Məhkəmə qərarları › İş №e-2-2(102)-641/2023

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-641/2023

01.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-641/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-641/2022 Açar sözlər: aidiyyət, iddia ərizəsinin geri qaytarılması, qiymətləndirmə rəyinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən), Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı və İnzibati Kollegiyasının hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğvi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)-1507/2023 nömrəli qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayətə məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İŞİN HALLARİ

1. Gəncə İnzibati Məhkəməsinin 2022-ci il 22 dekabr tarixli, 15(145)-42/2022 saylı qərardadından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan və siyahıya alınmış 20.000 manat dəyərində “Mercedes Benz B200CDİ” markalı xetçbek tipli ** AE *** qeydiyyat nişanlı 2013-cü il buraxılışlı, ağ rəngli avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və qərardadın icrasının aidiyyəti hissələrdə Gəncə şəhər Baş Polis İdarəsinə və X1 İmtahan və X2 həvalə edilməsi qərara alınmışdır.

2. Cavabdeh2 MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı rəydən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin sifarişi əsasında 16.000 manat müəyyən etmişdir. İİ. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “MERCEDES Benz B200CDİ" markalı xetçbek tipli ** AE *** qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, ağ rəngli avtonəqliyyat vasitəsinin Cavabdeh2 MMC (bundan sonra – “cavabdeh MMC”) tərəfindən verilmiş qiymətləndirmə rəyinin ləğv edilməsinə dair qətnamə qəbul ol unmasını xahiş etmişdir.

2. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)1507/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır (hakim – G.Quliyeva).

3. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

4. Mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mü bahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır.

5. Hazırkı iddia ərizəsi cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə və MMC-yə qarşı qaldırılmış, iddiaçı və cavabdeh MMC sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslər olsa da, hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması iş materialları ilə müəyyən edilmir.

6. Belə ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh MMC-yə iddiaçıya məxsus əmlakın qiymətləndirilməsini sifa riş etmiş, sonuncu da əmlak qiymətləndirərək qiymətləndirmə rəyini vergi orqanına təqdim etmişdir. İddiaçı isə icra mərhələsində vergi orqanının sifarişi əsasında əmlakın qiymətləndirilməsi barədə rəydən narazı qalaraq həmin rəyin ləğv edilməsini xahiş etmişdir. Bu isə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir.

7. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 24.3, 26.1, 31.1, 152.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qə rarına (bundan sonra – “Plenum Qərarı”) (bundan sonra – “Plenum Qərarı”) istinad etməklə əsaslandırmışdır.

8. İddiaçı 2023-cü il 4 oktyabr tarixdə həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir.

9. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 oktyabr tarixli, e-2-2(115)-1507/2023 saylı qərardadı ilə şikayətə vəkil orderi əlavə olunmaması əsası ilə şikayət geri qaytarılmışdır (hakim – G.Quliyeva).

10. Daha sonra iddiaçı yol verilmiş nöqsanı aradan qaldırmaqla 2023-cü il 5 oktyabr tarixində təkrar olaraq şikayətlə müraciət etmişdir.

11. Şikayət bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2019cu il 9 iyul tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyiş iklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən Sərəncamın 1-3-cü hissələri 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir. Bu Sərəncamla kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Belə olan halda, işin baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu halda, ümumi məhkəməyə müraciət oluna bilməzdi.

12. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 6 oktyabr tarixli e-2-2(115)-1507/2023 saylı qərardadı ilə şi kayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilməsi qərara alınmışdır.

13. Qərardadın əsaslandırılması §§3-6-da göstərilən mövqeyi ilə eyni qaydada aparılmışdır.

14. Gəldiyi nəticəni məhkəmə MPM-in 24.2, 24.3, 25.1, 26.1, 31.1-ci maddələrinə və Plenum Qərarına istinad etməklə əsaslandırmışdır. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidi yyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:... 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;...” 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında nəzərdə tutulmuşdur: “...

11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəa liyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.... 12. məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olm amasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13. əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gəl ən mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

17. Şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)-1507/2023 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.

18. İş materiallarından məlum olur ki, hüquqi şəxs olan iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin təmini məqsədi ilə həmin hüquqi şəxsə məxsus siyahıya alınmış avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hazırkı iş üzrə cavabdeh MMC-yə müraciət olunmuş və hüquqi şəxs olan cavabdeh MMC tərəfindən iddiaçı şirkətə məxsus avtonəqliyyat vasitəsi qiymətləndirilmişdir.

19. Hazırkı mübahisə də, hüquqi şəxslər olan iddiaçı və cavabdeh arasında iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin təmin olunması prosesi üzrə iddiaçının ona məxsus əmlakın qiymətləndirmə rəyi ilə razı olmamasından irəli gəlmişdir.

20. MPM-in 24.2-ci maddəsinin tələbindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

21. MPM-in 25.2 və 26.2-ci maddələrinin və Plenum Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqelərin əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, mübahisə tərəfləri arasındakı hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

22. Beləliklə, hazırkı iş üzrə iddiaçı və cavabdehlərdən biri hüquqi şəxs olmaqla, mübahisə də iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsinin təmini məqsədi ilə siyahıya alınmış əmlakının cavabdeh hüquqi şəxs tərəfindən qiymətləndirilməsinin nəticələri ilə bağlı olmuşdur. Beləliklə, iş üzrə tərəflərin subyektiv tərkibi və hüqiqi münasibətlərin xarakteri nəzərə alındıqda Gəncə Kommersiya Məhkəməsinin hazırkı işə kommersiya məhkəməsində baxılmalı olmamasına dair gəldiyi nəticənin düzgün olmadığı müə yyən edilir.

23. Bununla yanaşı, kommersiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlsə də, tərəfə müvafiq olaraq hansı məhkəməyə müraciət etməli olmasına dair hüququnun izah edilməsi də işdən müəyyən olunmur.

24. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh hüquqi şəxs olduqlarından, mübahisə iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə mübahisənin predmeti də hüquqi şəxsə məxsus siyahıya alınmış əmlak olduğundan hazırkı işə kommersiya məhkəməsində baxıla bilməməsinə dair nəticə qanuni və əsaslı sayıla bilməz.

25. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalı, Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli e-22(115)-1507/2023 saylı qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

26. Şərh olunanlara və MPM-in 14, 24, 25, 26, 31 və 403-1.8.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 25 sentyabr tarixli, e-2-2(115)-1507/2023 saylı qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar