Məhkəmə qərarları › İş №e-2-2(102)-466/2024

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-466/2024

31.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-466/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, tərəfin şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh2 qarşı məlumatların təkzib edilməsi və digər tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 iyun tarixli e-2-2(113)-3880/2024 nömrəli qərardadında n iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, - cavabdehin üzərinə “yalançı və böhtan atan”, “rüşvətxor və korrupsioner oğlu” ifadələrinə görə iddiaçıdan XXX MMC-nin “instagram” səhifəsi vasitəsilə üzr istəməsi və həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması; - XXX MMC-nin rəhbəri İddiaçı kimliyinin ifşası” video çarxının internet resurslarından, o cümlədən “instagram”, “whatsapp” və digər bütün sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; - mənəvi zərərə görə 5.000 manat pul və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barə də qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsi 2024-cü il 28 iyun tarixli e-2-2(113)-3880/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Kənan Hüseynov).

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh hər ikisi VÖEN sahibi olan fiziki şəxs olsalar da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Belə ki, mübahisə iddiaçının qeyd etdiyi kimi, iddiaçı barəsində cavabdeh tərəfindən sosial şəbəkələrdə səsləndirilən məlumatların təkzib edilməsi və həmin ifadələrə görə üzr istənilməsi, video çarxın sosial şəbəkələrdən silinməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, mübahisə iki qarşı tərəfi n ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış, sadəcə olaraq bir fiziki şəxsin digər fiziki şəxs barəsində səsləndirmiş olduğu fikir və yaxud yaymış olduğu məlumatların təkzib edilməsi ilə bağlı olmuşdur. Həmçinin, məhkəmə hazırlıq iclasında iddiaçı tərəflər arasında hər hansı kommersiya hüquq münasibətlərinin olub-olmaması barədə suala belə münasibətin olmadığını bildirmişdir.

4. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsi 2024-cü il 8 iyul tarixli e-2-2(113)-3880/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir. (hakim Kənan Hüseynov).

6. Məhkəmə əvvəlki qərardadındakı mövqeyini (yuxarıda § 3) yenidən v urğulamış, həmçinin qeyd etmişdir ki, mübahisələndirilən yazıların məzmununa nəzər yetirildikdə də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hər hansı halın mövcud olmadığı görünür. Bundan başqa, iddiaçı tərəf özü də şikayətində mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayan mübahisə olduğunu qəbul etmişdir. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

7. MPM-in 26.1-ci maddələri üzrə - həm iddiaçı, həm də cavabdeh lazer aparatlarının satışı ilə məşğuldurlar. Cavabdeh tərəf iddiaçı ilə sağlam rəqabət əvəzinə, onu bu sahədə nüfuzdan salmaq üçün aktiv şəkildə işgüzar nüfuzuna xələl gətirən məlumatlar yaymaqla məşğuldur. Tərəflər eyni sahədə sahibkarlıqla məşğul olmasa idilər, hazırki mübahisə üçün əsas da olmazdı.

8. Hazırki mübah isə iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, sadəcə olaraq bir fiziki şəxsin digər fiziki şəxs barəsində səsləndirmiş olduğu fikir və yaxud yaymış olduğu məlumatların təkzib edilməsi ilə bağlıdır. Mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmasa da, hər iki tərəfin bazarda eyni növ sahibkarlıq sahəsində fəaliyyətindən yaranan mübahisələrin nəticəsi olaraq yaranmışdır. b) Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətl ərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

11. Mülki Pros essual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi za manı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata ke çirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. M übahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş araşdırılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, həmçinin Plenum Qərarının 10 və 11-ci bəndlərinin (bax yuxarıda §§ 10-11) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. İş materiallarından müəyyən olunanlara əsasən, hazırki iş üzrə iddiaçı və cavabdeh fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdir. Tərəflər arasında mübahisənin yaranmasından irəli gələrək iddiaçı ərizə ilə məhkəməyə müraciət edən tarixdə də iddiaçı və cavabdeh vergi ödəyicisi kimi qeydiyyatda olmuşlar. Bu baxımdan qeyd olunmalıdır ki, Plenum Qərarına əsasən (bax yuxarıda § 10), mübahisənin tərəflərdən ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması işə kommersiya icraatı qaydasında baxılmasına imkan verir. Beləliklə, subyekt tərkibi ba xımından hazırkı mübahisəyə kommersiya baxılması mümkündür.

15. Lakin mübahisənin predmeti və xarakterinə gəldikdə məhkəmə tərkibi hesab edir ki, qeyd olunan əsaslar üzrə işin aidiyyətinin müəyyən edilməsi ilə bağlı qəti nəticəyə gəlmək üçün iş materiallarından kifayət qədər əsas müəyyən olunmur. Kommersiya Məhkəməsi də iş üzrə mübahisənin xarakteri barədə nəticəyə gələrkən, yalnız iddia tələbinin mahiyyətinə və cavabdehlə kommersiya münasibətlərinin olmaması barədə iddiaçının iclasdakı ifadəsinə istinad etməklə, işin ümumi məhkəməyə göndərilməsi qənaətinə gəlmişdir.

16. Məhkəmə tərkibi isə hesab edir ki, aidiyyət məsələsi ilə bağlı zəruri araşdırma aparmayan Kommersiya Məhkəməsinin yuxarıda göstərilən əsaslandırması tam olmamaqla yanaşı, iş materiallarından da tərəflər arasında yaranmış h üquq münasibətlərinin xarakterinin müəyyən edilməsi üçün kifayət qədər əsas mövcud deyil.

17. Belə ki, Kommersiya Məhkəməsi tərəflər arasında münasibətin şəxsi istehlak və ya onların ayrı-ayrılıqda və ya birgə həyata keçirilən iqtisadi fəaliyyət sferasında yaranıbyaranmamasını, mübahisənin iş üzrə tərəflər arasında olan hansı fəaliyyətdən irəli gəlməsini və ya aralarında, ümumiyyətlə, sahibkarlıqla bağlı hər hansı əlaqəli fəaliyyətin mövcud olub-olmaması məsələlərini tam araşdırmamışdır.

18. Kommersiya Məhkəməsi hazırkı mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd edilən halların aydınlaşdırılması istiqamətində tam araşdırma aparmamış və zəruri əsaslandırma həyata keçirməmişdir. Bunun nəticəsidir ki, hazırkı vəziyyətdə tərəflər arasında hüq uq münasibətlərinin xarakteri və mübahisənin predmeti barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Halbuki bu məsələlərə aydınlıq gətirilmədən məhkəmə aidiyyətinin müəyyən edilməsi istisna edilir.

19. Plenum Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

20. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, qərardad ləğv edilməli, mübahisənin tərəfləri arasında hüquq münasibətlərinin xarakterinin dəqiq aydınlaşdırılması və nəticəsinə uyğun olaraq müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün hazırki iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır.

21. K ommersiya Məhkəməsi mübahisəli iş üzrə aidiyyət məsələsini yenidən müəyyən edərkən, yuxarıda qeyd edilən məqamları tam araşdırmalı, bundan sonra Plenum Qərarında müəyyən edilmiş aidiyyət qaydalarını nəzərə almaqla qanuni və əsaslı nəticəyə gəlməlidir.

22. Məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 403-1.6, 403-1.7 və 403-1.9.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 iyun tarixli e-2-2(113)-3880/2024 nömrəli qərardadı ləğv edilərək, işə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar