Məhkəmə qərarları › İş №e-2-2(113)-12/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-12/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-12/2023 27.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı QSC BOKT, Cavabdeh1 MMC və Bakı şəhər 29 saylı Notariat Ofisinə qarşı əqdlərin etibarsız sayılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC BOKT cavabdeh "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 768019,30 avro (əsas borc 563589,20 avro; faiz borcu 204430,10 avro) kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun “Aqrarkredit" BOKT QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,7143 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, borcun qalan məbləğinin cavabdehə məxsus olan daşınar və daşınmaz əmlaklara (o cümlədən texnika, nəqliyyat vasitələri və avadanlıqlara) yönəldilməsi, həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, “Aqrarkredit" BOKT QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanların üzərinə “Aqrarkredit" QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, 23 oktyabr 2018-ci il tarixli İddiaçı QSC BOKT, etibarnamə ilə Cavabdeh2 əvəzinə və Cavabdeh1 MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhər 29 saylı Notariat Kontorunda verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin ipoteka qoyulması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, 23 oktyabr 2018-ci il tarixli İddiaçı QSC, etibarnamə ilə Cavabdeh2 əvəzinə və Cavabdeh1 MMC arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhər 29 saylı Notariat Kontorunda verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin ipoteka qoyulması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, borc tam şəkildə ödənildiyindən iddia tələbindən imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 iddiadan imtina barədə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi, həmçinin xitamın nəticələrinin onlara aydın olduğunu bildirdi. İlkin iddia üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələbindən imtina etdiklərini və iddia tələbindən imtinaya dair hüquqi nəticələrin onlara aydın olduğunu bildirmişdir. Məhkəmə işə ilkin iddia üzrə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların iddia tələblərindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İlkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı QSC BOKT, Cavabdeh1 MMC və Bakı şəhər 29 saylı Notariat Ofisinə qarşı əqdlərin etibarsız sayılması tələbinə dair iddiadan ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının imtinası qəbul edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. İlkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar