Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-886/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə yazılı icraat qaydasında baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Ağdam Rayon Məhkəməsindəki icra at
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) avtomobil satışına görə əqdlər arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 9 840 manat, real olaraq təmir üçün çəkilmiş xərc olan 1 987,84 manat və inzibati xəta tənbehi üzrə cərimələr üzrə 157 manat olmaqla cəmi 11 984,84 manat və ödənilmiş dövlət rüsumunun tutularaq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ağdam Rayon Məhkəməsinin 2025-ci il 19 noyabr tarixli 2(013)-2780/2025 nömrəli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – M.Niftəliyev).
3. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı MMC, cavabdeh isə fiziki şəxs olmaqla hər ikisinin adına VÖEN mövcuddur və onlar sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə yaranmışdır.
4. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 25.1, 26.1 və 32.4-32.7-ci maddələrinə istinadla əsaslandırmışdır. 5. eləcə də Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 13, 23 və 24-cü bəndlərinə istinadla əsaslandırmışdır. b) Gəncə Kommersiya Məhkəməsindəki icraat
6. Gəncə Kommersiya Məhkəməsinin 2025-ci il 8 dekabr tarixli e-2-2(115)-3013/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Qələndərzadə).
7. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi cavabdeh avtomobili şəxsi istifadəsi üçün almışdır. İddiaçı hüquqi şəxs olmaqla həmin avtomobili gəlir əldə etmək üçün cavabdehə nisyə alqı-satqı müqaviləsinə əsasən satmışdır. Cavabdeh isə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınaraq VÖEN-ə malik olsa da, onun sözügedən avtomobili məhz sahibkarlıq məqsədilə əldə etməsi müəyyən olunmur. Tərəflərin hər ikisinin VÖEN-nin olma sına baxmayaraq hazırkı mübahisə də yalnız o vaxt kommersiya mübahisəsi kimi qiymətləndirilə bilər ki, 2024-cü il 31 yanvar tarixli alqı-satqı müqaviləsinin bağlanması məhz tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsun. Belə bağlılıq olmadıqda isə işə ümumi məhkəmədə baxılmalıdır.
8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə hüquq münasibətlərinin xarakteri baxımından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir və işin kommersiya məhkəməsində baxılması istisna edilir.
9. Məhkəmə öz mövqeyini MPM-in 24.2, 25.1, 26.1, 31.1 və 32.7-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məh kəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 10-13-cü bəndlərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarına istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıda kılar nəzərdə tutulur: “... 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibka rlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi v ə ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəfl ərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquq larının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir....”
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir...” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan m übahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi hər iki birinci instansiya məhkəməsinin mövqeyini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir.
13. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövc ud olmalıdır.
14. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
15. Həmçinin Plenum qərarının 12-ci bəndində də qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblər dən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
16. Hazırkı iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh avtomobili şəxsi istifadəsi üçün almışdır. İddiaçı hüquqi şəxs olmaqla həmin avtomobili gəlir əldə etmək üçün cavabdehə nisyə alqı-satqı müqaviləsinə əsasən satmışdır. Cavabdeh isə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınaraq VÖEN-ə malik olsa da, onun həmin avtomobili məhz sahibkarlıq məqsədilə əldə e tməsi müəyyən olunmur və bunun əksini təsdiqləyən hər hansı sübut da iş materiallarında mövcud deyil. Tərəflərin hər ikisinin VÖEN-nin olmasına baxmayaraq hazırkı mübahisə yalnız o vaxt kommersiya mübahisəsi kimi qiymətləndirilə bilər ki, 2024-cü il 31 yanvar tarixli alqı-satqı müqaviləsinin bağlanması məhz tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsun. Belə bağlılıq olmadıqda isə işə ümumi məhkəmədə baxılmalıdır.
17. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildi