Məhkəmə qərarları › İş №e-2-2(113)-128/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-128/2020

14.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-128/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “xxxxxxx” ASC cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (X4 3-cü şəxs qismində cəlb edilməklə) “əmlakın qanunsuz sahiblikdən geri alınması və pul” tələbinə dair iqtisadi işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” ASC cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-dən iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 növ qeyri-yaşayış binasının cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-nin qanunsuz sahibliyindən alınması, həmin qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(009)-19/2014 saylı qətnaməsi ilə X2 İddiaçı ASC ilə bağlanmış K-4503 saylı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Qətnamənin qeyd edilən hissəsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(103)-79/2015 saylı qətnaməsi ilə qüvvədə saxlanmış, qətnamənin icrası qaydasında əmlak icra məmurunun sifarişi əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. Hərracın yekunlarına dair 18 saylı xx xxxxxx 2017-ci il tarixli ipoteka və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə həmin müqaviləyə əsasən, qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bina xx xxxx 2019-cu il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh MMC xx xxxxxx 2015-ci il tarixindən etibarən binanı onun əvvəlki mülkiyyətçisindən icarəyə götürür. Bina iddiaçının mülkiyyətinə keçdikdən sonra iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq edərək iddiaçı ilə yeni icarə müqaviləsinin bağlanılması və icarə haqlarının iddiaçıya ödənilməsini, əvvəlki mülkiyyətçi ilə cavabdeh arasında olan icarə müqaviləsinin iddiaçıya təqdim edilməsini tələb etmiş, qeyd olunanlarla əlaqədar olaraq cavabdehə pretenziya məktubu göndərmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh heç bir icarə haqqı ödəmədən binada qalmaqda davam edir. Cavabdeh köhnə mülkiyyətçiyə aylıq 40000 manat məbləğində icarə haqqı ödədiyini nəzərə alsaq, 2 ay üçün icarə haqlarının cəmi 80000 manat məbləğindədir. Məhkəmə araşdırması zamanı X4 iş üzrə müstəqil tələb irəsli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisənin predmetini xx xxxx 2019-cu il tarixindən "İddiaçı" ASC-nin mülkiyyətində olan və bankın bu hüququ X4 tərəfindən mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə yerləşən 2 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı məsələlər təşkil edir. İddiaçının tələbinin əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. Məhkəmə tərəfindən əmlak üzərinə həbs qoyulması, həmçinin əmlak barəsində mübahisələrin mövcud olması cavabdeh tərəfindən iddiaçı ilə icarə müqaviləsinin bağlanmasını və hər hansı ödənişin edilməsini qeyri-mümkün edir. İddiaçı ilk dəfə xx xxxxxxx 2017-ci il tarixli 19/11944 saylı məktubla cavabdehə müraciət edərək hərracın yekunlarına istinadən mübahisəli əmlakın onların mülkiyyətinə keçməsini bildirmiş və əmlakın icarəsi ilə bağlı danışıqların yalnız onlarla aparılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən xx xxxxxxx 2017-ci il tarixli 25451 saylı məktubla iddiaçıya bildirilmişdir ki, yarana biləcək mübahisəli vəziyyətin qarşısını almaq üçün istinad edilmiş ünvandakı daşınmaz əmlakın məhz "İddiaçı" ASC-nin mülkiyyətində olmasım təsdiq edən daşınmaz əmlak sahəsində dövlət tənzimləməsini həyata keçirən orqan tərəfindən verilmiş rəsmi sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılması mümkündür. Əlavə olaraq xx xxxxxx 2017-ci il tarixli 29794 saylı məktubla istinad edilən ünvandakı qeyri-yaşayış sahəsində Müştəri Xidmətləri ofisinin yerləşməsini, növbəti illər üçün fəaliyyətin səmərəli planlaşdırlması zərurətini və bunlardan irəli gələn əməliyyatların sağlam şəkildə icrasını təmin etmək üzrə maraqları nəzərə alaraq xx xxxxxxx 2017-ci il tarixli 25451 saylı məktubda qaldırılmış məsələlərə münasibət bildirilməsi və müvafiq sənədləri göndərməsi iddiaçıdan xahiş edilmişdir. Cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixli 29795 saylı məktubla həmçinin X3 müraciət edilmiş və icarəyə verdiyi mübahisəli sahədə Müştəri Xidmətləri ofisinin yerləşməsini, növbəti illər üçün fəaliyyətin səmərəli planlaşdırlması zərurətini və bunlardan irəli gələn əməliyyatların sağlam şəkildə icrasını təmin etmək üzrə maraqları nəzərə alaraq, son vəziyyət barədə rəsmi qaydada yazılı münasibət bildirməyi və müqavilə şərtlərininin təmin edilməsi xahiş edilmişdir. Eyni zamanda iddiaçının yazılı müraciətlərinə cavab olaraq X4 davam edən məhkəmə mübahisələri barədə onları yazılı xəbərdar etmişdir. Daha sonra iddiaçı "Cavabdeh" MMC-yə qarşı "istifadə hüququna xitam verilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması barədə" tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-2(81)- 455/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti üzrə işə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-430/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Bütün bunlardan sonra xx xxxx 2019-cu ildə iddiaçıdan daxil olmuş xx xxxx 2019-cu il tarixli 17/2240 saylı məktubla DƏDRX-dən əldə edilmiş xx xxxx 2019-cu il tarixli çıxarış cavabdehə təqdim edilmiş və iddiaçı ilə icarə müqaviləsinin bağlanması xahiş edilmişdir. Bu məktuba həmçinin cavabdeh tərəfindən mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi xahişi ifadə edilmiş xx xxxxxx 2017-ci il tarixli 29794 saylı məktub əlavə edilmişdir. Həmin müraciətə cavab olaraq xx xxxx 2019-cu il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 4706/2019 saylı qərardadından göründüyü kimi, iddianı təmin tədbiri olaraq mübahisəli əmlakın üzərinə həbs qoyulmuş, əmlakın "İddiaçı" ASC tərəfindən özgəninkiləşdirilməsi, icarəyə verilməsi, ipoteka ilə yüklü edilməsi və mülkiyyət hüquqlarından irəli gələn bütün hüquqi əməliyyatların (sənədləşmələrin) aparılması qadağan edilmişdir. Məktubla o da bildirilmişdir ki, mübahisəli daşınmaz əmlakın həmin əmlakla əqd rəsmiləşdirilməsinə mane olan üçüncü şəxslərin hüquq, tələb və etirazlarından, həmçinin hər hansı bir məhdudlaşdırmalardan (yüklülüklərdən) azad olması barədə rəsmi sənədlər təqdim edildiyi təqdirdə müraciəti yenidən qiymətləndirmək mümkündür. Göründüyü kimi, cavabdeh iddiaçı ilə icarə müqaviləsinin bağlanmasından imtina etməmiş, sadəcə bunu qeyri-mümkün edən hüquqi maneələrin mövcudluğunu onun diqqətinə çatdırmışdır. Buna cavab olaraq iddiaçının göndərdiyi xx xxxx 2019-cu il tarixli 01/2507 saylı məktubla Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-4706/2019 saylı qərardadına açıq-aşkar hörmətsizlik nümayiş etdirilərək bildirilirdi ki, əgər Azercell əmlakın əvvəlki mülkiyyətçisi ilə bağladığı icarə müqaviləsi üzrə növbəti ödənişi iddiaçıya etsə, "bu, heç bir halda tərəfimizdən əmlakın icarəyə verilməsi əməliyyatı (sənədləşməsi) hesab oluna bilməz". Həmin məktuba cavab olaraq xx xxxxxx 2019-cu il tarixli 22867 saylı məktubla icarə haqqının ümumiyyətlə hər hansı tərəfə ödənilməsi məsələsinə yalnız mübahisə barəsində hüquqi müəyyənlik tam və birmənalı şəkildə bərqərar olduqdan sonra və mübahisəli daşınmaz əmlakın üçüncü şəxslərin hüquq, tələb və etirazlarından, həmçinin hər hansı məhdudlaşmadan (yüklülükdən) azad olması şərti ilə baxılmasının doğru olacağı bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixində iddiaçıdan daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 19/2854 saylı məktubda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11294/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-4706/2019 saylı qərardadı ləğv edilmiş, əmlakın yalmz satılmasına və bağışlanılmasına qadağa qoyulması barədə yeni qərardad qəbul edilmişdir. Həmin məktubla iddiaçı ilə icarə müqaviləsinin bağlanması təklif edilmişdir. Halbuki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3958/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə də mübahisəli əmlakın üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, 2019-cu ilin iyul-sentyabr aylarında və hal-hazırda da iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsinin bağlanmasını qeyri-mümkün edən iki məhkəmə qərarı qüvvədə olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3958/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı 2019-cu ilin 23 sentyabrından indiki günədək iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsinin bağlanmasını qeyri-mümkün edir. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-1002/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3958/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Yəni tərəflər arasında icarə müqaviləsinin bağlanmasını qeyri-mümkün edən hüquqi maneə hələ də mövcuddur. Bundan savayı iddiaçı ilə əvvəlki mülkiyyətçi arasında mübahisəli daşınmaz əmlak barəsində müxtəlif, o cümldən uğurlu olacağı təqdirdə iddiaçının mülkiyyət hüququnu şübhə altına alan iddialar üzrə davam edən çoxsaylı mübahisələr mövcuddur. Lakin buna baxmayaraq, iddiaçı bundan sonra da onlara xx.xx.2019-cu il tarixli 17/2965 saylı pretenziya göndərmişdir. Pretenziyaya cavab olaraq xx.xx.2019-cu il tarixli 25155 saylı məktubla Cavabdeh MMC tərəfindən iddiaçıya bir daha bildirilmişdir ki, hüquqi müəyyənliyin bərqərar olmasında maraqlıdırlar və bunun ən qısa zamanda baş verməsini arzulayırlar. Həmçinin mübahisə zamanı icarə haqqının ödənilməsinin ləngidilməsi hüququnun də qanuni əsaslarının olması iddiaçıya bildirilmişdir. Belə ki, icarə obyekti barədə üçüncü şəxslərin hər hansı hüquqları və ya iddialarının olmamasına və belə halların nəticələrinə görə məsuliyyət mülkiyyətçinin üzərindədir. İcarəçinin də müvafiq olaraq, əmlakın üçüncü şəxslərin hüquq və iddialarından azad olması ilə bağlı hüququnu nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin ləngitmə hüququ barədə müddəalarına əsasən hesab edilir ki, borclunun kreditor barəsində hüququ (tələbi) varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər. Bu halda isə kirayəyə verən istifadəni istisna edən maneələri aradan qaldırmaq əvəzinə məhkəmə sisteminin köməyilə ödənişi zorla əldə etməyə səy göstərmişdir. Yuxarıda təsvir edilən kimi davranılmasının səbəbi iddiaçının mülkiyyət hüququnun mübahisələndirilməsinin nəticələrinin əvvəlki dövrlərə şamil edilməklə ödəniləcək icarə haqqı ilə bağlı əlavə mübahisə yarada bilməsidir. Onlar heç zaman icarə haqqı ödəməkdən yayınmamış, əksinə bundan sonra növbəti dövrlər üçün icarə haqqının tərəflərdən hər hansı birinə ödənilməsi məsələsinin yalnız mübahisə barəsində hüquqi müəyyənlik tam və birmənalı şəkildə bərqərar olduqdan sonra mümkünlüyü fikrini ifadə etmişlər. İddiaçının əmlak mübahisəsinin həll edilməsini gözləmədən və icarə müqaviləsinin bağlanmasını qeyri-mümkün edən hüquqi maneələrə baxmayaraq, iddia ilə məhkəməyə müraciət etməsini hüquqlardan sui-istifadə hesab edirlər. Bu iddianın 1-ci bəndi üzrə iddiaçı iki aylıq icarə haqqının (80 min manat) ödənilməsini tələb edir. Lakin yuxarıda qeyd edildiyi kimi, tərəflərin arasında icarə müqaviləsinin bağlanmasını qeyri-mümkün edən hüquqi maneələr bu günədək mövcuddur. Digər tərəfdən, artıq məhkəməyə bildirdirildiyi kimi, əvvəlki mülkiyyətçi Azər Əlizadənin təqdim etdiyi xx xxxx 2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsi əsasında 2019-cu ilin ikinci yarısı üzrə ödəniş xx xxxx 2019-cu ildə ona ödənilmişdir. Ödəniş edilən tarixdə cavabdeh "Cavabdeh" MMC vicdanlı davranmış və ona məlum olan hüquqi faktlar çərçivəsindən kənara çıxmamışdır. Belə ki, mülkiyyət hüququnun başqa şəxsə keçməsinə dair məlumat açıq məlumat deyildir və bu barədə iddiaçı məlumat verməsə cavabdehin mülkiyyətçinin dəyişməsindən xəbəri olmayacaqdı. Həmçinin cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixli 29794 saylı məktubla, müvafiq mülkiyyət sənədlərinin təqdim edilməsi öncədən xahiş edirlmişdir. İddiaçı isə öz hüququnu xx xxxx 2019-cu il tarixində qeydiyyatdan keçirsə də, bu barədə ancaq xx xxxx 2019-cu il tarixində məktubla məlumat vermişdir və bu məlumatın verildiyi zaman mübahisəli əmlakın üzərindəki hüquqların məhkəmə qaydasında mübahisələndirildiyi ona məlum olmuşdur.Eyni zamanda, iddiaçı xx xxxxxx 2018-ci il tarixdən A.Əlizadəyə ödənilmiş icarə haqlarını almaq ücün Bakı səhəri Səbail rayon məhkəsinə müracət etmişdir (2(0091- 1909/2019 savlı iş). İddiaçı 2019-cu ilin ikinci yarısı ücün ödənilmiş icarə haqlarını da həmiş iş üzrə iddia tələbini artırmaqla A.Əlizadədən tələb edə bilər. Çünki cavabdeh tərəfindən həmin ödəniş edilərkən ödənişin edilməsini qeyri-mümkün edən hər hansı hüquqi fakt ona məlum olmamışdır. İddiaçı isə hüquqi fakt yaranan kimi dərhal deyil, 13 gün sonra gecikmə ilə müraciət etmişdir.İddia ərizəsinin qoyulmuş ikinci tələblə, yəni mübahisəli əmlakın boşaldılması tələbi ilə bağlı olaraq bildirilir ki, həmin tələb də hüquqlardan sui-istifadədir.Cavabdeh" MMC mübahisə predmetini təşkil edən sahədən iddiaçı və əvvəlki mülkiyyətçi arasındakı mübahisədən xeyli əvvəl, 2005-ci ildən əsas müştəri xidmətləri ofisi kimi istifadə edir və onun bu sahəyə əşya hüququ da müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Həmçinin "Cavabdeh" MMC mübahisəli əmlakdan bankın ipoteka hüququnun yaranmasından xeyli əvvəl, yəni 2005-ci ildən əsas müştəri xidmətləri ofisi kimi istifadə edir və onun bu sahəyə əşya hüququ da müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlakı ipoteka yüklülüyünə götürərkən ipoteka predmeti kimi onun likvidliyini, qiymətini və cəlbediciliyini artıran bu hal heç şübhəsiz iddiaçıya məlum idi. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Bu halda, icarəçi müşahidə mövqeyi seçməklə icarəyə götürülmüş əmlakın qanunsuz sahiblikdən qaytarılması halının baş verəcəyi təqdirdə özünə dəyə biləcək maddi zərərin qarşısım almağa çalışmışdır. Sonda qeyd etmək lazımdır ki, hazırkı iddia həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi ilə nəzərdə tutulmuş mülkiyyətin müdafiəsi hüququ ilə də bir araya sığmır. Hazırkı iddianın təmin edilməsi cavabdehin əşya hüquqlarına qeyrimütənasib müdaxilə olmaqla, "ədalətli balans" tələbinə ziddir və cavabdehin üzərinə əhəmiyyətli fərdi və ağır yük qoymaqla mülkiyyətin müdafiəsi hüquqlarının pozulmasını təşkil edəcəkdir. Bu situasiyada iddiaçı ilk növbədə mülkiyyətçisi sayıldığı əmlakın üçüncü şəxslərin iddialarından müdafiə etməli, yüklülüklərdən və məhdudiyyətlərdən tam azad etməklə mübahisəli əmlak hüququna sərəncam vermə hüququnun məhdudlaşdırılmaması üçün tədbirlər görməli idi. Beləliklə iddia tələbləri əsassızdır, iddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X4 (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında bağlanan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən mülkiyyətində olan ünvan 1 a ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 646,6 kv.m olan qeyri-yaşayış sahəsini icarə haqqı müqabilində xx xxxxxx 2017-ci il tarixindən-xx xxxxxx 2017-ci il tarixinədək icarəçinin sahiblik və istifadəsinə verilməsi və icarəçi tərəfindən isə icarə haqqının bu müqavilədə qeyd olunmuş qaydada ödənilməsi barədə razılığı gəlmişlər. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan sahənin 1 kvadrat metri üçün ƏDV xaric 13 manat, cəmi ƏDV xaric 9652,50 manat aylıq icarə haqqı müəyyən olunur. Cəmi illik icarə haqqı ƏDV xaric 115830 manat təşkil edir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışın surətindən görünür ki, ünvan 1, 615-ci məhəllədə yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - “xxxxxxx” ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 17/2240 nömrəli xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965 kv.m sahədən ibarət olan 2 nömrəli qeyri-yaşayış binası “xxxxxxx” ASC-nin mülkiyətindədir və mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Odur ki, gələcəkdə yarana biləcək mübahisəli vəziyyətlərin qarşısını almaq məqsədi ilə sözügedən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin “xxxxxxx” ASC ilə bağlanılması xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlüк verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasынын tərəfdar çıxdığı “İnsan Hüquqlarынын və Əsas Azadlıqlarын Müdafıəsi Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1, 615-ci məhəllədə yerləşən ümumi sahəsi 965 kv.m olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Lakin həmin qeyri-yaşayış sahəsi faktiki olaraq cavabdehin istifadəsindəri. İddiaçı və cavabdeh arasında isə hər hansı icarə müqaviləsi və ya əmlakdan istifadəni nəzərdə tutan razılaşma mövcud deyildir. Ona görə məhkəmə hesab edir ki, “xxxxxxx” ASC-nin mülkiyyətçi kimi öz hüquqlarını realizə etməsi üçün, iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binası Cavabdeh MMC tərəfindən boşaldılaraq iddiaçı “xxxxxxx” ASC-yə təhvil verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-dən iddiaçı “xxxxxxx” ASC-nin xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iki ay üçün icarə haqqının ona ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh isə bildirir ki, məhkəmə qərarlarının mövcudluğu cavabdehin iddiaçı ilə icarə müqaviləsi bağlamasını qeyri-mümkün etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, X4 (icarəyə verən) və Cavabdeh MMC (icarəçi) arasında bağlanan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 a ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 646,6 kv.m olan qeyri-yaşayış sahəsi üçün cəmi ƏDV xaric 9652,50 manat aylıq icarə haqqı müəyyən olunmuşdur. “xxxxxxx” ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 17/2240 nömrəli xx.xx.2019-cu il tarixli məktubla isə müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan 0.09837 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 965 kv.m sahədən ibarət olan 2 nömrəli qeyriyaşayış binası “xxxxxxx” ASC-nin mülkiyətində olduğundan sözügedən qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin “xxxxxxx” ASC ilə bağlanılması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iki aylıq istifadə üçün cavabdehdən 80000 manat tələb etsə də, icarə müqaviləsi üzrə cavabdeh əvvəlki mülkiyyətçiyə aylıq 9652,50 manat icarə haqqı ödəmişdir. Qeyd edilənələrə əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyriyaşayış sahəsindən istifadə etdiyi 2 aylıq müddətin haqqını aylıq 9652,50 manat hesablanmaqla, cəmi 19305 manat (ƏDV xaric) olaraq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-dən 19305 (on doqquz min üç yüz beş) manat (ƏDV xaric) pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binası Cavabdeh MMC-tərəfindən boşaldılaraq iddiaçı “xxxxxxx” ASC-yə təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxx” MMC-dən 19305 (on doqquz min üç yüz beş) manat (ƏDV xaric) pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binası Cavabdeh MMC-tərəfindən boşaldılaraq iddiaçı “xxxxxxx” ASC-yə təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar