Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1269/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçı nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı cərimənin silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “ANTRİKOT” restoranına dair Cavabdeh ASC tərəfindən tərtib edilmiş 007540 saylı 18 may 2023-cü il tarixli aktın ləğv edilməsi və hesablanmış 4104 (dörd min yüz dörd) manat pulməbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “ANTRİKOT” restoranına dair, Cavabdeh ASC tərəfindən tərtib edilmiş 007540 saylı 18 may 2023-cü il tarixli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat pul məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mən İddiaçı mülkiyyətindədir. Həmin ünvanda mənə məxsus “ANTRİKOT” restoranı fəaliyyət göstərir. Nəzərinizə çatdırım ki, həmin restoran fəaliyyətə başladığı dövrdən bügünədək, restorana görə hesablanmış kommunal ödənişlərini (qaz, su, işıq və sair) vaxtı-vaxtında ödəmişəm və bununla bağlı hər-hansı bir problem yaranmamışdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 18 may 2023-cü il tarixdə mənə məxsus ünvan 1 ünvanında yerləşən “ANTRİKOT” restoranında su sayğacına baxış keçirilmiş, sudan qeyri-qanuni olaraq kənar xəttdən istifadə edilməsinə görə 007540 saylıakt tərtib edilmiş və cəmi 4104 (dörd min yüz dörd) manat pulməbləğində cərimə hesablanmışdır. Bildirim ki, mənə məxsus “ANTRİKOT” resoranı artıq uzun müddətdir ki, fəaliyyət göstərir, bu müddət ərzində mən su sayğacından düzgün istifadə etmişəm, su sayğacına hər-hansı bir müdaxilə etməmişəm, yəni bügünədək Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qoşulmuş su sayğacına müdaxilə etmədən, kənar xətt qoşmadan istifadə etmişəm. Həmçinin, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən dəfələrlə sözügedən obyektin su sayğacına baxış keçirilmiş və hər-hansı bir pozuntu aşkar edilməmişdir, lakin sonuncu dəfə keçirilmiş yoxlamada pozuntu aşkar olunması mənə müəmmalı qalmışdır. Nəzərinizə çatdırım ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlama barədə cavabdeh mənə məlumat verməmiş, bununla bağlı mənə hər-hansı bir bildiriş təqdim edilməmiş, mənim iştirakım olmadan su sayğacın baxış keçirilmiş, tərtib edilmiş akta dair mənim etirazlarımın olunolmaması müəyyən edilməmiş, bununla bağlı aktda hər-hansı bir qeyd aparılmamışdır. Bildirim ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda mənə məxsus sözügedən restoranda ofisiant vəzifəsində işləyən şəxsin, mənim nümayəndəm olduğu göstərilmiş, halbuki həmin şəxs mənim səlahiyyətli nümayəndəm deyil, bundan əlavə onun həmin yoxlamada iştirakı təmin edilməmiş, yalnız yoxlama keçirildikdən və akt tərib edildikdən sonra ona həmin aktı imzalayaraq,aktı qəbuletməsi bildirilmişdir. Həmin aktda da, göründüyü kimi, ofisiant cavabdeh tərəfindən keçirilmiş yoxlamaya dair tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir, buna səbəb isə həmin yoxlamanın qeyri-qanuni formada keçirilməsi olmuşdur. Beləliklə, Cavabdeh ASC tamamilə qanunsuz yoxlama keçirmiş, mənə məxsus obyektdə mənim iştirakımı təmin etmədən, yəni bu barədə ən azından bildiriş göndərmədən, obyektin su sayğacına yalnız əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bu səbəbdən, mən Cavabdeh ASC-nə ərizə ilə müraciət edərək, mənə məxsus “ANTRİKOT” restoranında cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın qanunsuz olduğundan, tərtib edilmiş aktın ləğv edilməsini xahiş etdim. Cavabdeh ASC Səbail rayonu Sukanal İdarəsinin 13-16-5-8/2-Ş-2/4- 34/577/2023 saylı 10 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, mənə məxsus “Antrikot” restoranının su təchizatına Cavabdeh ASC-nin əməkdaşları Camallı Səbuhi və Əliyev İbrahim tərəfindən keçirilən baxış zamanı sayğacdan keçməyən d=20 mm-lik boru aşkarlandığı və video çəkilişlə həmin qeyri-qanuni xətt qeydə alındığı göstərilmişdir. Lakin, həmin aktda Cavabdeh ASC-nin mühəndisləri Quluzadə İbrahim və Quliyev Əhmədxan imzamışlar, Əliyev İbrahim və Camallı Səbuhi tərəfindən akt imzalanmamışdır, bu isə aktın yoxlama qaydalarının pozulması ilə tərtib edilməsini təsdiq edir. Həmçinin aşkarlanmış pozuntu barədə video çəkiliş mənə təqdim edilməmişdir, bundan əlavə video çəkilişin aparılması həmin yoxlamanın qanuni olaraq aparılması anlamına gəlmir, yoxlayıcı orqanlar tərəfindən aparılan yoxlamalarda sahibkarın iştirakının təmin edilməsi üçün bildirişlərin göndərilməsizəruridir. Göründüyü kimi, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən mənə məxsus ünvan 1 ünvanında yerləşən “ANTRİKOT” restoranına dair su təchizatının kəsilməsi barədə 007540 saylı 18 may 2023-cü il tarixli akt tamamilə qanunsuz və əsassız olduğundan, həmin aktın ləğv edilməsi və bununla bağlı hesablanmış 4104 (dörd min yüz dörd) manat cərimənin silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Nəzərinizə çatdırım ki, artıq tərəfimdən Cavabdeh ASC-nə qarşı“aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə” dair Bakı 15 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyasında iştirak etməsi barədətəklif göndərilmişdir. Lakin, Bakı 15 saylı Mediasiya Təşkilatının M-1277 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından da göründüyü kimi, Cavabdeh ASC ilkinmediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə iddiaçı və cavabdeh arasında olan nikahın pozulması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-2, 20, 31 və 32-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Azərsu ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmiş və 4104 manat dəymiz ziyan məbləği müəyyən edilməsi barədə akt tərtib edilmişdir. Obyektə baxış keçirilməsi yoxlama xarakterli olmuş, həmin yoxlama dövlət reyestrində qeydiyyata alınmışdır. İddia əsasız olduğu üçün rədd edilməsini xahiş edir. İşdən göründüyü kimi iddiaçı cavabdeh ASC tərəfidən qeyri-yaşayış sahəsində aparılan yoxlama zamanı tərtib olunmuş inventar akta görə dəymiş zərər kimi hesablanmış borcu məhkəmədə mübahisələndirmişdir. Tədqiq olunan sübutlar Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007540 saylı xx.xx.2023cü il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən obyektin (restoran) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində restoranda d=20mm-lik su xəttindən qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu və əlavə xəttin tərəflərindən kəsilərək ləğv edildiyi, həmçinin Məmmədov Mehman tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur. (007540 saylı xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış) qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 20 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay (360 gün) götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı (2052 m3) 4104 manat məbləğində borc hesablanmışdır Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə 4104 (2052 manat və 2052 manat) manat borc hesablanmışdır. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, 13-16-5-8/2-Ş-214-34/577/2023 saylı müraciətə baxılması haqqında məktubunda qeyd olunmuşdur ki, Azərsu ASC-nin X3 idarəsinin mühəndisləri Əliyev İbrahim və Camallı Səbuhi tərəfindən İddiaçı aid olan “Antrikot” restoranının su təchizatı sisteminə baxış keçirilən zamaı sayğacdan keçməyən d=20 mm-lik boru aşkarlanmış və video çəkilişlə həmin qeyri-qanuni xətt qeydə alınmışdır. Video çəkilişə əsasən Səbail rayon Sukanal idarəsinin Sukanal sistemlərinin təhlili şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 007540 saylı akt tərtib olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231923131 saylı çıxarışından görünür ki, Cavabdeh ASC nümayəndələri (X1 (Sukanal sistemlərinin təhlili şöbəsinin nəzarətçisi) X2 (Sukanal sistemlərinin təhlili şöbəsi)) tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2023-cü ilxx.xx.2023-cü tarixlərində yoxlama keçirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş DVD diskdə olan video görüntüdən aydın olur ki, mühəndis İbrahim Əliyev xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən obyektin (restoran) su təchizatı və kanalizasiya sisteminə baxış keçirildiyini elan edir, həmçinin sayğac nömrəsini və göstəricisini bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Məhkəmənin mövqeyi Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama nəticəsində yazılmış, lakin reyestrdə yoxlamanın xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə keçiriləcəyi qeyd edilmiş, həmçinin akt xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə sahibkar Qızbəs Şiralıyevanın obyektində keçirilmiş yoxlama reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4104 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən “ANTRİKOT” restoranına Cavabdeh ASC tərəfindən tərtib edilmiş 007540 saylı 18 may 2023-cü il tarixli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində cərimə silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1269/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1269/2024
02.05.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver