Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1100/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı Nümayəndə Cavabdeh Rafail oğluna qarşı “əşyaların qaytarılması” tələbi barədə ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nümayəndə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əşyaların qaytarılması, icarə haqqı, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı idia üzrə cavabdehin nümayəndəsi/vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Nümayəndə Cavabdeh Rafail oğluna qarşı “əşyaların qaytarılması” tələbi barədə ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nümayəndə qarşı “pul” tələbinə dair ərizələri üzrə kommersiya mübahisələrinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Nümayəndə iddia ərizəsi ilə cavabdehə müraciət edərək, Cavabdeh 1 (bir) ədəd “Shivaki” markalı su qızdırıcı, 1 (bir) ədəd yumru stol və ətrafında 4 (dörd) ədəd stul, mətbəx şkafı 1 (bir) dəst alt hissəli, 1 (bir) ədəd çay dəmi üçün dəmir elekton yumru çaynik, 1 (bir) ədəd mini soyuducu, 1 (bir) ədəd “Panasonic” mikrodalğalı soba, 6 (altı) ədəd bərbərlik üçün nəzərdə tutulmuş kürsü (kresol), 6 (altı) dəst bərbərlik üçün nəzərdə tutulmuş mebel, 1 (bir) ədəd “elektroluks” markalı kondisioner, 1 (bir) ədəd “Samsung” markalı qara rəngli televizor, 4 (dörd) ədəd kamera dəsti, 1 (bir) ədəd kamera quraşdırılması üçün yaddaş avadanlığı, 1 (bir) ədəd kassa aparatı, 1 (bir) dəst saç yumaq üçün kürsü (kreslo) və 1 (bir) dəst santexnik avadanlığının alınaraq iddiaçı Nümayəndə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə birlikdə sahibkarlıq niyyəti ilə ona məxsus olan ünvan 1 ünvanında bərbər fəaliyyəti niyyəti ilə əməkdaşlıq etmişdir. Göstərilən ünvanda bərbər fəaliyyəti üçün bütün lazımi avadanlıqlar tərəfindən alınmış və həmin ünvana yerləşdirilmişdir. Bir müddət sonra cavabdeh ilə aralarında mübahisə yaranmış və onu fəaliyyətdə olduğu ünvandan çıxarmış və aldığı əşyaları isə verməkdən imtina etmişdir. Belə ki, 1 (bir) ədəd “Shivaki” markalı su qızdırıcı, 1 (bir) ədəd yumru stol və ətrafında 4 (dörd) ədəd stul, mətbəx şkafı 1 (bir) dəst alt hissəli, 1 (bir) ədəd çay dəmi üçün dəmir elekton yumru çaynik, 1 (bir) ədəd mini soyuducu, 1 (bir) ədəd “Panasonic” mikrodalğalı soba, 6 (altı) ədəd bərbərlik üçün nəzərdə tutulmuş kürsü (kresol), 6 (altı) dəst bərbərlik üçün nəzərdə tutulmuş mebel, 1 (bir) ədəd “elektroluks” markalı kondisioner, 1 (bir) ədəd “Samsung” markalı qara rəngli televizor, 4 (dörd) ədəd kamera dəsti, 1 (bir) ədəd kamera quraşdırılması üçün yaddaş avadanlığı, 1 (bir) ədəd kassa aparatı, 1 (bir) dəst saç yumaq üçün kürsü (kreslo) və 1 (bir) dəst santexnik avadanlığı hazırda cavabdehdədir və onların qaytarılmasından imtina edir.
3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8 ay ərzində ödəmədiyi 4000 manat icarə haqqını, tərəfindən vergiyə ödədiyi 950 manatın, X2 ödədiyi 800 manatın, reklam çıxarılması üçün xərclədiyi 120 manatın, qarşılıqlı iddia ərizəsinə ödədiyi 78,7 manat dövlət rüsumunun, ümumilikdə 5948,7 manat pul vəsaitinin cavabdeh Nümayəndə alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında Nümayəndə ona bildirdi ki, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında 2-ci mərtəbədə yerləşən 56 kv.m sahəsi olan bərbərxananı birlikdə işlədsinlər. Həmin ərəfələrdə obyekti 1.000 manata icarəyə vermək fikrində idi. Elman ona, özünə məxsus 4.000 manat dəyərində olan bərbərxana mebellərini, əvvəllər işlədiyi obyektdən söküb onunm obyektinə quraşdırılacağını və həmin mebelin alınmasına təxminən xərcləndiyini və onu da mebellərinə şərik edə biləcəyini bildirmişdir. Bundan sonra Elman öz şərtlərini irəli sürərək, 1000 manat icarə haqqının yarısı onun tərəfindən, qalan 500 manat icarə pulu isə onun tərəfindən qarşılanacağını və bununla yanaşı komunal və digər xərclərin yarısı onun tərəfindən, digər yarısı isə onun tərəfindən ödəniləcəyini, həmçinin mebellərinə şərik etdiyi üçün ilk 4 ay (aprel-iyul) ərzində icarə haqqını ödəməyəcəyini, lakin 4 ay keçdikdən sonra, hər ay tərəfindən 500 manat icarə haqqı ödəyəcəyi öhdəçiliyini bildirmişdir. Onun bu təkliflərinə icarə haqqının hesablanmasının 2023-cü ilin aprel ayından başlanılması şərti ilə razılıq verilmiş və onunla razılaşmışdır. Beləliklə hər iki tərəf fəaliyyətə başlamağa qərara almış və işə başlamışlar. Əlavə olaraq obyekt tam təmirli olduğu üçün əlavə heç bir təmir işlərinə ehtiyac olmadığına görə şəkillərini çəkmiş və ona göstərmişdir. Beləliklə, Elman mebelləri gətirdi, mebeli və santexnika sistemə quraşdırıldı. Obyektin VÖEN-i adına olduğu üçün aylıq vergi və kassa xərclərini ödəmiş, lakin ödənilmiş pulunun yarısı Elman tərəfindən ona qaytarmalı idi. Çöl hissədə qurulmalı reklam lövhəsini onun tərəfindən quraşdırılmasına baxmayaraq xərclərini o çəkmişdir, lakin həmin pulun yarısını da Elman ona ödəməli idi. Sonda, yəni 2023-cü ilin noyabr ayının axırlarında Nümayəndə ona şəriklikdən çıxmaq istədiyini bildirmişdir. İddiaçı isə obyektin 8 ay ərzində istifadə edərək, müştərilərdən qazandığın pulları özünə xərclədiyini və bunun müqabilində onun tərəfindən yığılıb qalmış 4000 manat icarə haqqı borcunun ödənilməsini, həmçinin vergiyə 850 manat və reklama çəkilmiş xərclərin ödənilməsi öhdəçiliklərinin olduğunu bildirmişdir. Anlaşmaya əsasən, mebellərin yarısı onsuz da ona məxsus idi. Beləliklə, Elman ona, ümumi borcundan 1700 manat mebellərə şərik olmağına görə çıxılmasını və qalan 2300 manat icarə haqqını ödəyəcəyi vədini vermişdir. Lakin o, həmin borc məbləğini ona ödəməmişdir. Elmana dəfələrlə öhdəliklərini yerinə yetirməsi barədə xəbərdar etməsinə baxmayaraq, o, hər dəfə müəyyən bəhanələr gətirərək, borcunu ödəməkdən yayınmışdır. Nümayəndə etibaran sui-istifadə edərək onu aldatmışdır. Ödəməli olduğu borc vəsaitini ödəmədən, müştərilərdən qazanılmış nəfi mənimsəyərək özünə xərcləyib.
5. İlkin iddia üzrə iddiaçının nümayəndəsinin qarşılıqlı iddia ərizəsinə olan etirazı onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinə əsasən Cavabdeh 5948,70 manat pulun Nümayəndə tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsinin təsviri hissəsində Nümayəndə icarə haqqı və digər xərcləri tələb edir. Halbuki tərəflərin arasında razılaşma olmamışdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, Cavabdeh 5948,70 manat pulun Nümayəndə tutularaq ona ödənilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia ərizəsinə etiraz edərək rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini xahiş etdi. Əlavə olaraq iclaslarda bildirdi ki, Elman Nizami rayonunda bir obyekt icarəyə götürmüşdür. İcarə haqqı qaldırıldığı üçün Elman ordan çıxası oldu. Ona məxsus bir obyekti var idi. Elman dəfələrlə ona müraciət etdi ki, oranı bərbərxana kimi şərikli işlətsinlər. O, əvvəl həmin obyekti icarəyə götürməsini təklif etdi, lakin o, icarə haqqını ödəməyə imkanı olmadığını bildirdi və şərik kimi birlikdə işləməyi bildirdi. Razılıq oldu ki, hər ay 500 manat onun və 500 manat iddiaçı tərəfindən qarşılanacaq, şərikinə iş görüləcək. Elman 1-2 ay işlədi, gördüm ödəniş edə bilmir. Sonra ondan xahiş etdi ki, borcun qaytarılması üçün ona bir az vaxt versin, lakin 4 ay keçməsinə baxmayaraq pulu qaytarmadı. Sonradan ona dedi ki, malların yarısını ona verir, gəl şərikliyi davam edək, o, bundan sonra 500 manat icarəni ona ödəyəcək. Artıq 8-9 ay keçmişdir, o, Moskvada idi, Elmana zəng edib bildirdi ki, belə davam edə bilməz, ya ödənişi et, ya da obyektdən çıxmalıdır. Çünki, obyektin yiyəsi ola-ola 8 ay müddətində heç bir gəlir ordan götürməyib. Elmana zəng edib bildirdi ki, gəlsin haqq-hesab etsin və əşları götürüb getsin. Lakin o gəlib pulu ödəyəcəyini, əşyaları qoymağa yerinin olmadığını bildirdi. Bəli, ilkin iddia ərizəsində göstərilən bütün əşyalar onun obyektindədir və həmin əşyaları Nümayəndə ora gətirib.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə iş üzrə tələb olunan 1 ədəd Shivaki markalı su qızdırıcı, 1 ədəd işlənmiş yumru stol və stulları, 1 ədəd işlənmiş Hasanoğlu markalı elektron çaynik, 1ədəd mini soyuducu, 1 ədəd köhnə mikrodalğalı soba, 6 ədəd bərbərlik üçün kreslo, 6 ədəd işlənmiş vitrin mebeli, 1 ədəd Electrolux markalı xarab kondisoner, 1 ədəd işlənmiş televizor, 4 ədəd işlənmiş kamera, 1 ədəd kamera yaddaş avadanlığı, 1 dəst saç yumaq üçün kreslo, 1 dəst santexnik avadanlığı (bərbərlik üçün istifadə olunan su turbaları) və 1 dəst kassa aparatı əşyaların mövcud olduğunu bildirmişdir.
9. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia ərizəsi rədd olunmalıdır. Və ilkin və qarşılıqlı iddia ərizələrini birlikdə qiymətləndirərək aşağıdakıları qeyd edir.
10. Belə ki, məhkəmə araşdırılması zamanı tərəflərin verdiyi izahatlardan müəyyən edildi ki, iddiaçı ilə cavabdeh birlikdə cavabdehə məxsus qeyri-yaşayış ünvanında sahibkarlıq fəaliyyətinin (bərbərlik) həyata keçirilməsi üçün əməkdaşlıq etmişlər. Göstərilən ünvanda bərbər fəaliyyəti üçün bütün lazımi avadanlıqlar iddiaçı tərəfindən alınmış və həmin ünvana yerləşdirilmişdir (ilkin iddia ərizəsində göstərilən əşyaların iddiaçıya məxsus olması və hələ də cavabdehə məxsus ünvanda qalması işin mübahisə edilməyən halıdır). Lakin, tərəflər arasında mübahisə yarandığı üçün əməkdaşlıq davam edə bilməyib və cavabdeh ona məxsus olan qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb edib. İddiaçı həmin əşyalarını götürmək istəyəndə cavabdeh maneə olaraq bildirib ki, “iddiaçının cavabdehə 4000 manat icarə haqqı borcu, həmçinin vergiyə 850 manat və reklama çəkilmiş xərcləri var, onları ödəməlidir. Anlaşmaya əsasən, mebellərin yarısı onsuz da ona məxsus idi. Elman ona, ümumi borcundan 1700 manat mebellərə şərik olmağına görə çıxılmasını və qalan 2300 manat icarə haqqını ödəyəcəyi vədini vermişdir. Lakin o, həmin borc məbləğini ona ödəməmişdir”.
11. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı bildirsə də ki, tərəflərin razılığına əsasən iddiaçı ona aylıq məhz 500 manat icarə haqqı, vergi ödənişlərini, reklam xərclərini ödəməli idi, lakin buna dair hər hansı sübutu (icarə müqaviləsi, əvvəlki dövr üçün ödəniş sənədi, tərəflər arasında olan danışıqlıqlara dair sübutu və s.) təqdim edə bilməmişdir.
12. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.
13. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.
14. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır.
15. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2).
16. Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir.
17. Hazırkı iş üzrə, yuxarıda qeyd edildiyi kimi, ilkin iddia ərizəsində göstərilən əşyaların mövcüdluğu, iddiaçıya məxsus olması (cavabdehin qeyri-yaşayış sahəsinə məhz iddiaçı tərəfindən gətirilməsi), əşyaların hələ də cavabdehdə olması işin mübahisə edilməyən halıdır. (Məhkəmənin ilkin iddia üzrə cavabdehə dəfələrcə verdiyi sualına cavab olaraq cavabdeh həmin halları təsdiq və etiraf etmişdir).
18. Sübut edilməli dördüncü hala (tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir) gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin “iddiaçının ona icarə haqqı və digər borclarının olması səbəbi ilə əşyaların qaytarılmaması” arqumentini məhkəmə qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh öz etirazının əsasını təşkil edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunan – sertifikatın aktivləşdirilməsi haqqında bildiriş, vergi orqanına və müvafiq fondlara edilən ödənişlərə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin ödənişlərin ilkin iddia üzrə iddiaçıya aid olması və ya bu ödənişlərin müqabilində iddiaçı tərəfindən də cavabdehə hər-hansı pul vəsaitinin ödənilməsinə dair öhdəliyinin olmasını təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, əşyaların cavabdeh tərəfindən özündə saxlamasının qanunsuz olduğu qənayətinə gəlir.
19. Beləliklə, ilkin iddia ərizəsi üzrə sübut edilməli hallar öz təsdiqini tapdığı üçün məhkəmə hesab edir ki, iddia təmin edilməli və ilkin iddia üzrə Cavabdeh Rafail oğlundan 1 (bir) ədəd “Shivaki” markalı su qızdırıcı, 1 (bir) ədəd yumru stol və ətrafında 4 (dörd) ədəd stul, mətbəx şkafı 1 (bir) dəst alt hissəli, 1 (bir) ədəd çay dəmi üçün dəmir elekton yumru çaynik, 1 (bir) ədəd mini soyuducu, 1 (bir) ədəd “Panasonic” mikrodalğalı soba, 6 (altı) ədəd bərbərlik üçün nəzərdə tutulmuş kürsü (kresol), 6 (altı) dəst bərbərlik üçün nəzərdə tutulmuş mebel, 1 (bir) ədəd “elektroluks” markalı kondisioner, 1 (bir) ədəd “Samsung” markalı qara rəngli televizor, 4 (dörd) ədəd kamera dəsti, 1 (bir) ədəd kamera quraşdırılması üçün yaddaş avadanlığı, 1 (bir) ədəd kassa aparatı, 1 (bir) dəst saç yumaq üçün kürsü (kreslo) və 1 (bir) dəst santexnik avadanlığı alınaraq ilkin iddia üzrə iddiaçı Nümayəndə qaytarılmalıdır.
20. Qarşılıqlı iddia ərizəsinin hüquqi əsasını Azərbacan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
21. Lakin, qarşılıqlı iddia üzrə iddiaçı tərəflər arasında birgə əməkdaşlıq deyil, məhz icarə münasibətlərinin mövcudluğunu və icarə haqqının 500 manat olmasını, çəkilmiş xərclərin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməli olmasını sübuta yetirə bilməmişdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
23. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsasız olduğu üçün rədd edilməli.
26. Məhkəmə xərclərinə gəldikdə isə məhkəmə qeyd edir ki, ilki iddia üzrə 100 manat, qarşılıqlı iddia üzrə 78,70 maat dövlət rüsumu xərcləri ödənilmişdir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edildiyi üçün 100 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehə, qarşılıqlı iddia ərizəsi rədd edildiyi üçün qarşılıqlı iddia üzrə ödənilmiş rüsum qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
29. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia ərizəsi təmin edilsin. İlki iddia üzrə Cavabdeh Rafail oğlundan 1 (bir) ədəd “Shivaki” markalı su qızdırıcı, 1 (bir) ədəd yumru stol və ətrafında 4 (dörd) ədəd stul, mətbəx şkafı 1 (bir) dəst alt hissəli, 1 (bir) ədəd çay dəmi üçün dəmir elekton yumru çaynik, 1 (bir) ədəd mini soyuducu, 1 (bir) ədəd “Panasonic” mikrodalğalı soba, 6 (altı) ədəd bərbərlik üçün nəzərdə tutulmuş kürsü (kresol), 6 (altı) dəst bərbərlik üçün nəzərdə tutulmuş mebel, 1 (bir) ədəd “elektroluks” markalı kondisioner, 1 (bir) ədəd “Samsung” markalı qara rəngli televizor, 4 (dörd) ədəd kamera dəsti, 1 (bir) ədəd kamera quraşdırılması üçün yaddaş avadanlığı, 1 (bir) ədəd kassa aparatı, 1 (bir) dəst saç yumaq üçün kürsü (kreslo) və 1 (bir) dəst santexnik avadanlığı alınaraq ilkin iddia üzrə iddiaçı Nümayəndə qaytarılsın. İlkin iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilki iddia üzrə Cavabdeh Rafail oğlundan tutularaq iddiaçı Nümayəndə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nümayəndə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia veriləəəəərkən ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova