Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1270/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-2(103)1159/2021 saylı qərardadı ilə müəyyən edilmiş 13109 (on üç min bir yüz doqquz) manat məbləğində pulun və mediatora ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 13309 (on üç min üç yüz doqquz) manat məbləğində pulun alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh2 qaytarılması, ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə imzalanmış və mağaza fəaliyyətə başlamışdır. Bu müqavilə əsasında Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli, 3M-317 reyestr nömrəli İpoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Cavabdeh2 məxsus daşınmaz əmlak xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı MMC-nin xeyrinə yüklü edilmişdir. Müstəqil ekspert tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 86000 manat müəyyən edilmiş və qeyd olunan məbləğ ipoteka müqaviləsində öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixində tərtib olunmuş qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh1 müəssisə qarşısında 13109 manat öhdəliyi yaranmışdır. İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış 13109 (on üç min bir yüz doqquz) manat əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə verilməsi, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin açıq hərracda satılmaqla 13109 (on üç min bir yüz doqquz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin alınması barədə tələbin həmin əmlaka yönəldilməsi, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərindən artıq olduqda, artıq məbləğin Cavabdeh2 qaytarılması, ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi satıldıqda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları ipoteka predmeti olan mənzili bir ay ərzində tərk etmələri, göstərilən müddət ərzində cavabdehlər könüllü olaraq mənzili tərk etmədikdə, onların məcburi qaydada mənzildən çıxarılmaları, satışdan əldə olunmuş məbləğ İddiaçı MMC-nin tələblərinin ödənilməsi üçün kifayət etmədikdə, qalan hissədə borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 13109 manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı MMC apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-2(103)1159/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2191/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, yəni tələbin ipoteka predmetinə yönləndirilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. İddiaçı MMC tərəfindən eyni tələblərlə məhkəməyə müraciət olunmuş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1448/2022 saylı qərardadı ilə iş baxılmamış saxlanmışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən cavabdehlərə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişlər təqdim olunmuşdur. Eyni zamanda müəyyən olunmuş müddət ərzində tələbinin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə elektron ərizə ilə dövlət qeydiyyat orqanına müraciət olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin cavab məktubunda qanunda nəzərdə tutulan müddət ərzində bildirişin qeydiyyata alınması öz əksini tapmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İpoteka saxlayan – İddiaçı MMC ilə ipoteka qoyan – Cavabdeh2 və borc alan – Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06 mart 2020-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə hüquq yüklü edilmiş və xx.xx.2020-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 18/38 nömrəli reyestr kitabının 7335 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı MMC tərəfindən cavabdehlərə müvafiq bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2023-cü il tarixli ərizə İddiaçı MMC tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02/33 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evi ilə bağlı tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/N 66-801/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 81000 manat, bazar dəyəri 90000 manat təşkil edir. - Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və sözügedən qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 3M-1792 reyestr nömrəli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 13109 (on üç min yüz doqquz) manat məbləğində əsas borc və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsinin İddiaçı MMC-yə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə imzalanmış və mağaza fəaliyyətə başlamışdır. İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 06 mart 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixində bağlanmış “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsi İddiaçı MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı MMC xx.xx.2019-cu il tarixli “Biznes sistemin istifadəsi və gəlirlərin bölüşdürülməsi barədə” müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər qeyd edilən müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmişlər. Ona görə də, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi, pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir (yuxarıda qeyd olunmuşdur). İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh1 13109 (on üç min bir yüz doqquz) manat məbləğində əsas borcun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğin tutulması Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəydən görünür ki, ipoteka predmeti olan, Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin likvid dəyəri 81000 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 81000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin bir hissəsini də ipoteka predmetinin boşaldılması təşkil edir. “İpoteka” haqqında Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin normaya əsaslanaraq, tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissədə də təmin edilməli, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2191/2021 saylı qətnaməsi ilə qət edilmiş Cavabdeh1 13109 (on üç min bir yüz doqquz) manat məbləğində əsas borcun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğin tutulması Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 81000 manat müəyyən edilsin. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 136,65 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0825 ha olan torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış sahəsindən çıxarılsınlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1270/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1270/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver