Məhkəmə qərarları › İş №e-2-2(102)-545/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-545/2025

25.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-545/2025 25.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh1 X4 Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinə görə iddia ərizəsinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 X4 Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “vəzifədən azad edilmə və reyestrdən çıxarılma” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 25 iyun tarixli e-2-2(113)-5130/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 X4 Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh1 X4 Cəmiyyətində qanuni təmsilçilik funksiyalarına malik sədr vəzifəsindən azad olunması, adının Cavabdeh1 X4 Cəmiyyətinin qanuni təmsilçisi kimi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2 025-ci il 25 iyun tarixli e-2-2(113)5130/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim – N.Əhmədova).

3. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ATSC-nin səhmdarlarının ümumi yığıncağının 2004-cü il 25 may tarixli qərarı ilə iddiaçı həmin ATSC-nin idarə heyətinin sədri təyin edilmişdir. Hazırkı tələb isə iddiaçının cəmiyyət ilə əmək münasibətinə xitam verilməsi ilə bağlı olaraq əmək mübahisəsindən irəli gəlmişdir.

4. Hazırkı iş üzrə iddiaçının tələbi əmək münasibətlərindən irəli gələn tələblər kateqoriyasına aiddir və həmin növdən olan mübahisələrə kommersiya məhkəmələrində baxılması istisna edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən e dilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında müqavilədən irəli gələn mübahisələr və korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilmiş, müqavilədən irəli gələn mübahisələr üçün tərəflərin hər bir halda sahibkarlıq fəaliyyəti subyekti olması tələbi müəyyən olunduğu halda, kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinin öz təbiəti etibarilə sahibkarlıq fəaliyyətin irəli gəldiyi, həmin mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu nəzərə alınaraq, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakının mövcud olmasına baxmayaraq, işin kommersiya məhkəməsi aidiyyəti müəyyən olunmuşdur.

6. Korpo rativ tələblər təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan 1) hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya 2) səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər olmaqla mübahisə tərəflərinin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrdən doğurlar.

7. Qanuni təmsilçinin hüquqi şəxsə və ya əksinə olan yalnız o tələbləri korporativ tələblər hesab olunur ki, onlar hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından və ya səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət olsun.

8. Hazırkı işin hallarından isə tələbin hüquqi şəxsin fəaliyyətindən deyil, bilavasitə iddiaçı ilə cavabdeh arasında əmək-hüquqi münasibətlərdən irəli gəldiyi aydın olur. Bu halda da məhkəmə hesab etmişdir ki, hazırkı iş ümumi məhkəmələrin müstəsna aidiyyətidir.

9. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 10 iyul tarixli e-2-2(113)5130/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Hüseynov).

11. Məhkəmə əvvəlki mövqeyini (bax §§ 3-8) bir d aha vurğulamış və şikayətin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir. Şikayətin dəlilləri

12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı üzrə - birinci instansiya məhkəməsinin mövqeyi həmin qərarın 19-cu bəndində ifadə edilmiş hüquqi mövqeyə ziddir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predm eti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” ya

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) 4-cü bəndi: İddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyəti ni ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Ali Məhkəmənin mövqeyi

15. Qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 25 iyun tarixli e-2-2(113)-5130/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

17. Eyni zamanda, Plenum Qərarında korporativ mübahisələr subyekt tərkibi baxımından fərqləndirilərək, belə mübahisələrin kommersiya məhkəmələrinin müstəsna baxış predmeti olduğu müəyyənləşdirilmişdir. X2 qeyd olunur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

18. Lakin hazırkı iddia tələbi kommersiya hüquqi şəxsi və onun səhmdarları ilə qanuni təmsilçisi arasında olan mübahisədən irəli gəlsə də, mübahisə hüquqi şəxsin fəaliyyətindən qaynaqlanmır.

19. Belə ki, qanuni təmsilçinin hüquqi şəxsə və ya əksinə olan yalnız o tələbləri korporativ tələblər hesab olunur ki, onlar hüquqi şəxsin fəaliyyəti ilə bağlı olsun.

20. İddiaçının təqdim etdiyi sənədlərdən müəyyən olunanlara görə isə, o 2004cü il 15 may tarixli ümumi yığıncağın protokulu ilə Cavabdeh1 ATSC-də cəmiyyətin sədri vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçı cəmiyyətdə qanuni təmsilçilik funksiyalarına malik sədr vəzifəsindən azad olunmasını tələb etmişdir.

21. Görün düyü kimi, hazırkı mübahisə kommersiya hüquqi şəxsin qanuni təmsilçisi olan iddiaçı ilə hüquqi şəxs və onun səhmdarları arasında yaransa da, hüquqi şəxsin idarə olunması və fəaliyyəti ilə əlaqədar deyil, iddiaçının əmək qanunvericiliyi ilə müəyyən olunan hüquqlarının pozulması ilə bağlıdır, yəni əmək münasibətlərindən irəli gəlir.

22. Bu baxımdan qeyd edilir ki, hazırki mübahisəyə məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq MPM-in 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir.

23. Yuxarıda qeyd olunanları nəzərə alan qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır.

24. Qarışıq məh kəmə tərkibi şərh edilənləri rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 25 iyun tarixli e-2-2(113)-5130/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar