Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1171/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçı “” trestinin Cavabdeh MMC-yə qarşı avadanlıqların geri qaytarılması və ya əvəzinin ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “” trestinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “” tresti Cavabdeh MMC-yə qarşı cavabdeh tərəfindən qanunsuz saxlanılmış 5 ədəd hidrogenişləndiricinin 2806573,14 AZN məbləğində əvəzinin və həmçinin həmin avadanlıqların qanunsuz saxlanması ilə bağlı dəymiş 517566,9 ABŞ dolları miqdarında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və “” trestindən vurulmuş zərərin əvəzi kimi 505940 ABŞ dolları və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Trestin ilkin iddiası üzrə, Cavabdeh öhdəsinə götürür ki, xx.xx.2019-cu il tarixdə təmir olunması üçün Trest tərəfindən Cavabdehin təmir bazasına təhvil verilmiş 5 ədəd hidrogenişləndiricini (3 ədəd 8000XS Rhino Reamer və 2 ədəd 11625 XS Rhino Reamer tipli) bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 10 iş günü ərzində Trestə geri qaytarır.
2. Cavabdehin qarşılıqlı iddiası üzrə, Trest öhdəsinə götürür ki, xx.xx.2020-ci il tarixdə Trestin Bulla 122 anbarına təhvil verilmiş OSC110332A seriya nömrəli hidrogenişləndirici və açar dəstini, Rhino 8000 Reamer tipli RR8001 seriya nömrəli hidrogenişləndiricini, BM2065 seriya nömrəli stabilləşdiricini, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqları bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 10 iş günü ərzində Cavabdehə geri qaytarır.
3. Trest bəyan edir ki, Cavabdehə qarşı “qanunsuz saxlanılan 5 ədəd hidrogenişləndiricinin 2.806.573,14 manat məbləğində əvəzinin və həmin avadanlıqların qanunsuz saxlanılması ilə bağlı dəymiş 517.566,9 ABŞ dolları məbləğində zərərin ödənilməsi” tələbinə dair ilkin iddiasından imtina edir və gələcəkdə də bu məsələ ilə bağlı hər hansı iddiası olmayacaqdır.
4. Cavabdeh bəyan edir ki, Trestə qarşı dair “2 ədəd hidrogenişləndiricinin və digər avadanlıqların qanunsuz saxlanılması ilə bağlı vurulmuş zərərin əvəzi kimi 505.940 ABŞ dolları və ödənilmiş dövlət rüsümuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması” tələbinə dair qarşılıqlı iddiasından imtina edir və gələcəkdə də bu məsələ ilə bağlı hər hansı iddiası olmayacaqdır.
5. Tərəflər öhdələrinə götürürlər ki, bu Sazişin 1-ci və 2-ci bəndlərində göstərilən öhdəliklərinin yerinə yetiriləcəyi təqdirdə aralarındakı hazırkı mübahisə ilə əlaqədar birbiriləmə qarşı heç bir şikayətləri, pretenziyaları və iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır.
6. Tərəflərdən hər hansı birinin bu Sazişin 1-ci və 2-ci bəndlərində qeyd olunan müvafiq öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi digər Tərəfin bu Sazişin məcburi qaydada icrasını tələb etməsi üçün əsasdır.
7. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə, 2 (iki) vərəqədən ibarət tərtib olunub imzalanmışdır, Tərəflərin hər birində bir nüsxədə saxlanılır, bir nüsxəsi isə məhkəməyə verilir.
8. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir.
9. Bu Sazişlə bağlı bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı “” trestinin Cavabdeh MMC-yə qarşı avadanlıqların geri qaytarılması və ya əvəzinin ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh “” trestinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:
1. Trestin ilkin iddiası üzrə, Cavabdeh öhdəsinə götürür ki, xx.xx.2019-cu il tarixdə təmir olunması üçün Trest tərəfindən Cavabdehin təmir bazasına təhvil verilmiş 5 ədəd hidrogenişləndiricini (3 ədəd 8000XS Rhino Reamer və 2 ədəd 11625 XS Rhino Reamer tipli) bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 10 iş günü ərzində Trestə geri qaytarır.
2. Cavabdehin qarşılıqlı iddiası üzrə, Trest öhdəsinə götürür ki, xx.xx.2020-ci il tarixdə Trestin Bulla 122 anbarına təhvil verilmiş OSC110332A seriya nömrəli hidrogenişləndirici və açar dəstini, Rhino 8000 Reamer tipli RR8001 seriya nömrəli hidrogenişləndiricini, BM2065 seriya nömrəli stabilləşdiricini, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqları bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 10 iş günü ərzində Cavabdehə geri qaytarır.
3. Trest bəyan edir ki, Cavabdehə qarşı “qanunsuz saxlanılan 5 ədəd hidrogenişləndiricinin 2.806.573,14 manat məbləğində əvəzinin və həmin avadanlıqların qanunsuz saxlanılması ilə bağlı dəymiş 517.566,9 ABŞ dolları məbləğində zərərin ödənilməsi” tələbinə dair ilkin iddiasından imtina edir və gələcəkdə də bu məsələ ilə bağlı hər hansı iddiası olmayacaqdır.
4. Cavabdeh bəyan edir ki, Trestə qarşı dair “2 ədəd hidrogenişləndiricinin və digər avadanlıqların qanunsuz saxlanılması ilə bağlı vurulmuş zərərin əvəzi kimi 505.940 ABŞ dolları və ödənilmiş dövlət rüsümuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması” tələbinə dair qarşılıqlı iddiasından imtina edir və gələcəkdə də bu məsələ ilə bağlı hər hansı iddiası olmayacaqdır.
5. Tərəflər öhdələrinə götürürlər ki, bu Sazişin 1-ci və 2-ci bəndlərində göstərilən öhdəliklərinin yerinə yetiriləcəyi təqdirdə aralarındakı hazırkı mübahisə ilə əlaqədar birbiriləmə qarşı heç bir şikayətləri, pretenziyaları və iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır.
6. Tərəflərdən hər hansı birinin bu Sazişin 1-ci və 2-ci bəndlərində qeyd olunan müvafiq öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi digər Tərəfin bu Sazişin məcburi qaydada icrasını tələb etməsi üçün əsasdır.
7. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə, 2 (iki) vərəqədən ibarət tərtib olunub imzalanmışdır, Tərəflərin hər birində bir nüsxədə saxlanılır, bir nüsxəsi isə məhkəməyə verilir.
8. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək qüvvədədir.
9. Bu Sazişlə bağlı bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova