.1 və 9.3-cü maddələrinin məzmunu – bax § 9).

31. Qeyd olunanlardan göründüyü kimi, mübahisə tərəfləri olan fiziki şəxslər hüquqi şəxslərin dövlət reyestrində müvafiq hüquqi şəxslərin təsisçiləri kimi qeydə alınmayanadək hüquqi baxımdan həmin hüquqi şəxsləri təsisçiləri hesab edilmirlər. Bu mənada, hətta notarial qaydada vərəsəlik şəhadətnaməsi əldə etmələri belə, onların təsisçi kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan təqdirdə isə, yəni tərəflər qanunla müəyyən edilmiş qaydada müvafiq hüquqi şəxslərin təsisçiləri statusunu əldə etməmişlərsə, onların arasında yaranmış hazırkı mübahisə subyekt tərkibi baxımından istənilən halda korporativ mübahisə hesab oluna bilməz.

32. O da qe yd olunmalıdır ki, kommersiya məhkəməsi digər cavabdehin hüquqi şəxsin iştirakçısı (təsisçisi) olmasının iş materialları ilə təsdiqlənmədiyini qeyd etsə də, işdə olan Vergi Xidmətinin 2024-cü il 9 sentyabr tarixli məktubundan (səh. 17-18) görünür ki, cavabdehlərdən biri Cavabdeh3 iddia tələbində göstərilən şirkətlərdən biri üzrə, yəni "xxxx" firmasında 50 faiz pay hüququ mövcuddur. Bu isə hüquqi baxımdan o mənaya gəlir ki, hazırda müəyyən olunanlara görə, mübahisənin üç fiziki şəxs olan iştirakçısından yalnız biri - Cavabdeh3 ən azı bir şirkətdə 50 faiz paya malik olduğu təsdiq olunur. Yuxarıda qeyd edilənlərə görə, digər fiziki şəxslərlə bağlı isə qanunun tələbi baxımından təsisçi olubolmamaları hazırda məlum deyil.

33. İddianın daxil olduğu Bakı Şəhəri Xətai Rayon Məhkəməsi hazırkı mübah isənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların aydınlaşdırılması istiqamətində tam araşdırma aparmamış, məsələyə formal yanaşmış, zəruri əsaslandırma və qiymətləndirmə həyata keçirmədən işi kommersiya məhkəməsinə göndərmişdir.

34. Bunun nəticəsidir ki, hazırkı vəziyyətdə mübahisənin predmeti, tərəflər arasında hüquq münasibətlərinin xarakteri və subyekt tərkibi barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

35. Bununla əlaqədar qarışıq məhkəmə tərkibi hesab edir ki, qeyd olunan nöqsanların aradan qaldırılması, mübahisənin predmeti, tərəfləri arasında hüquq münasibətlərinin xarakteri, subyekt tərkibinin dəqiq aydınlaşdırılması və nəticəsinə uyğun olaraq məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün hazırkı iş iddianın verildi yi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır.

36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və XX Notariat ofisinə qarşı iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar